Zaqatala arıçıları inkişaf yolunda
Tarix: 22-12-2021, 11:06
Google+ Paylaş
Tumblr Paylaş

Zaqatala arıçıları inkişaf yolunda

22-12-2021, 11:06

Zaqatala rayonunda 1514 təsərrüfatçı arıçılıqla məşğul olur. Hazırda rayonun arıçılıq təsərrüfatlarında 34 min 635 aktiv arı ailəsi var. Arıçılığın inkişafına göstərilən dövlət dəstəyinin nəticəsidir ki, 2021-ci ildə rayonda arıçılıq təsərrüfatlarının sayı əvvəlki illə müqayisədə 69 təsərrüfat, arı ailələrinin sayı isə 2618 ailə artıb.

Bu barədə

Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Rəsul Razaqov məlumat verib.

Qurum rəsmisi bildirib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na uyğun olaraq, bu il Zaqatala rayonunda arıçılıqla məşğul olan təsərrüfatçılara dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 346 min 350 manat subsidiya ödənilib.

Sektor müdirinin sözlərinə görə, rayonun arıçılıq təsərrüfatlarında il ərzində 320 tonadək bal, 45 ton mum, 500 kiloqram çiçək tozu, 200 kiloqram vərəmum, 15 kiloqramadək arı südü və digər məhsullar istehsal olunur. Rayonun təbii iqlim şəraiti arıçılıq məhsulları istehsalının artırılmasına imkan verir.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ