Cəlilabadın üzümçülük təsərrüfatlarında qış budaması davam etdirilir. Fermerlər bu il yeni tinglər hesabına 20 hektaradək əlavə üzüm bağları salıblar.
Üzüm bağına qulluq edən Hüseyn Cəfərov bildirir ki, budamanın aparılması üzümçülükdə vacib amildir: “Hazırda qış budaması aparırıq. Qış suvarmasını isə bitirmişik. İnşallah iyun ayından yay suvarmasını edəcəyik. Bağları ildə iki dəfə suvarırıq. Yaxşı məhsul götürmək üçün bu işlərin görülməsi mütləqdir”.
Təsərrüfat sahibi, fermer Ramazan Əliyev isə deyir ki, köhnə budaqların təmizlənməsi mütləq həyata keçirilməlidir. “Budama aparanda diqqətli olmaq lazımdır. Köhnə budaqları təmizləməliyik ki, cavan budaqlar gəlsin. Bununla ağaclar cavanlaşır, ömrü uzanır. Əgər budama aparılmasa, üzüm ağacı tez qocalar. Hazırda bağımda 20 yaşında ağaclar var. Bu qulluq nəticəsində üzüm ağaclarının ömrü daha da uzanacaq”, - deyə o əlavə edir.
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun nümayəndəsi Azad Əkbərovun sözlərinə görə, qida maddəsi ilə zəngin və rütubətlə yaxşı təmin olunan sahələrdə hər hektar üzümlükdə orta hesabla 220-250 min, digər ərazilərdə isə 160- 200 min gözcük saxlanmalıdır. Bu gözcüklər bar vaxtı çox yüksək və keyfiyyətli məhsulun alınmasını təmin edib.
Qeyd edək ki, rayonun üzüm bağlarında təxminən 20 məhsuldar sort becərilir. Ümumilikdə isə yerli üzüm sortları rayonda salınan bağların təxminən 15 faizini təşkil edir. Mütəxəssislərin sözlərinə görə, yaxın vaxtlarda müasir tingçilik təsərrüfatının fəaliyyətə başlaması ilə yerli üzüm sortlarının əkin sahələrinin iki dəfəyədək artırılması planlaşdırılır.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi