. Yığıncaqda şirkətin qarşısında duran bir sıra mühüm və cari vəzifələr, fəaliyyət istiqamətləri müzakirə edilib.
Yığıncaqda şirkətin fəaliyyətinin səmərəliliyinin artırılması, idarəçiliyin müasir korporativ standartlara uyğun şəkildə təkmilləşdirilməsi və “Crystal Group of Companies”in fəaliyyətinə ümumi rəhbərliyin və nəzarətin həyata keçirilməsi məqsədilə Müşahidə Şurası və İdarə Heyəti seçilib.
Yığıncaqda müəyyən edilib ki, Müşahidə Şurasının sədr də daxil olmaqla 3 nəfərdən ibarət üzvü seçilsin, Müşahidə Şurasının sədri vəzifəsinə “Azəraqrartikinti” ASC-nin sədr müavini Pərviz Vəliyev seçilib.
O, 1982-ci ildə anadan olub, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit və Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə Fəlsəfə doktorudur.
Uzun illər Maliyyə Nazirliyinin strukturlarında və Hesablama Palatasında müxtəlif məsul vəzifələrdə çalışıb. 2015-ci ildə “PZ” Şirkətlər Qrupu MMC-nin prezidenti vəzifəsini daşıyıb, 2018-ci ildə isə “Azəraqrartikinti”nin sədr müavini təyin edilib.
“Crystal Group of Companies” 20 ildən artıqdır ki, ölkənin beton, mebel istehsalı, tikinti-inşaat və plastik qapı-pəncərə sistemləri sahəsində fəaliyyət göstərir. Adı çəkilən sektorlarda, xüsusən də inşaat, beton və mebel istehsalı sektorunda layiqli yer tutan qabaqcıl şirkət respublika əhəmiyyətli bir sıra böyük layihələrin uğurlu icraçısı olub və ölkəmizin inşaat sektorunun çiçəklənməsinə öz layiqli töhfəsini verib.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi