Bu məsləhətlər hər hansı iqtisadi nəzəriyyəçidən deyil, uğur qazanmış sahibkar Guy Kawasakidəndir:
1. Fikrinizi pul axınına yönəldin. Qapıları pullar açır və hesabı ödəyir. “Satışlar hər şeyi həll edir”.
2. Hər gün xırda uğurlara nail olun. Məqsədinizə kiçik addımlarla çatın. Mən də bir vaxtlar belə güman edirdim ki, böyük uğurlara qısa müddətdə nail olmaq olar. İndi isə buna inanmıram: mütəmadi olaraq öz bacarıqlarınızı hər hansı bir sahədə sınaqdan keçirmək lazımdır. Qəzetlər “sürətlə əldə edilmiş uğurlardan” ona görə yazırlar ki, bu çox nadir hallarda baş verir.
3. Ən əsası – hərəkətə keçin. Mən də əvvəllər düşünürdüm ki, ağıllı olmaq, şanslı olmaqdan daha yaxşıdır. Mən yenə də fikrimi dəyişmişəm. Lakin bu heç də o demək deyil ki, axmaq olmaq lazımdır.
4. Yalançı ekspertlərə qulaq asmayın. Bazara yeni məhsul və yaxud xidmət çıxardıqda onlar sizə deyəcəklər ki, buna tələbat yox idi, bunlar yaxşı satılmayacaq və yaxud sənin rəqiblərin çox olacaq. Hətta ən adi biznesdən belə pul qazanmaq olar. Başqa sözlə desək, onların dediklərinin heç bir mənası yoxdur. Əgər onlara qulaq asmağa üstünlük verirsinizsə olduğunuz yerdə qalmağa və irəli heç bir addım atmamağa hazır olun.
5. Heç vaxt heç kimdən özünüz etməyəcəyiniz şeyi etməyi tələb etməyin. Bu müştərilərinizə və əməkdaşlarınıza aiddir. Əgər siz bu prinsipə riayət etsəniz demək olar ki, hər zaman yaxşı reputasiyanız və sizdən razı müştəriləriniz olacaq.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi