Ağdam fermerleri məhsul yığımını davam etdirir
Tarix: 29-09-2022, 00:53
Google+ Paylaş
Tumblr Paylaş

Ağdam fermerleri məhsul yığımını davam etdirir

29-09-2022, 00:53

Ağdam rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında məhsul yığımı davam edir.

Rayon Statistika idarəsindən

bildirilib ki, yanvar-avqust aylarında rayonun təsərrüfatlarından 40 min 10 ton taxıl, 4352 ton kartof, 74 min 121 ton tərəvəz, 1674 ton bostan məhsulları, 75 min 738 ton yem bitkiləri, 693 ton meyvə yığılıb. Hər hektarın orta məhsuldarlığı taxıl üzrə 40,6 sentner, kartof üzrə 164,8 sentner, tərəvəz üzrə 255,8 sentner, bostan məhsulları üzrə 217,4 sentner, yem bitkiləri üzrə 83,7 sentnerdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə payızlıq dənlilər istehsalı 0,1 faiz, kartof istehsalı 0,9 faiz, tərəvəz istehsalı 14,4 faiz artıb.

Hazırda rayonda bəzi tərəvəz məhsullarının və yem bitkilərinin istehsalı, eləcə də pambıq yığımına və növbəti təsərrüfat ilinə hazırlıq işləri davam etdirilir.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ