Qaxlı fermerlər təkrar qarğıdalı yığımına başlayacaq
Tarix: 27-10-2022, 17:43
Google+ Paylaş
Tumblr Paylaş

Qaxlı fermerlər təkrar qarğıdalı yığımına başlayacaq

27-10-2022, 17:43

Bu il Qax rayonunun təsərrüfatlarında 317 hektarı dən, 410 hektarı yaşıl yem üçün olmaqla, 727 hektar sahədə təkrar qarğıdalı əkini aparılıb. Hazırda təsərrüfatlarda yaşıl yem üçün əkilmiş qarğıdalının biçini davam edir. Torpaq mülkiyyətçiləri biçin başa çatmış 385 hektar sahədən 8855 ton yaşıl kütlə əldə ediblər. Hər hektardan 230 sentner məhsul tədarük olunub.

Bu barədə

Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, tezliklə dən üçün təkrar qarğıdalı əkilmiş sahələrdə də məhsul yığımına başlanılacaq.

Qeyd edək ki, təkrar əkinlər həm aqroekoloji, həm də iqtisadi baxımdan səmərəlidir. Mütəxəssislər hesab edirlər ki, respublikada mal-qaranın qüvvəli və yaşıl yemə olan tələbatını tam təmin etmək üçün təkrar əkinlərdən istifadə vacib sayılır. Ölkə üzrə təkrar əkin sahələrinin hər hektarından 350-400 sentner yaşıl kütlə və ya 40-50 sentner dən qarğıdalı əldə etmək mümkündür.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ