Biləsuvar pomidor əkənləri açıq sahələrdən məhsul toplayır
Tarix: 17-11-2021, 00:27
Google+ Paylaş
Tumblr Paylaş

Biləsuvar pomidor əkənləri açıq sahələrdən məhsul toplayır

17-11-2021, 00:27

Biləsuvarda yetişdirilən italyan pomidor sortlarından bu il yüksək məhsuldarlıq əldə olunub. Hazırda təkrar əkin aparılan açıq sahələrdə pomidor mövsümü yekunlaşmaq üzrədir.

Forpost.az

xəbər verir ki, may ayından başlayaraq təsərrüfat sahiblərinin açıq havada apardıqları nümunəvi becərmə işləri tarlalarda bol məhsulun yetişməsinə səbəb olub. Sahələrdə əkin zamanı əsasən yerli iqlim üçün əlverişli olan pomidor sortlarına üstünlük verilib.

İyun ayında iki hektar sahədə məhsuldar pomidor şitilləri ilə təkrar əkin aparan təsərrüfat sahibi Kəlbi Əhmədov bildirir ki, yaxşı qulluq göstərilərsə, hər koldan mövsüm boyu 6-8 kiloqram məhsul götürmək olur: “Sahəyə aqrotexniki qaydada qulluq etdik. Çalışdıq ki, pomidorun vegetasiya dövrünü uzadaq ki, məhsul daha iri olsun. İndi, üçüncü yığım aparırıq. Sınaqdan keçirdiyim üçün deyə bilərəm ki, təkrar əkin fermer üçün çox sərfəlidir”.

Təkrar əkin zamanı istifadə edilən pomidor şitillərinin İtaliyadan gətirilən toxumlardan əldə olunduğunu deyən mülkiyyətçi Əlizadə Şirəliyevin sözlərinə görə, bu şitillərin əsas üstünlüyü susuzluğa davamlı olmasından ibarətdir. “Bundan başqa, həm soyuq havada çatlamır, həm daşınmaya davamlıdır, həm də yeşiklərə yığılanda əzilmir”, - deyə o söyləyir.

Qış mövsümü yaxınlaşsa da, havaların əlverişli keçməsi ilə əlaqədar sahələrdən 3-4 gündən bir məhsul toplanır. Fermer bildirir ki, havalar əlverişli olarsa, sahəsindən 40 tondan çox məhsul yığılacaq. Toplanan məhsul çeşidlərinə görə sahədən 50-70 qəpiyə satılır.

Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, builki mövsüm rayon ərazisində Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edilən 597 hektar pomidor sahəsindən 326 min 250 tona yaxın məhsul istehsal olunub. Hazırda payızlıq əkin sahələrində yığım işləri başa çatmaq üzrədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad oскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ