Şabran fermerleri üzümçülük təsərrüfatını inkişaf etdirir
Tarix: 19-01-2022, 09:50
Google+ Paylaş
Tumblr Paylaş

Şabran fermerleri üzümçülük təsərrüfatını inkişaf etdirir

19-01-2022, 09:50

Şabranlı fermerlər üzümçülük təsərrüfatlarında quru budama işləri aparır.

Q

uru budama işləri üzüm bağlarında aparılan ilk aqrotexniki qulluq sayılır və mart ayına kimi başa çatdırılmalıdır. Budaqların sulanmasından sonra aparılan budama tənəklərin qurumasına səbəb ola bilər.

Şabran rayonu ərazisində üzüm bağlarının ümumi sahəsi 500 hektardan çoxdur. Üzümçülük rayonun kənd təsərrüfatının aparıcı sahələrindən biridir.

Son illər rayonda intensiv formada qulluq olunan üzüm bağlarının sahəsi artıb. Rayonun Ağbaş kəndində fərdi sahibkara məxsus 135 hektara yaxın sahədə üzümün 10-dan çox sortu becərilir. İntensiv formada qulluq olunan üzümçülük təsərrüfatında şərabçılıq üçün vacib texniki üzüm sortlarına üstünlük verilib.

Budama işlərinə dekabr ayından başlanılıb. Hava şəraiti imkan versə, budama fevralın 15-nə kimi başa çatdırılacaq.

“Budamadan sonra yerə tökülən çubuqlar toplanır. Bundan sonra üzüm bağlarında torpağın nəm qalması üçün təkrar şumlama işləri aparılacaq. Torpağın quru olması məhsuldarlığı aşağı salan amillərdəndir. Bu işlər yekunlaşandan sonra dərman çilənməsi, gübrələmə həyata keçiriləcək. May ayında isə üzüm bağlarında əsas aqrotexniki işlərdən sayılan yaşıl budamaya başlanacaq”,- deyə C.Abuzərov bildirib.

Aqronom bildirib ki, quru budama zamanı bağbanlar tənəkləri gücdən düşmüş bar çubuqlarından təmizləyir. Tənəklərdə cavan və məhsuldar çubuqlar saxlanılmalıdır ki, bol üzüm əldə olunsun.

Budama üzüm məhsulunun həcminə və keyfiyyətinə təsir göstərən mühüm aqrotexnik tədbirlərdəndir. Budamanın əsas vəzifəsi kolların böyüməsini və məhsuldarlığını elə nizamlamaqdır ki, hər il müntəzəm olaraq bol məhsul almaq mümkün olsun.

Təsərrüfatda “Muskat”, “Şarlina”, “Savinyon”, “Mədrəsə”, “Merlot”, “Kabarne”, “Rekastelli” kimi şərabçılıq üçün əlverişli texniki sortlar yetişdirilir.

Şabranda daha çox ağ və qara şanı, ağadayı, mədrəsə, təbrizi kimi yerli üzüm sortları becərilir. Rayonun Gəndov inzibati ərazi dairəsinə daxil olan kəndlərində üzümçülük daha geniş yayılıb.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ