Firuz Rzayev:Uğurun Memarı, yaxud “Zirə Məhsul” Brendinin Qurcusu
Tarix: 10-03-2026, 14:32
Google+ Paylaş
Tumblr Paylaş

Firuz Rzayev:Uğurun Memarı, yaxud “Zirə Məhsul” Brendinin Qurcusu

10-03-2026, 14:32

E.Seyidzadə
________________________________

Bu gün ölkədə artan dinamik iqtisadi inkişaf tendensiyası, dövlət sektoru ilə yanaşı özəl sektorda sahibkarlıqla məşğul olan yerli iş adamlarına stimul verici amillərdən hesab ediləndir.

Bu amil,əlbəttə ki, biznes sahəsində uğur qazanmaq istəyən sahibkarlara əlavə motivasiya verən müsbət göstəricilərin bariz nümunəsi kimi olduqca diqqətçəkəndir.

Ölkədə əsl sahibkarlıq ənənələrinin formalaşması və milli məzmun səciyyəsi daşıması, biznes mühitinin getdigcə daha da artan dinamik inkişaf xətti ilə vüsət götürməsi,məhz bu tip kateqoriyadandır.

Tanınmış iş adamı,nəcib və xeyirxah insan, işgüzar,səmimi düşüncələri daim ilə yadda qalan, uğur formulunun yaradıcısı, “Zirə Məhsul” MMC-nin direktoru Firuz Rzayev və onun rəhbərlik etdiyi komanda,ölkədə özəl sektorun inkişafı,əsl biznes mühitinin formalaşması istiqamətində illərdər köklü iş görən sahibkarlardandır.

Əlbəttə ki, bu günə kimi “Zirə Məhsul” MMC-nin bütün qazandığı uğurlarının əsas memarı və ideya daşıyıcısı,milli sahibkarlığın,respublikda işgüzar mühitin yaradıcılarından biri kimi tanınan işgüzar və xeyrixah insan Firuz Rzayevdir.

Bu üzdən də kimi “Zirə Məhsul” MMC-nin qurucusu və sahibi, olduqca təcrübəli və peşəkar insan Firuz Rzayev,bu gün doğurdan da bu sahəni dünya standartlarına uyğunlaşdırmağı bacara sahibkardır.

O,sadəcə iş adamı,biznes qurucusu və blicisi deyil,həmçinin zamanın işgüzarlıq üçün nəbzini tutmağı bacaran,onu mühitə və məkana uyğun yönləndirməyi bacaran beyin adamıdır.

Bu işgüzar insanın xeyriyyə təşəbbüslərini xüsusi qeyd etmək yerinə düşəndir.

Artıq illərdir, vətənin bütövlüyü uğrunda savaşan insanların yanında olmaq, onlarla imkanlarını paylaşmaq, qayğılarını çəkmək,-Firuz Rzayevin həyat kredosudur.

Çoxsaylı şəhid ailələrinin evlərinin təmirində, qazilərin müalicə və reabilitasiya xərclərinin qarşılanmasında onun şəxsi təşəbbüsü və yardımları xüsusi qeyd olunmalıdır. Firuz müəllim üçün bu, sadəcə bir yardım deyil, Vətən uğrunda canından keçən igidlərin ailələrinə olan borcudur.

Şəhid xatirəsini əziz tutmaq,onun mənəvi dünyasından süzülüb gələn vətəndaşlıq duyğusudur.

Müxtəlif bölgələrdə inşa etdirdiyi “Şəhid bulaqları”, həmin vətəndaşlıq duyğusundan doğan borcun mənəvi kimliyidir.

Bu bulaqlar,torpaq ğrunda ölən varsa-vətəndir deyən insanlarınu həm adını yaşadır, həmçinin xalqın qan yaddaşında vətən üçün savaşanların ruhunu torpağa əbədi həkk edir.

Bunlarla paralel,Firuz Rzayev doğma Zirə qəsəbəsində və paytaxtın digər bölgələrində sosial yönümlü layihələrin həyata keçirilməsində də fəal iştirak yadda qalır.

Məktəblərin, uşaq bağçalarının, məscidlərin təmirinə, aztəminatlı ailələrə yardım aksiyalarına, gənclərin idmanla və təhsillə məşğul olması üçün yaradılan şəraitə verdiyi dəstək onu milli siması və milli ruhu olan xalq işçindən çıxmış insan kimi tanıdıqları və tanımadıqlarına doğma edir.

Onun işgüzar imici, təşkilatçılığ bacarığ, insanlarlaqurduğu səmimi ünsiyyəti çox diqqətçəkən detallardandır.

Bu üzdən rəhbərlik etdiyi müəssisədə kollektiv doğma münasibət, onların sosial rifahına xüsusi diqqəti, Firuz Rzayevin parlaq şəxsiyyəti, yüksək erudisiyası, zəngin mənəvi dünyasından xəbər verir.

Bu da müəsissədəki müsbət auranın, işgüzar mühitin qurulmasına, “Zirə Məhsul” MMC-nin əmək bazarında dayanıqlı, nüfuzlu və cəmiyyətə faydalı bir müəssisə kimi tanınmasında böyük rol oynamasına gətirib çıxarmışdır.

Doğurdan da,bu tip xarakterik xüsusiyyətlərə malik,sahibkarlıqda milli inkişaf konsepsiyasının ideya daşıyıcılarına böyük ehtiyac duyulandır.
İş adamı Firuz Rzayev,-bu keyfiyyətləri daxili aləmində etalon kimi qoruyub saxlayan,onu yeri gəldigcə ölkəmizin milli maraqları üçün əzmlə sərf edən,milli ruhu və milli siması olan əsl Azərbaycanlıdır.

Həyatda doğurdan da fərqli insanlar var ki, onlar haqqında düşünəndə özündən asılı olmayaraq ürəyin işıqla dolur.

Bu şəxslərin çöhrəsindəki ziyadan qəlbinə pay düşür.

Bu qəbil insanların ümumi nişanəsinə çevrilmiş sadəlik,zəhmət, işgüzarıq kəlməsi də öz sirrini,mənasını bu məqamdan açmağa başlayır.
Antik yunan filosofu Platon yazırdı ki, kamilliyə can atan insanlar üçün ən gərəklisi qanunlar haqqında elmdir.

Ədalətə,haqqa,qanuna bağlılıq bəşər sivilizasiyasının qədim dövrlərindən həqiqətən də insanlığı səciyyələndirən,onu dünyanın ən ali varlığına, zinətinə çevirən ülvi keyfiyyət sayılıb.

Yaşadığı zaman və məkandan asılı olmayaraq daxilindəki işığa doğru üz tutan,ədalətə tapınan insanlar bütün cəmiyyətlərdə sevilib-seçilirlər.
Parlaq şəxsiyyətləri,yüksək mənəvi idealları ilə tanınan belə insanların həyat amalı,ilk növbədə onların cəmiyyətə fayda verən fəaliyyətində real təcəssümünü tapır.

Zirə Məhsul” MMC-nin rəhbəri,işgüzar və akademik keyfiyyətləri,yüksək erudisiyası ilə seçilən Firuz Rzayev,məhz bu tip kateqoriyaya aid insanlardandır.

İnsan doğulduğu mühitin övladıdır;onun sonrakı həyat mərhələrindəki bütün fəaliyyəti elə həmin mühitin ab-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır,məzmun səciyyəsi almağa meyillənir.

Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.

Çünki insan zamanla şəxsiyyətə çevrilir.

Əlbəttə ki,daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq,onun bütöv insan kimi yetişməsində,sağlam təfəkkür,doğru,düzgün məntiqi düşüncə,dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o,həqiqi şəxsiyyət statusu alır.

İş adamı Firuz Rzayev həmçinin,sözün əsl mənasında ömrün ən dəyərli anlarını doğurdan da əsl insan,əsl şəxsiyyət olmaq üçün yaşayıb desək səhv etmərik.

Onun daxili aləminin portretini cızarkən,doğurdan da əsl insana xas bütün xüsusiyyət və məziyyətlərin bu cizgilərdə necə də əks olunduğu,ən xırda detal və ştrixlərin dəyərli insan Abdulqadir Ansuxski daxili aləminin ən dərin qatından baş qaldırdığının,cilalanıb sahibinə əsl qiymətin verilməsi üçün necə də təşnələnməsinin şahid olursan.

Doğurdan da insana onun layiq olduğu dəyəri verəndə,həmin dəyərin çəkisinin ağırlığı, əqiqindən nə qədər çox baha və ağır gəldiyini görürsən.
Firuz Rzayev, özəl sektorda dəyərinin və sanbalının çəkisi çox ağır gələn nümunəvi sahibkarlardan , bacarıqlı,əsl işgüzar insanlardandır.

Onun günümüzə qədərki cəmiyyət həyatı,ictimai sfera və əmək fəaliyyətinə nəzər salsaq, zəngin və rəngarəng panoramanın şahidi olarıq.

Vətən, xalq və dövlət qarşısandakı xidmətlərinin silsilə şəklində artan dinamik inkişaf mərhələsi,bu insanın layiqli vətəndaş statusu qazanmasına bir daha müsbət stimul verən amillər sırasındandır.

Bütün bu akademik göstəricilər,işgüzar,potensial,kreativ,sahibkarlıq düşüncəsinə malik bir insanın, ölkənin biznes və sahibkarlıq mühitində tutduğu prinspial mövqeyi, düz,səlis,aydın,ürəkaçan fəaliyyəti ilə müşahidə ediləndir.

İnsan doğurdan da əməlləri ilə tanınır,sevilir,hörmət,nüfuz sahibi olur,xalqının gözündə ucalır,əziz tutulur,vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir,gördüyü işlərlə daim diqqət mərkəzində olur,dövlətin etimadını qazanır,ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir,sınaqından əsl şəxsiyyət kimi çıxır,vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.

İnanırıq,dəyərli,işgüzar insan Firuz Rzayev,bundan sonrakı bütün fəaliyyətində uğurlu imzaları ilə yadda qalacaq,daha uğurlu və mükəmməl biznes layihələri üçün yaradıcı və qurucu zəka nümayiş etdirəcək

Azərbaycan,onun milli və dövlətçilik maraqları yolunda uğurlarınız daha bol olsun, xeyirxah insan(!)
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ