Ağsu fermerləri taxıl kampaniyasına son verdi
Tarix: 27-07-2022, 01:44
Google+ Paylaş
Tumblr Paylaş

Ağsu fermerləri taxıl kampaniyasına son verdi

27-07-2022, 01:44

Ağsu rayonunda taxıl biçini kampaniyası başa çatıb, zəmilərdən 115 min 540 ton “sarı kəhrəba” götürülüb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən

verilən məlumatda bildirilir ki, bu ilki mövsümdə Ağsuda 34 min 295,42 hektar sahədə taxıl yetişdirilib. Zəmilərin 15 min 374,2 hektarı buğda, 18 min 921 hektarı arpa olub. Biçin kampaniyasına mütəşəkkil hazırlıqla başlanılıb, hər gün zəmilərə 100-dək kombayn çıxarılıb. Cari mövsümdə hər hektardan orta məhsuldarlıq 0,5 sentner artımla 33,7 sentner olub. Daha çox taxıl əkilən Gəgəli, Kəndoba, Ərəbmehdibəy, Ərəbsarvan, Nuran və bir sıra digər icra nümayəndəliklərində daha yüksək məhsuldarlıq əldə edilib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ