Saatlı rayonunda heyvandarlıq sahəsində uğurlu nəticələr əldə olunub, mal-qaranın baş sayı çoxalıb, cins tərkibi yaxşılaşıb, ət və süd məhsullarının istehsalında artım qeydə alınıb.
Rayon Statistika İdarəsindən bildirilib ki, 2022-ci ilin altı ayında rayon üzrə təsərrüfatlarda iribuynuzlu mal-qaranın sayı 68006 baş, o cümlədən ana inək və camışların sayı 32501 baş, qoyun və keçilərin sayı 115322 baş olub. 2021-ci ilin müvafiq dövrünə nisbətən iribuynuzlu mal-qaranın sayı 152 baş, qoyun və keçilərin sayı isə 125 baş artıb. İribuynuzlu mal qaranın tərkibində ana inək və camışların sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 122 baş çoxalıb.
Heyvandarlıq sahəsində fəaliyyət göstərən kəndli fermer təsərrüfatları və dövlət kənd təsərrüfatı müəssisələri üzrə 2022-ci ilin 1 iyul vəziyyətinə iribuynuzlu mal-qaranın sayı 870 baş, o cümlədən ana inək və camışların sayı 402 baş, qoyun və keçilərin sayı isə 9520 baş olub. Əvvəlki ilin müvafiq dövrünə nisbətən iribuynuzlu mal qaranın sayı 57 baş, ana inək və camışların sayı 53 baş artıb. Heyvandarlıq sahəsində 23 kəndli fermer təsərrüfatı fəaliyyət göstərir ki, onun da 1-i dövlət müəssisəsidir.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi