Cəlilabadda payız fəslində də geniş sahələrdə kartof yetişdirilir. Hazırda əkin başa çatıb, becərmə işlərinin qızğın çağıdır.
N
Hər il 10 hektardan çox sahədə yazlıq və payızlıq kartof əkən fermer Əliheydər Salmanov deyir ki, ölkədə ərzaq təhlükəsizliyinin təminatı baxımından bu il payızlıq əkin sahələri iki dəfəyədək artırılıb. Məsələn, kəndlərdə 500 hektaradək sahədə payızlıq kartof əkilərdisə, bu rəqəm indi 1000 hektara çatıb.
Əliheydər Salmanov: “Payızlıq kartof ona görə yaxşıdır ki, yığımı qış aylarında, dekabr-yanvarda aparılır. Həmin dövrdə də kartofa tələbat çox olur. Ona görə fermerlər payızlıq kartof əkinində çox maraqlıdırlar. Yazda bir hektardan 30-40 ton məhsul götürmüşük, payızda isə 15- 20 ton olacağını gözləyirik”.
Mütəxəssislərin sözlərinə görə, payızlıq kartofun vegetasiya dövrü ilin nisbətən soyuq fəslinə düşdüyündən bitkidə ciddi xəstəlik və zərərvericilər də müşahidə olunmur. “Əkindən öncə cərgələr hazırlanır, müasir suvarma üsulu ilə torpaq suvarılır, sonra toxum qoyularaq yenidən yağış yağdırma üsulu ilə sahələrin suvarılması aparılır. Bu cür suvarmanın üstünlüyü ondadır ki, həm su itkisinin qarşısı alınır, həm də yaxşı çıxış əldə olunur”, - deyə mütəxəssis Azad Əkbərov bildirib.
Qeyd edək ki, bu il yazlıq əkinlər üzrə rayonda 5450 hektar kartof sahəsindən 140 min tona yaxın məhsul toplanılıb. Tədarük olunan məhsulun 63 min tonu xaricə ixrac edilib.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi