Elşad Seyidzadə
__________________________________________
Bu gün ölkədə artan dinamik iqtisadi inkişaf tendensiyası,dövlət sektoru ilə yanaşı özəl sektorda sahibkarlıqla məşğul olan yerli iş adamlarına stimul verici amillərdən hesab ediləndir.
Bu amil,əlbəttə ki, biznes sahəsində uğur qazanmaq istəyən sahibkarlara əlavə motivasiya verən müsbət göstəricilərin bariz nümunəsi kimi olduqca diqqətçəkəndir.
Ölkədə əsl sahibkarlıq ənənələrinin formalaşması və milli məzmun səciyyəsi daşıması,biznes mühitinin getdigcə daha da artan dinamik inkişaf xətti ilə vüsət götürməsi,məhz bu tip kateqoriyadandır.
Tanınmış iş adamı,nəcib və xeyirxah insan, işgüzar,səmimi düşüncələri daim ilə yadda qalan, uğur formulunun yaradıcısı,“Fəxrəddin-K” MMC-nin direktoru Fəxrəddin Bağışov və onun rəhbərlik etdiyi komanda,ölkədə özəl sektorun inkişafı,əsl biznes mühitinin formalaşması istiqamətində illərdər köklü iş görən sahibkarlardandır.
Əlbəttə ki, bu günə kimi “Fəxrəddin-K” MMC-nin bütün qazandığı uğurlarının əsas memarı və ideya daşıyıcısı,milli sahibkarlığın,respublikda işgüzar mühitin yaradıcılarından biri kimi tanınan işgüzar və xeyrixah insan Fəxrəddin Bağışovdur.
Bu üzdən də kimi “Fəxrəddin-K” MMC-nin qurucusu və sahibi, olduqca təcrübəli və peşəkar insan Fəxrəddin Bağlışov,bu gün doğurdan respublikada ən müasir kərpic zavodlarının dünya standartlarına uyğun qurulmasında öz yeri və rolu olan iş adamıdır.
Beləki,"Fəxrəddin – K" MMC- kərpic zavodları qrupunun qurulması,-hələ sovertlər dönəmində Azərbaycan Yerli Sənaye Nazirliyinin Masalı rayonundakı İxtisaslaşdırılmış Quraşdırma Buraxılış və Sazlama İdarəsinin (İQBSİ) fəaliyyəti,həmçinin Fəxrəddin Əlisa oğlu Baxışovun həmin idarənin rəisi təyin edilməsi ilə bağlıdır.
Qeyd etmək lazımdır ki,Fəxrəddin müəllimin rəhbərlik etdiyi adıçəkilən müəsissənin əsas iş prinsipi,Azərbaycan Yerli Sənaye və Azərtikinti Nazirliyinin tabeçiliyində kərpic zavodlarının kompleks tikintisi,həmçinin tunel sobalarının quraşdırılmasından ibarət olmuşdur.
Bu üzdən,1983 -1991-ci illərdə İQBSİ respublikada dövlət sifarişi ilə 14 kərpic zavodu tikmiş,4 kərpic zavodunun isə tunel sobasını quraşdırır.
Bu gün “Fəxrəddin-K” Şirkətlər Qrupuna daxil olan müəssisələrdən Masallı,İsmayıllı,Agdaş kərpic zavodları hələ o dovrdə tikilib istifadəyə verilmiş istehsal sahələrindəndir.
Hazırda xüsusi mülkiyyət hüququna malik bu müəssisələr yenidən rekonstruksiya olunaraq,müasir texnoloji avadanlıqlarla təchiz edilərək işlək mexanizm şəklində fəaliyyət göstərir:
Masallı kərpic zavodu ("FƏXRƏDDİN – K" MMC);
İsmayıllı kərpic zavodu ("RAQİB – FK" MMC);
Xırdalan kərpic zavodu ("FƏXRƏDDİN – K" MMC);
Gəncə kərpic zavodu ("MFK" MMC),Fəxrəddin-K Şirkətlər Qrupunun tərkibindəki müəssisələrdəndir.
Fəxrəddin Bağışov Azərbaycanda,eləcə də keçmiş SSRİ məkanında kərpic zavodlarının tikintisi və istismarı sahəsində ən bacarılqlı və təcrübəli mütəxəssislərdəndir.
Azərbaycanda kərpic zavodlarının demək olar ki,böyük əksəriyyəti onun birbaşa iştirakı və ya konsultasiyası ilə tikilib istifadəyə verilmişdir.
Kərpic istehsalı sahəsində isə ABŞ,Fransa,Almaniya, İngiltərə,İtaliya,Türkiyə,Rusiya,Yunanıstan,İran kimi xarici ölkələrin təcrübəsini tətbiq etmək də özünəməxsus layihələri var.
Yüksək erudisyası,emosional zəkası ilə yadda qalan bu insan,sadəcə iş adamı,biznes qurucusu və blicisi deyil,həmçinin zamanın işgüzarlıq üçün nəbzini tutmağı bacaran,onu mühitə və məkana uyğun yönləndirməyi bacaran beyin adamıdır.
O,nəinki Masallının, həmçinin Azərbaycanın tanınmış iş adamı və sahibkarlarındandır.
“Fəxrəddin-K” MMC şirkətinin rəhbəri kimi Masallı kərpic zavoduna uğurla rəhbərlik edir.
Yuxarıda qeyd etdiyimiz kimi Fəxrəddin Bağışovun rəhbərlik etdiyi zavod, tikinti sektorunda geniş istifadə olunan blok kərpic istehsalı ilə tanınır və bölgənin iqtisadi inkişafına mühüm töhfələr verir.
Bu da maraqlı detallardandır,zavodun illik istehsal gücü 60 milyon ədəd kərpic istehsal etməyə çatır.
Müəsissə 380 nəfərdən ibarət işçi heyətindən ibarətdir.
Fəxrəddin Bağışov yalnız iş dünyasında deyil,həm də xeyirxahlığı ilə seçilən işgüzar insandır.
Artıq illərdir,vətənin bütövlüyü uğrunda savaşan insanların yanında olmaq,onlarla imkanlarını paylaşmaq,qayğılarını çəkmək,-Fəxrəddin Bağışovun həyat kredosudur.
Çoxsaylı şəhid ailələrinin evlərinin təmirində, qazilərin müalicə və reabilitasiya xərclərinin qarşılanmasında onun şəxsi təşəbbüsü və yardımları xüsusi qeyd olunmalıdır.
Fəxrəddin müəllim üçün bu,sadəcə bir yardım deyil,Vətən uğrunda canından keçən igidlərin ailələrinə olan vətəndaşlıq borcudur.
Şəhid xatirəsini əziz tutmaq,onun mənəvi dünyasından süzülüb gələn vətəndaşlıq duyğusudur.
Bunlarla paralel,Fəxrəddin Bağışov doğma Masallıda sosial yönümlü layihələrin həyata keçirilməsində də fəal iştirak yadda qalır.
Məktəblərin, uşaq bağçalarının, məscidlərin təmirinə, aztəminatlı ailələrə yardım aksiyalarına, gənclərin idmanla və təhsillə məşğul olması üçün yaradılan şəraitə verdiyi dəstək onu milli siması və milli ruhu olan xalq işçindən çıxmış insan kimi tanıdıqları və tanımadıqlarına doğma edir.
Onun işgüzar imici,təşkilatçılığ bacarığı, insanlarla qurduğu səmimi ünsiyyəti çox diqqətçəkən detallardandır.
Bu üzdən rəhbərlik etdiyi müəssisədə kollektiv doğma münasibət,onların sosial rifahına xüsusi diqqəti, Fəxrəddin Bağışovun parlaq şəxsiyyəti, yüksək erudisiyası,zəngin mənəvi dünyasından xəbər verir.
Bu da müəsissədəki müsbət auranın,işgüzar mühitin qurulmasına,“Fəxrəddin-K” MMC-nin əmək bazarında dayanıqlı, nüfuzlu və cəmiyyətə faydalı bir müəssisə kimi tanınmasında böyük rol oynamasına gətirib çıxarmışdır.
Doğurdan da,bu tip xarakterik xüsusiyyətlərə malik,sahibkarlıqda milli inkişaf konsepsiyasının ideya daşıyıcılarına böyük ehtiyac duyulandır.
İş adamı Fəxrəddin Bağışov,-bu keyfiyyətləri daxili aləmində etalon kimi qoruyub saxlayan,onu yeri gəldigcə ölkəmizin milli maraqları üçün əzmlə sərf edən,milli ruhu və milli siması olan əsl Azərbaycanlıdır.
Həyatda doğurdan da fərqli insanlar var ki, onlar haqqında düşünəndə özündən asılı olmayaraq ürəyin işıqla dolur.
Bu şəxslərin çöhrəsindəki ziyadan qəlbinə pay düşür.
Bu qəbil insanların ümumi nişanəsinə çevrilmiş sadəlik,zəhmət, işgüzarıq kəlməsi də öz sirrini,mənasını bu məqamdan açmağa başlayır.
Antik yunan filosofu Platon yazırdı ki, kamilliyə can atan insanlar üçün ən gərəklisi qanunlar haqqında elmdir.
Ədalətə,haqqa,qanuna bağlılıq bəşər sivilizasiyasının qədim dövrlərindən həqiqətən də insanlığı səciyyələndirən,onu dünyanın ən ali varlığına, zinətinə çevirən ülvi keyfiyyət sayılıb.
Yaşadığı zaman və məkandan asılı olmayaraq daxilindəki işığa doğru üz tutan,ədalətə tapınan insanlar bütün cəmiyyətlərdə sevilib-seçilirlər.
Parlaq şəxsiyyətləri,yüksək mənəvi idealları ilə tanınan belə insanların həyat amalı,ilk növbədə onların cəmiyyətə fayda verən fəaliyyətində real təcəssümünü tapır.
“Fəxrəddin-K” MMC-nin rəhbəri,işgüzar və akademik keyfiyyətləri,yüksək erudisiyası ilə seçilən Fəxrəddin Bağışov,məhz bu tip kateqoriyaya aid insanlardandır.
İnsan doğulduğu mühitin övladıdır;onun sonrakı həyat mərhələrindəki bütün fəaliyyəti elə həmin mühitin ab-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır,məzmun səciyyəsi almağa meyillənir.
Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.
Çünki insan zamanla şəxsiyyətə çevrilir.
Əlbəttə ki,daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq,onun bütöv insan kimi yetişməsində,sağlam təfəkkür,doğru,düzgün məntiqi düşüncə,dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o,həqiqi şəxsiyyət statusu alır.
İş adamı Fəxrəddin Bağışov həmçinin,sözün əsl mənasında ömrün ən dəyərli anlarını doğurdan da əsl insan,əsl şəxsiyyət olmaq üçün yaşayıb desək səhv etmərik.
Onun daxili aləminin portretini cızarkən,doğurdan da əsl insana xas bütün xüsusiyyət və məziyyətlərin bu cizgilərdə necə də əks olunduğu,ən xırda detal və ştrixlərin dəyərli insan Fəxrəddin Bağışovun daxili aləminin ən dərin qatından baş qaldırdığının,cilalanıb sahibinə əsl qiymətin verilməsi üçün necə də təşnələnməsinin şahid olursan.
Doğurdan da insana onun layiq olduğu dəyəri verəndə,həmin dəyərin çəkisinin ağırlığı, əqiqindən nə qədər çox baha və ağır gəldiyini görürsən.
İnsan doğurdan da əməlləri ilə tanınır,sevilir,hörmət,nüfuz sahibi olur,xalqının gözündə ucalır,əziz tutulur,vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir,gördüyü işlərlə daim diqqət mərkəzində olur,dövlətin etimadını qazanır,ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir,sınaqından əsl şəxsiyyət kimi çıxır,vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.
İnanırıq,dəyərli,işgüzar insan Fəxrəddin Bağışov,bundan sonrakı bütün fəaliyyətində uğurlu imzaları ilə yadda qalacaq,daha uğurlu və mükəmməl biznes layihələri üçün yaradıcı və qurucu zəka nümayiş etdirəcək
Azərbaycan,onun milli və dövlətçilik maraqları yolunda uğurlarınız daha bol olsun, xeyirxah insan(!)
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi