Şəkidə  payızlıq səpinə başlandı
Tarix: 7-11-2021, 04:21
Google+ Paylaş
Tumblr Paylaş

Şəkidə payızlıq səpinə başlandı

7-11-2021, 04:21

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə gələn ilin məhsulu üçün 66 min 100 hektar sahədə payızlıq dən bitkilərinin səpini proqnozlaşdırılır. Əkin sahələrinin 36 min 350 hektarına buğda, 29 min 750 hektarına isə arpa səpiləcək. Hazırda təsərrüfatlarda payızlıq dənli bitkilərin səpini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 12 min 465 hektarı dən üçün arpa, 6 min 455 hektarı buğda olmaqla, 18 min 920 hektar sahəyə toxum səpiblər.

Bu barədə

Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.

Sektor müdiri bildirib ki, payızlıq dənlilərin səpini üçün indiyədək təsərrüfatlarda 58 min 410 hektar sahədə şum qaldırılıb. Səpin üçün 13,3 min ton arpa və buğda toxumu tələb olunur. Toxumçuluq təsərrüfatları tərəfindən lazımi qədər toxum ehtiyatı yaradılıb. Səpində iştirak edəcək traktor və toxumsəpən aqreqatlar təmir olunaraq saz vəziyyətə gətirilib. Ümumilikdə, səpin kampaniyasına 282 ədəd şum traktoru, 65 ədəd toxumsəpən aqreqat və digər texnikalar cəlb edilib.

Xatırladaq ki, cari mövsümdə rayonda 63 min 531 hektar sahənin məhsulu biçilib, 204 min 907 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 32,3 sentner təşkil edib. Taxıl istehsalı əvvəlki illə müqayisədə 6 min 191 ton artıb.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ