Ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahə olan taxılçılığın inkişafı daim diqqət mərkəzində saxlanılır. Ölkəmizdə 2025-ci ilədək buğdaya olan tələbatı daxili istehsal hesabına tam ödəmək üçün taxılçılıqda qarşıya qoyulan hədəf hektardan məhsuldarlığı yüksəltməkdir. Bol və keyfiyyətli məhsul alınmasını təmin edən mühüm aqrotexniki tədbirlərdən biri gübrələrin tətbiqidir. Gübrələmə sistemi elə nizamlanmalıdır ki, sələf bitkisindən asılı olmayaraq torpaqda qida maddələrinin balansı müsbət olsun.
Bu fikirləri
O bildirib ki, payızlıq buğda məhsuldar və yüksək keyfiyyətli dənli taxıl bitkisidir. Dənin tərkibində əvəzsiz amin turşuları olan zülallar, yağ, vitaminlər, karbohidratlar və mineral maddələr var. Buna görə də ərzaq məqsədi üçün çörək bişirmədə və qənnadı sənayesində, yarma istehsalında, makaron, vermişel və başqa ərzaqların hazırlanmasında geniş istifadə olunur.
“Əsas aqrotexniki tədbirlərdən biri olan gübrə torpağa səpinə qədər, səpinlə birlikdə və vegetasiya dövründə verilir. Nəzərə alsaq ki, payızlıq buğda əkinləri kollanma fazasını keçir, ona görə də hektara tövsiyə olunan azot gübrəsinin 40 faizini yemləmə şəklində tətbiq etmək lazımdır. Bundan başqa əgər buğda əkilmiş sahədə ziyanvericilər varsa onlara qarşı da mübarizə tədbiri aparmaq vacibdir. Fosfor və kaliumun illik norması bir qayda olaraq əsas şum altına verilməlidir”, - deyə N. Hüseynov bildirib.
Həmçinin mütəxəssis deyib ki, payızlıq buğdanın qışadavamlılığını artırmaq üçün səpin zamanı cərgələrə lokal üsulu (cərgəyə yaxın müəyyən hüdudda) ilə fosfor gübrəsi verilməlidir. Səpinlə birlikdə cərgələrə mikroelementlərdən bor, manqan, sink, molibden və kobaltın verilməsi cücərtilərin qida elementləri ilə təmin olunmasına şərait yaradır və onlar tez kök sistemi əmələ gətirərək yaxşı inkişaf edirlər. Payızda kollanma fazasında superfosfatla yemləmə verdikdə bitkinin kök sistemi və yarpağı yaxşı əmələ gəlir və qışın əlverişsiz şəraitinə daha davamlı olurlar. Azot gübrəsi isə hissə-hissə verilməlidir.
Nizami Hüseynov bir çox təsərrüfatlarda payızlıq buğda və ya arpa yerinə yenidən buğda səpildiyini deyib: “Belə olduqda sahənin səpin üçün hazırlanmasına daha çox diqqət yetirmək lazımdır. Respublikamızın suvarılan ağır qranulometrik tərkibli torpaqlarında şumun dərinliyi 28-30 sm, qərb bölgələrində 25-28 sm, Abşeronda 23-25 sm, dəmyə rayonlarda nisbətən dayaz 20-22 sm dərinlikdə laydırsız kotanlarla aparılması məsləhət görülür. Ağır mexaniki tərkibli torpaqlarda şum altına illik peyin normasının hamısını, fosforun isə 80-90 faizini vermək lazımdır. Şumdan səpinə qədər sahəyə bir neçə dəfə kultivasiya çəkilərək alaq otları məhv edilməlidir”.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi