Məmməd Musayev:Milli Sahibkarlıq Ənənələrini Yaşadan İnsan
Tarix: 9-03-2026, 18:34
Google+ Paylaş
Tumblr Paylaş

Məmməd Musayev:Milli Sahibkarlıq Ənənələrini Yaşadan İnsan

9-03-2026, 18:34

E.Mehdi
__________________________

Elə insanlar var ki, onların həyatı,işgüzar fəaliyyəti, xalqına,vətəninə xidmətə həsr olunur.Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür".

Belə insanların ömrü mənalı və şərəfli, başı həmişə ucalarda olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə,xalqa ləyaqətlə xidmətdə görür.

Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik.

Vətən üçün yaşanan ömür əsl insan ömrüdür.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. O vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

İnsan ömrü bir yola bənzəyir.

Bütün dövrlərdə müdrik insanlar olub. Müdrik insanlara ən çətin dəqiqələrdə müraciət etmək olar. Onlarla dünya daha parlaq, daha maraqlı olur.

O, danışanda problemlər sanki öz-özünə əriyərək yoxa çıxır. Belə insanları tanımaq, gənc nəsilə tanıtmaq hər birimizin ümdə vəzifəsidir.

Belə şəxsiyyətlərin işığı gənc nəslin həyat yoluna düzgün istiqamət verər.


Sadə,səmimi,təvəzökar,milli ruhu,xeyirxah işləri,dövlətçilik və milli maraqlara sədaqəti ilə yadda qalan, Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyasının sədri,təcrübəli və peşəkar bank mütəxəsisi,vətənpərvər,dəyərli ziyalı,nəcib insan,iqtisad elmləri namizədi,”Şöhrət”ordenli Məmməd Musayev kimi…

Üç sözlə ifadə etsək: Xeyirxah, Enerjili və Qədirbilən…Bu amal,bu istək, sanki bir ömür boyu bu insanın ruhuna, qəlbinə hopmuş, onunla addımlamış,hər anındaİqrar müəllim ilə yanaşı olmuş,insanların qayğılarına, ehtiyaclarına işığ tutmuşdur.

Antik yunan filosofu Platon yazırdı ki,kamilliyə can atan insanlar üçün ən gərəklisi qanunlar haqqında elmdir.

Ədalətə,haqqa,həqiqətə bağlılıq bəşər sivilizasiyasının qədim dövrlərindən insanlığı səciyyələndirən,onu dünyanın ən ali varlığına,zinətinə çevirən ülvi keyfiyyət sayılıb.

Yaşadığı zaman və məkandan asılı olmayaraq daxilindəki işığa doğru üz tutan,ədalətə tapınan insanlar bütün cəmiyyətlərdə sevilib,seçiliblər.

Parlaq şəxsiyyətləri,yüksək mənəvi idealları ilə tanınan belə şəxsiyyətlərin həyat amalı,ilk növbədə,onların cəmiyyətə fayda verən fəaliyyətində real təcəssümünü tapıb.

Həmin insanların həyatı, işgüzar fəaliyyəti, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən: "Xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür".

Yaşadıqları ömürləri mənalı və şərəfli, başları dik, həmişə ucalarda olur. Bu cür insanlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür.

Onlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik.

Vətən üçün yaşanan ömür, əsl insan ömrüdür.

Belə insanları tanımaq, gənc nəsilə tanıtmaq hər birimizin ümdə vəzifəsidir.

Bu cür şəxsiyyətlərin işığı gənc nəslin həyat yoluna düzgün istiqamət verər.

Ömrünün zirvəsinə mətin,yeyin,düz,şax,şux,vüqarla ucalan bu insan həmçinin, həyatının hər bir anında məhz belə olmağa çalışıb.

Zəhməti, haqqı nahaqqın ayağına verməmək əzmini,yüksək məsuliyyəti,xalqımız,dövlətimiz üçün faydalı olmaq məqsədini bir an da özündən uzağa buraxmayıb.

Onun ömür yolu,- əsrlərdir mətin, mərd, əzmkar insanları ilə baş-başa,çiyin-çiyinə qoşa dayanan qədim-qayım oğuz ellərindən sayılan Qazaxdan,-Qurban kişinin halal ocağında dünyaya göz açdığı bərəkətli torpağından,ailəsindən güc alır.

Beləki,1955-ci ildə Məmməd Qurban oğlu Musayev 1955-ci ildə Qazax rayonunda dünyaya göz açan Məmməd Musayev,1972-ci ildə orta məktəbi müvəffəqiyətlə başa vurduqdan sonra, D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna(indiki İqtisad Universiteti) qəbul olunur.

Ali məktəbi fərqlənmə ilə bitirən Məmməd müəllim,1976–1984-cü illərdə Dövlət Bankının Azərbaycan Respublikası Kontorunda müxtəlif məsul vəzifələrdə çalışır.

1984-cü ildən 1992-ci ilər arası isə, Dövlət Bankının Qaradağ şöbəsinin, daha sonra Aqrar Sənaye Bankının Əməliyyat idarəsinin rəisi, 1992-ci ildən Respublika Səhmdar Kommersiya Aqrar Sənaye Bankının İdarə Heyətinin Sədri vəzifəsində işləyir.

2001-2025 ci illərdə "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin Sədri vəzifəsini icra edir.

Qeyd etmək lazımdır ki, Məmməd Musayevin rəhbərliyi altında Kredit Təşkilatında "kənd təsərrüfatı sahələrinin kreditləşdirilməsinin standart şərtləri" və qaydaları hazırlanması və kənd təsərrüfatında sahibkarlıq subyektlərinin kreditləşdirilməsi həyata keçirilməsu uğurla baş tutmuşdur.

Həmçinin,onun təşəbbüsü ilə 1995-ci ildə Türkiyə Respublikasının ən böyük kənd təsərrüfatı bankı olan "Ziraat" Bankı və Aqrar Sənaye Bankının birgə təsisçiliyi ilə "Azər-Türk Bank" Birgə Səhmdar Kommersiya Bankı yaradılmış və Qardaş Türkiyə Respublikasının ən iri sığorta şirkətlərindən biri olan "Başak" Sığorta Şirkəti ilə birgə "Başak-İnam" Sığorta şirkəti də Məmməd Musayevin təklifi ilə qurulmuşdur.

Rəhbərlik etmiş olduğu "Aqrarkredit" Səhmdar Kredit Təşkilatı, "Kənd Təsərrüfatının Kreditləşdirilməsi üzrə Beynəlxalq Konfederasiya" (CİCA), Azərbaycan Sahibkarlar Konfederasiyası, Kənd Təsərrüfatı Kreditləri üzrə Avrasiya Assosiasiyası (EURACA), Sakit Okean Ölkələrinin Kənd Təsərrüfatı Kreditləri üzrə Beynəlxalq Təşkilat (APRAKA), Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikro Maliyyə Assosiasiyası, "Bakı Banklararası Valyuta Birjası", Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvüdür.

Məmməd müəllim Işlədiyi müddət ərzində regionlarda sosial-iqtisadi inkişafın təmin edilməsi üçün kənd yerlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə kreditlərin verilməsi və bununla yeni iş yerlərinin açılması, əhaliyə göstərilən maliyyə-kredit xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və bu sahədə mövcud olan ən mütərəqqi üsulların tətbiq edilməsi istiqamətində xeyli işlər görmüşdür.

Peşəkər və təcrübəlki bank mütəxəsisi kimi,1987-ci ildə "Dövlət Bankı əlaçısı" fəxri adına layiq görülmüşdür.

Məmməd müəllim,1998-ci ildən iqtisadi elmlər namizədi kimi Məmməd müəllim respublikanın elmi və dövrü mətbuatında mütəmadi olaraq çıxış edir.
Azərbaycan Respublikasında sahibkarlığın inkişafı sahəsində səmərəli fəaliyyətinə görə 27 yanvar 2025-ci il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilən Məmməd Musayev,bu günə kimi işgüzar fəaliyyəti, özünəməxsus qeyri-adi idarəçiliyi,onun bir daha yüksək erudisiyaya malik insan olduğunu zəkası, işgüzarlığı, əzmi, iradəsi ilə ifadə edir.

Ən əsası odur ki,Məmməd Musayev,əsl ziyalı, xeyirxah,böyük ürək sahibi,gözəl insandır.

Hamının dərdinə şərik olan, halına yanan bir insan.

Bu çətin dünyamızda mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt–üst olduğu, insanlığın çat verdiyi bir zamanın və mühitin içində bu keyfiyyətlərə malik ləyaqətli şəxsiyyərlərin varlığını hiss etmək, sözün həqiqi mənasında özü də bir təsəllidir.

Məmməd Musayevin bu günə kimi vətən və dövlət qarşısında göstərdiyi layiqli xidmətin müqabilində qazandığı uğurlar, əldə etdiyi müsbət nəticələr, işinə məsuliyyətli yanaşma düşüncəsi,bu cəsur insanın parlaq keyfiyyətləri, öz vəzifəsinə sadiqliyi, mürəkkəb məsələlərin həllinə yüksək peşəkarlıqla münasibət bildirməsi, daima inkişafa yönəlmiş fədakar əməyin təcəssümüdür.

Şərəf və Ləyaqət adlı məfhumun Azərbaycan xalqının milli –mənəvi dəyərlər sistemində bir etalon olduğu, bu sözlərə ehtiram və diqqətlə yanaşılmasının çox qədim, həmçinin zəngin ənənələri var.

Çünki, xalqımızın mənəvi dünyasında, milli mentalitetində Şərəf və Ləyaqət sözünün,həmişə ali həyat məramı olub.

Ləyaqətli və Şərəfli insanlar, həm də xalqımızın adət və ənənələrinin qoruyucusu, gənc nəsilə ötürücüləridir.

Azərbaycan xalqının milli mental dəyərlərindən irəli gələrək tarix boyu şərəfli insanlar cəmiyyətdə yüksək hörmət və nüfuz sahibi olublar.

Bu tip şəxsiyyətlər məşğul olduğu sahə ilə deyil, cəmiyyətdəki nüfuzu, mövqeyi və digər üstünlükləri ilə bu adın yükünü daşımağa haqqı çatan insandır.

İnsan doğulduğu mühitin övladıdır; onun sonrakı həyat mərhələlərindəki bütün fəaliyyəti elə həmin mühitin abu-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.

Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.

Çünki, insan zamanla şəxsiyyətə çevrilir.

Əlbəttə ki, daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür, doğru-düzgün məntiqi düşüncə, dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o, həqiqi şəxsiyyət statusu alır.

Bu üzdən parlaq və zəngin erudisiyası, yüksək emosional zəkası ilə seçilən Məmməd Musayevin daxili aləminin bütün məziyyətləri, mənəvi-əxlaqi keyfiyyətləri, ruhundan qəlbinə bal kimi süzülən hiss-həyəcan və duyğuları, fikirləri, düşüncə tərzi, xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix detalları ən kiçik zərrə şəklində hazırkı günümüzə kimi onun işgüzar fəaliyyətində,qazandığı xidməti uğurlarında,dövlətçlik maraqlarının qorunması istiqasmərində atdığı addımlarında doğru-düzgün öz əksini tapmışdır.

Həmin cizgilərdə toplanaraq şəkillənən bu diqqətə layiq keyfiyyətlər onun həqiqi simasını, hansı kriteriyalara sahib olduğunu, doğrudan da, əminliklə açmış, onu içində yaşadığı cəmiyyətə və vətəndaşı olduğu dövlətə gerçək təqdim etmişdir.

İnsan,doğrudan da,əməlləri ilə tanınır, sevilir, hörmət, nüfuz sahibi olur, xalqının gözündə ucalır, əziz tutulur, vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir, gördüyü işlərlə daim diqqət mərkəzində olur, dövlətin etimadını qazanır, ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir, sınağından əsl şəxsiyyət kimi çıxır, vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.

Yolun,Amalın Mübarək, İşıqlı,Milli Adam !



скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ