Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ucar, Kürdəmir, Zərdab, Ağdaş, Füzuli və Ağdam rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şik
Tarix: 19-01-2024, 10:35
Google+ Paylaş
Tumblr Paylaş

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ucar, Kürdəmir, Zərdab, Ağdaş, Füzuli və Ağdam rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şik

19-01-2024, 10:35

.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən baş verən hadisələrə görə sığorta ödənişlərinin həyata keçirilməsi, çəltik, pambıq sahələri və meyvə bağlarının sığortalanması, aqrar sığorta haqlarının hesablanması və ödənişi, əkin subsidiyalarının ödənilməsi və digər məsələlərlə bağlı olub. Fuad Sadıqov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılaraq həll edilməsi üçün nəzarətə götürülüb. Aqrar Sığorta Fondunun fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Bildirilib ki, aqrar sığorta dövlət tərəfindən aqrar sahədə çalışan fermer və təsərrüfatlara mühüm dəstək mexanizmidir. Sığorta haqqının yarısının dövlət tərəfindən ödənilməsi sayəsində fermerlər olduqca sərfəli şərtlərlə aqrar sığortadan faydalanıb əkin sahələrini və heyvanlarını çoxsaylı hadisələrdən qoruya bilərlər.

Qeyd olunub ki, payızlıq əkin sahələrinin sığortalanması üzrə fermerlər üçün nəzərdə tutulan müddət uzadılıb. Belə ki, əkin sahələrinin sığortası ilə bağlı müraciətlərin emalı müddəti 2024-cü il 19 yanvar tarixinədək davam edəcək. Əkin sahələrini bəyan edən fermerlərə həmin müddətə qədər sığorta ilə bağlı SMS bildirişlərinin göndərilməsi təmin olunacaq və onlar öz əkinlərini bu tarixə qədər sığorta edə biləcəklər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ