Sentyabrın 15-də
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA), “Azərşəkər” MMC və “Gilan Pivot” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının əməkdaşları, fermerlər və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə “Strip till” texnologiyasının tətbiqinin üstünlükləri barədə məlumat verilib, həmçinin ən son suvarma texnologiyası olan mobil və ya hibrid suvarma sistemlərinin üstünlüklərindən danışılıb.
Tədbir iştirakçıları “Azərşəkər” MMC-nin “Strip till” texnologiyası ilə əkilmiş və müasir suvarma texnologiyaları ilə becərilən qarğıdalı sahəsinə baxış keçirib, eyni zamanda, “Mzuri” əkin texnikası ilə aparılan arpa səpinini əyani şəkildə müşahidə ediblər.
Diqqətə çatdırılıb ki, “Mzuri”nin üstün cəhəti 4 prosesi (dərin yumşaltma, dərinlik boyu gübrə emalı, müxtəlif çeşidli toxumların dəqiq səpini və bərkidici çarxlarla toxumların basdırılması) eyni vaxtda yerinə yetirməsidir. Bu texnikanın istifadəsinin əsas məqsədi suya və yanacağa qənaət, torpağın münbit qatının qorunub saxlanılması və havaya buraxılan zəhərli qazların təsirinin aradan qaldırılmasıdır.
Qeyd edək ki, aqroparkın ümumi əkinəyararlı 4000 hektar sahənin 1428.6 hektarı pivot, 17,2 hektarı sprinkler, 40 hektarı damlama olmaqla, 1485.8 hektar sahədə əkin aparılıb. Bu il aqroparkda 421.6 hektar şəkər çuğunduru, 268 hektar qarğıdalı, 55.7 hektar soya, 341.6 hektar arpa, 24,6 hektar toxumluq xardal və 320 hektar ərzaqlıq buğda əkinləri həyata keçirilib. Buğda üzrə orta məhsuldarlıq 5.4 ton olmaqla, ümumilikdə 1732 ton, arpa üzrə orta məhsuldarlıq 5 ton olmaqla ümumilikdə 1692 ton məhsul istehsal olunub. Soya üzrə məhsuldarlıq 2.1 ton olub.
Arpa biçinindən sonra 189 hektar ərazidə təkrar qarğıdalı əkinləri aparılıb. Aqroparkda 71 nəfər daimi, 30 nəfər isə mövsümi işlə təmin edilib.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi