Qax əkinçiləri payızılq taxıl səpininə aqrotexniki qulluq edirlər
Tarix: 23-02-2023, 18:24
Google+ Paylaş
Tumblr Paylaş

Qax əkinçiləri payızılq taxıl səpininə aqrotexniki qulluq edirlər

23-02-2023, 18:24

Qax rayonunun təsərrüfatlarında payızlıq taxıl əkinlərinə aqrotexniki qulluq işləri davam etdirilir. Bir neçə gündür təsərrüfatlarda taxıl sahələrinə yemləmə gübrələrinin (azot, karbamid) verilməsinə başlanılıb. Fermerlər qısa müddətdə 90 hektaradək sahəyə yemləmə gübrəsi veriblər.

Bu barədə

Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.

Sektor müdirinin sözlərinə görə, yemləmə gübrələrinin tətbiqi payızlıq taxılın məhsuldarlığını artırmaqla yanaşı, onun keyfiyyət göstəricilərinin yüksəlməsinə də yaxşı təsir göstərir.

Xatırladaq ki, ötən ilin payızında rayonun təsərrüfatlarında cari ilin məhsulu üçün 13 min 322 hektar sahəyə taxıl əkilib. Taxıl əkinlərinin 9 min 252 hektarını buğda, 4 min 70 hektarını arpa sahələri təşkil edir. Payızlıq dənlilərin əkin sahəsi əvvəlki mövsümlə müqayisədə 83,5 hektar artıb.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ