Naxçıvanda arıçılğ mədəniyyəti təbliğ edilir
Tarix: 20-11-2021, 14:10
Google+ Paylaş
Tumblr Paylaş

Naxçıvanda arıçılğ mədəniyyəti təbliğ edilir

20-11-2021, 14:10

Naxçıvan Dövlət Universitetində “Arıçılıq mədəniyyəti və arıçıların qış qayğıları” mövzusunda seminar təşkil olunub.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən

bildirilib ki, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində keçirilən tədbirdə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev muxtar respublikanın arıçıları ilə birlikdə universitetdə maarifləndirici seminarların, beynəlxalq konfransların təşkil olunduğunu vurğulayıb. Bildirib ki, ali təhsil ocağında arıçılığa dair kadr hazırlığı, bu sahədə elmin nailiyyətləri və qabaqcıl təcrübəni geniş yaymaq məqsədilə zəngin tədris bazası yaradılıb. Universitet əməkdaşları tərəfindən nəşr edilən ən yeni ədəbiyyatlar, jurnallar, bukletlər və eləcə də dünya arıçılıq elmində mövcud olan yeniliklər arıçılara təqdim olunur. Hər il “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Arıçılıq məhsulları - bal festivalı”nda universitet müəllimləri iştirak edir, arıçılıq məhsullarını təqdim edirlər.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev çıxışında diqqətə çatdırıb ki, “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə arıçılara güzəştli kreditlərin verilməsi, istehsal və ixrac imkanlarının artırılması yeni uğurlar qazanılmasına zəmin yaradır. Muxtar respublikada arıçılığın inkişafına göstərilən hərtərəfli dəstək və fermerlərin bu sahəyə marağının artması bal və digər arıçılıq məhsullarının istehsalında artıma səbəb olur.

Universitetin Baytarlıq təbabəti kafedrasının müdiri, baytarlıq üzrə fəlsəfə doktoru, dosent Yunis Rüstəmli arıçılıq mədəniyyətinin formalaşdırılmasından bəhs edib.

Kafedranın baş müəllimi, baytarlıq üzrə fəlsəfə doktoru Əli Tahirov arı ailələrinin qışlamaya hazırlanmasından danışaraq payız dövründə görüləcək işləri, xəstəlik və parazitlərə qarşı mübarizə üsullarını diqqətə çatdırıb.

“Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin sədri Etibar Məmmədov arıçılığın inkişafının planlaşdırılması haqqında danışıb.

Sonda tədbir iştirakçıları fakültədə olan polenli nektarlı bitkilərin herbariləri, yeni nəsil arı pətəkləri, ana arı südünü almaq üçün vasitə, şansız arı paketi, ana arı sürfəköçürmə aləti və arı südü çərçivəsi - arıçılıq avadanlıqları ilə tanışlıq olub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ