Salyanlı tərəvəzçilər bol məhsul axtarışında
Tarix: 27-10-2021, 10:32
Google+ Paylaş
Tumblr Paylaş

Salyanlı tərəvəzçilər bol məhsul axtarışında

27-10-2021, 10:32

Salyanda kənd təsərrüfatının əsas sahələrindən olan tərəvəzçilikdə uğurlu göstəricilər əldə olunub. Dövlət tərəfindən kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğı o cümlədən subsidiya və güzəştlərdən yararlanan fermerlər ötən illə müqayisədə sahələrdən daha çox məhsul tədarük ediblər.

Rayon üzrə cari ildə 1501,2 hektar tərəvəz bitkiləri əkilib və sahələrdən 36343,8 ton məhsul toplanılıb. Bu da keçən ilin eyni dövü ilə müqayisədə 64,9 ton və ya 0,2 faiz çox məhsul tədarükü deməkdir. Ayrı ayrılıqda tərəvəz bitkiləri üzrə məhsulu göstəricisi 11,0 ton yaşıl lobya, 609,1 ton kələm, 2605.9 bibər, 5718,6 ton xiyar, 737, 2 ton badımcan, 25639,5 ton pomidor, 111,8 ton baş sarımsaq, 535 ton baş soğan, sair tərəvəzlər isə 375,7 ton olub.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ