Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ölkədə
dair təlim təşkil edilib.Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, Türkiyə Respublikasının bu sahədə ixtisaslaşmış şirkətinin mütəxəssisi özəl şirkətlərin mütəxəssislərinə aqrar sahədə istifadə edilən pilotsuz uçuş aparatlarının xüsusiyyətləri, istifadə qaydaları haqqında həm nəzəri biliklərin öyrənilməsi, həm də praktiki vərdişlərin yaranması istiqamətində təlim keçib.
Təlim zamanı multispektral dronlar vasitəsilə sahədə avtopilot rejimində çəkilişlərin aparılması, sahədəki torpağın münbitliyinin ölçülməsi, zərərvericilərin aşkar edilməsi, bununla yanaşı bitki örtüyü indeksinin müəyyən edilməsi istiqamətləri, eyni zamanda çiləyici dronlar vasitəsilə herbisid və pestisidlərin səpini üzrə təcrübə nümayiş olunub.
Bu təcrübələr zamanı təlimdə iştirak edən özəl şirkətlərin mütəxəssisləri çiləyici dronlardan istifadə etməklə ərazidə çiləmə üsulu ilə dərmanlama prosesini həyata keçirib və pilotsuz uçuş aparatlarının istifadəsinə dair vərdişlərə yiyələniblər.
Təlimlərdə iştirak edən mütəxəssislər Türkiyə Respublikasının Mülki Aviasiya Baş İdarəsi tərəfindən təsdiqlənmiş sertifikat və dronların idarə edilməsi üzrə sürücülük vəsiqəsi əldə edəcəklər.
Qeyd edək ki, 2022-ci ilin 25-29 aprel tarixlərində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Türkiyəli mütəxəssislər tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumların nümayəndələri üçün də pilotsuz uçuş aparatlarının idarə edilməsinə dair təlim keçirilib.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi