Masallı sitrus becərənləri yeni bağlar salır
Tarix: 26-10-2021, 06:47
Google+ Paylaş
Tumblr Paylaş

Masallı sitrus becərənləri yeni bağlar salır

26-10-2021, 06:47

Son illər Masallı rayonunda ənənəvi təsərrüfat sahəsi olan sitrusçuluğun inkişafına diqqət artıb. Fermerlər bu il 41 hektar sahədə yeni sitrus bağları salmağı nəzərdə tutublar. Hazırda rayonda yeni sitrus meyvə bağları salınır.

Masallı Dövlət Aqrar İnkişaf Mərkəzindən

verilən məlumata görə, rayonun Tüklə, Məmmədoba, Mahmudavar, Babaser, Masallı və başqa ərazilərində əkin sürətlə davam edir. İndiyədək 4,6 hektar sahədə əkin başa çatıb. 7,5 hektar sahəyə Astara rayonundan gətirilmiş yerli və yapon növündən olan narıngi tingi köçürülür. Daha 29 hektar sahə də əkinə hazırlanır.

Payız fəslinin sonuna kimi rayonda 38 hektarda narıngi, 3,5 hektar sahədə isə limon bağı salınacaq.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ