Kouçlar: Biznesin  uğur   formulları
Tarix: 12-02-2020, 15:37
Google+ Paylaş
Tumblr Paylaş

Kouçlar: Biznesin uğur formulları

12-02-2020, 15:37




Yüksək performanslı rəhbərlər kouçinqin və yalnız peşəkar kouçların təmin edə biləcəyi üç təməl dəyərin nə olduğunu bilirlər.

İstedad axtarışında olanlar gənc idmançıya baxarkən, onda bir neçə əsas faktor axtarırlar: sürət, güc, çeviklik və reflekslər. Bu keyfiyyətlər onların öz sahəsindəki bacarıqlarını və potensialını müəyyən edər.

Yuxarıda sadalananlardan başqa onların diqqət etdiyi bir özəllik də var: kouçinqə cəlb edilə bilmə.

Peşəkar iş dünyası da bundan fərqli deyil. Gənc istedadlarda və gələcəyin liderlərində axtarılan ilk bacarıq da məhz onların kouçinqə cəlb edilə bilməsidir.

Kouçinqə qoşulma istək və bacarığı olmadan insanların işdə göstərdikləri bütün istedad və bacarıqlar mənasızdır. Geri bildiriş qəbul edə bilmə, təlimat alma və səy göstərmək davamlı inkişafa səbəb olan xüsusiyyətlərdir.

Dünyanın ən yaxşı liderləri son dərəcə istedadlı, bacarıqlı, qərarlı və daha yaxşı ola biləcəklərinin fərqində olanlardır. Onlar özlərini inkişaf etdirməyə kömək edən peşəkar kouçun dəyərini çox yaxşı bilirlər. Steve Jobs, Eric Schmidt, və Bill Gates kimi CEO-lar belə öz bizneslərində daha da irəliləmək üçün daim peşəkar kouçlar axtarışında olmuşlar.

Peşəkar kouç uğurlu rəhbərin inkişafında üç vacib rolu oynayır. Bunları bilməklə, siz karyeranızın hansı mərhələsində kouça ehtiyacınız olduğuna qərar verə bilərsiniz.

Peşəkar kouç sizin görmədiyiniz şeyləri görür.
Kouçların fərqli baxış bucağı var. Praktik olaraq bu bacarıq onlara sizin görmədiyiniz şeyləri görmə fürsəti verir.

Bu ətrafınızdakı insanların bədən dili, reaksiyaları, yaxud digər təsirləri ola bilər. Kouçlar kiçik müşahidə ilə müxtəlif vəziyyətlərdə əhəmiyyətli və anlaşılan baxış bucarğı əldə edə bililər.

Kouçların həmçinin fərqli emosional anlayış tərzləri var. Onlar hər hansı xüsusi yanaşma və davranışa fokuslanmağa meylli deyillər əvəzində etməyə qərar verdiyiniz işin ehtimal və üsullarını cəsurca sorğu-sual etməyə həvəslidirlər.

Məsələn, bir zamanlar yalnız e-mail vasitəsi ilə ünsiyyət quran bir müştərim vardı və o, ona narahatlıq verdiyi üçün başqa heç bir üsulla ünsiyyət qurmaq istəmirdi.

Bir kouç kimi mənim qərəzli yanaşma qorxum yox idi və müxtəlif seçimləri sınaqdan keçirməkdə həvəsli idim. Beləcə, bir müddət sonra bu müştərim e-mail asılılığının onun effektivliyini gizlətdiyinin fərqinə vardı və üz-üzə görüşlər keçirmə qərarını aldı.

İlk vaxtlar o hələ də narahat idi. Bir müddət sonra gördüyü müsbət nəticələr onu daha da irəliyə aparmağa şövq edirdi.


Peşəkar kouç sizin deyə bilmədiklərinizi deyir.
Tez-tez zəif performan göstərən komandaların işinə müdaxilə üçün daxil edilirəm. Təcrübə göstərir ki, bəzən rəhbərlər təslim olmağa, komandanı dağıdıb, yenidən başlamağa hazır olurlar. Bununla yanaşı, komandada münaqişə, yaxud mübahisəli məsələlər kökündən həll edilmədikdə, bu əməkdaşların çox, lakin qeyri-məhsuldar işləməsinə səbəb olur. Adətən, bu onlar arasındakı şəxsi münasibətlərdən qaynaqlanır. Bu isə ümumilikdə şirkəti geri salır.

Bir kouç kimi, mən bu məsələyə təhlükəsiz və neytral üsullar gətirirəm. Bu obyektiv yanaşma hər kəsin iştirak etdiyi açıq müzakirələrə imkan verir. Demək olar ki, belə müzakirələr adətən bir neçə dəqiqə davam edir. Qısa bir müddətdən sonra qərar vermə prosesinə və nəticələrə təsir etməyə başlaya bilirik.

Peşəkar kouç sizin bilmədiyiniz şeyləri bilir.
Təcrübəli kouç müxtəlif tip insanlarla çalışıb və müxtəlif situasiyalarla rastlaşıb. Onlar adətən nəyin işə yaradığını və nəyin yaramadığını bilirlər.

Kouçlar bütün problemlərin qaçılmaz olduğuna və uğurun avtomatik əldə ediləcəyinə dəqiq zəmanət vermirlər, lakin onlar digər insanların hesabını verdiyi eyni səhvləri təkarlamayacağınızdan sizi əmin edə bilərlər.

Kouçlar istisna olmaqla, məsləhət ala biləcəyiniz çoxlu insanlar var. Halbuki, mənim tanıdığın peşəkar kouçlar nadir hallarda məsləhət verir. Bunun əvəzinə onlar öz təcrübələrini və əvvəlki müştərilərinin təcrübəsini paylaşırlar. Bu metod müştəriyə daha yaxşı qərarlar verməyə və verilən informasiyadan düzgün istifadə etməyə fürsət verir.

Peşəkar kouçu peşəkar edən şeyin nə olduğunu bilmək sizə gələcəkdə öz kouçunuzu düzgün seçməyinizə kömək edəcək. Qarşılıqlı anlaşma və aranızdakı mədəni uyğunluqdan əlavə, kouçinq münasibətlərində yuxarıdakı üç faktora əhəmiyyət verən bir kouç seçməyə fokuslanın.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ