Ağsu rayonunda meyvə və giləmeyvə yığımı davam edir. Bağlardan hələlik 7657 ton məhsul götürülüb ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 82 ton çoxdur.
Rayon Statistika İdarəsindən bu barədə AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, hazırda Ağsuda 3274 hektar meyvə bağı vardır ki, bundan 3231 hektarı bar verir. Cari ildə bağbanlar istər dağlıq, istər dağətəyi, istərsə də aran ərazilərdə bol məhsul yetişdirməyə nail olublar. Hər hektardan məhsuldarlıq bir sentner artıb. Xüsusilə Pirhəsənli, Kəndoba, Kalva və bir sıra digər ərazi dairələrində alça, gavalı, alma, armud, qoz, fındıq, nar, heyva, xurma və digər məhsulların tədarükü daha çox artıb.
Fermerlər və fiziki şəxslər yetişdirdikləri məhsulları yerli bazarlara çıxarırlar.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi