Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən Özəl Sektorun İnkişafı Layihəsi (PSA) üzrə “Ferrero” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində Fındıqçılıq üzrə Texniki Sertifikat Proqramı (TCP) təlimləri davam edir.
N
Təlimlərdə USAID PSA layihəsinin aqronomu Ziya Əliyev “Fındığın xəstəlikləri və zərərvericilərinin qiymətləndirilməsi”, “Əkindən sonra gübrələmə”, “Gübrələrin tətbiqi üsulları”, “Ferrero” şirkətinin Aqrobiznesin inkişafı layihəsinin rəhbəri Andrea Kastaqna “Fındığın xəstəlikləri və zərərvericilərinin qiymətləndirilməsi”, “Ferrero” şirkətinin Aqrar Səriştəlilik Mərkəzindən isə Suarez Eloy “Gübrələmə” mövzularında çıxışlar ediblər.
Təlim ənənəvi üsulla yanaşı, onlayn formada da keçirildiyi üçün iştirakçılar sayca çoxluq təşkil edib.
Sonda iştirakçılarla mütəxəssislər arasında debat keçirilib.
Qeyd edək ki, təlimlərin iştirakçıları proqramın sonunda imtahan verərək beynəlxalq sertifikat alacaqlar. Növbəti sessiya noyabrın 13–14-də təşkil olunacaq.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi