Şimal bölgəsinin bazarlarında fındığın qiyməti ucuzlaşıb. Hazırda fındıq son 10 il ərzində ən aşağı qiymətə satılır.
F
Xaçmaz rayonunda 10-a yaxın fındıq emalı müəssisəsi və qəbul məntəqələri fəaliyyət göstərir. Bura şimal bölgəsi ilə yanaşı, respublikamızın digər regionlarından da məhsul gətirilərək təhvil verilir. Rayonda istehsal olunan fındıq yerli bazarlarla yanaşı, Rusiya, Türkiyə və digər xarici ölkələrə ixrac olunur.
Fındıq qəbulu məntəqələrində qiymətin ucuzlaşmasını məhsulun xarici bazardakı qiyməti ilə əlaqələndirirlər.
Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayonda 10 min 536 hektar fındıq bağı var. Bu bağların 6 min 602 hektarından məhsul toplanılır. Xaçmazın fındıq bağlarından ötən il 7 min 591 ton fındıq istehsal edilib.
Fındıqçılıq Xaçmaz rayonunda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən biri sayılır. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindəndir. Məhsuldarlıq torpaq mülkiyyətçilərinin ürəyincə olsa da, fındığın satış qiyməti onları qane etmir. Bir çox təsərrüfatçılar toplanan məhsulu adətən anbarlarda saxlayıb qiymət bahalaşandan sonra, yəni dekabr-mart aylarında satırlar. Bu il isə qiymətlər gözlənilənin əksinə ucuzlaşıb.
Xaçmaz rayonunda ötən il 100 hektar yeni fındıq bağı salınıb. Rayondakı intensiv üsulla becərilən fındıq bağlarının sahəsi 607 hektardır.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi