E.Museyib
________________________________
Hər bir xalqın milli-mənəvi dəyərləri, zəngin mədəniyyəti, özünəməxsus adət-ənənələri,dini-əxlaqi dünyagörüşü onun tarixi qədimliyinin əsas göstəricilərindəndir.
Əsrdən-əsrə keçən, nəsildən-nəslə ötürülən bu dəyərləri qoruyub saxlamaq, yaşadıb inkişaf etdirmək hər kəsin doğma xalqı qarşısında mənəvi borcu, müqəddəs vəzifəsidir.
Təqdirəlayiqdir ki, Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, qədim adət-ənənələrinə sadiqdir. Xalqımızın keçib gəldiyi tarixi yol, minilliklərlə formalaşmış bir çox ənənələrimiz bu gün də davam etdirilir.
Milli-mənəvi dəyərlərini yaşatmaq, gələcək nəsillərə ötürmək xalqın keçmişi ilə bağlılığını, onun varlığını ifadə edir.
Dini inancımız, adət-ənənələrimiz, həmçinin tarixən bu torpaqlarda mövcud olmuş birgəyaşayış mühiti, tolerantlıq kimi xüsusiyyətlərimiz milli-mənəvi dəyərlərimizdir.
Bu dəyərlərə sadiqlik, onları yaşatmaq, təbliğ etmək, nəsillərə sevdirmək doğma Vətənimizin və xalqımızın gələcəyi naminə vacib və əhəmiyyətlidir.
Azərbaycan xalqı əsrlərdir ki, məhz bu dəyərlərə söykənərək tarixin ağır sınaqlarından, çətin imtahanlarından uğurla çıxmağı bacarıb, öz milli kimliyini, dövlətçilik ənənələrini qoruyub saxlamağa müvəffəq olub.
Bu üzdən,bu gün Şərq-Qərb paralellərinin ən mühüm qovşağında və kəsişdiyi coğrafiyada yerləşən Azərbaycanın,onun dövlətçiliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyət kəsb edən, dövlət-din münasibətlərinin demokratik prinsiplərə uyğun tənzimlənməsində, ölkəmizdə dini dəyərlərin təbliği,milli-mənəvi mühitin qorunub saxlanılmasında əzmkarlıq göstərən inanclı və ruhani insanların səmərəli fəaliyyəti,olduqca diqqətçəkən məqamlardandır.
Bibiheybət Məscidinin İmamı,Qafqaz Müsəlmanları İdarəsinin qazısı Hacı Mir Rahib Babayev,-bu qəbildən olan,milli,mənəvi,əxlaqi-dini dəyərlərin düzgün təbliği və inkişafında müstəsna xidmətləri ilə seçilən şəxslərdən,milli-mənəvi və bəşəri dəyərlərə ehtiram göstərən ruhani insandır.
Bəllidir ki, ölkəmizdə əsrlərdən bəri multikulturalizm və tolerantlıq ənənələri mövcud olub, formalaşıb.
Son illər ölkəmizdə milli-mənəvi dəyərlərimizin təbliği və inkişafı istiqamətində uğurlu işlər həyata keçirilməsi, Azərbaycanda milli-mənəvi irsə, dini dəyərlərə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələrinin yüksək səviyyədə qurulması olduqca qürurverici arqumentlərdəndir.
Bu tip iri həcmli layihə və proqramların baş tutması,düzgün maarifçilik işlərinin təşkili əlbəttə,yüksək dini mədəniyyət və biliyə sahib din xadimlərinin üzərinə düşən milli-mənəvi borc, Allah Qatında bəyənilən əməllərdəndir.
Məhz, adını çəkdiyimiz, ölkənin tanınan ruhani simalarından Hacı Mir Rahib Babayevin də, bu məsuliyyətli, düzgün işin həyata keçirilməsində rolu və borcu inkaredilməz doğrulardandır.
Unutmayaq ki, bu gün milli-mənəvi cəhətdən zəngin, müxtəlif dil, din və mədəniyyətlərin sərbəst şəkildə inkişaf etdiyi ölkələrdən biri olan Azərbaycanda sülh, dostluq, qardaşlıq hökm sürür.
Azərbaycanda dövlət-din münasibətləri, milli-dini sabitlik, etnik və dini dözümlülük, tolerantlıq və multikulturalizm dövlət səviyyəsində qorunub saxlanılır.
Məscidlər, ziyarətgahlar, sinaqoqlar, kilsələr tikilir və bərpa olunaraq dindarların istifadəsinə verilir.
Dövlət başçısı İlham Əliyev respublikamızda dinlər və məzhəblər arasında dostluq və dözümlülük münasibətlərinin alternativinin olmadığını vurğulayıb: "Bu gün dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl olaraq zəruri təşəbbüs və çağırışlarla çıxış edir.
Son illər ölkəmizdə beynəlxalq humanitar forumların, dünya dini liderlərinin sammitlərinin keçirilməsi, Beynəlxalq tolerantlıq gününün böyük məmnuniyyət hissi ilə ayrı-ayrı konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd olunması, bəşəriyyəti narahat edən qlobal problemlər ətrafında birgə müzakirələrin aparılması bunun bariz nümunəsidir.
Bu gün bir sıra ölkələrdə şahidi olduğumuz mürəkkəb etno-siyasi proseslər, dinin siyasi ambisiyalara alət edilməsi cəhdləri, radikalizm və ekstremizmin artması göstərir ki, sülh və əmin-amanlıq axtarışında olan dünyamızda multikulturalizmin alternativi olmadığı kimi, müxtəlif dinlər və məzhəblər arasında dostluq və dözümlülük münasibətlərinin də alternativi yoxdur".
Doğurdan da, hazırkı günümüzdə Azərbaycan,-dünyanın ən rahat,ən dinamik. ən dini dözümlülük göstərən ölkələrindəndir.
Çünki, ölkədə sabit,stabil yürüdülən siyasət, bu siyasətin düzgün həllində yaxından iştirak edən ruhani insanların rolu və xidmətləri, Azərbaycanda dinlər və məzhəblər arasında dostluq və dözümlülüyün doğru planlanmsı, insanları dialoq və barışa dəvətin nümunəsidir.
Əlbəttə,bu işlərin nizamlanmasında adını çəkdiyimiz din xadimlərimizdən seçiləni Hacı Mir Rahib Babayevin də xüsusi xidmətləri,İslam dininin barış və ədalətə,düzlük və haqqa söykənməsinin,digər dinlərə hörmətlə yanaşılmasının, insanlar arasında dini-əxlaqi dünyagörüşünün təbliğinin maarifçilik yolu ilə qurulmasının nəticəsi kimi inkaasını tapır.
Bu müqəddəs yolda mənəvi aləmimizi zənginləşdirən, milli vəhdətimizi təmin edənz. dəyərlərimizi yorulmadan təbliğ edən Hacı Mir Rahib Babayev kimi ruhani insanların maarifçilik işləri, insanları öz dini dəyərlərinə daha da yaxınlaşdırır, onun qorunması, nəsillərdən-nəsillərə ötürülməsi istiqamətində fundamental işlər həyata keçirilməsinə imkan, fürsət verir.
Ədalət, humanizm, vətənpərvərlik, xeyirxahlıq, mərhəmət, cəsarət, mərdlik, dürüstlük, halallıq, milli-mənəvi dəyərlərə, soy-kökünə bağlılıq, böyüklərə ehtiram və əməksevərlik ruhunda tərbiyənin əsası insanın iç aləmində kodlaşdırılır.
Sonradan bu tərbiyənin təkmilləşməsində təhsil ocaqları, cəmiyyət mühüm rol oynayır.
Böyüklərə hörmət və ehtiram, uşaqlara diqqət, qayğı və sevginin aşılanan, xalqın milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə rəğbət öyrədilən ailə adlı müqəddəs ocaqda, böyüyüb boya-başa çatan, təhsil aldığı məktəblərdə elmi biliklərə yiyələnməklə bərabər, həm də vətəndaşlıq ruhunda formalaşan gənclər ölkəsinin, xalqının adını daha da yüksəklərə qaldırırlar. Vaxt gəlir doğma Vətəni, xalqı da onlarla qürur duyur.
Ruhani şəxsiyyəti, doğru-düzgün dini -əxlaqi dünyagörüşü, milli-mənəvi ənənələrə bağlılığı ilə tanınan Hacı Mir Rahib Babayev,- bu tip yüksək kriteriyalara malik, emosional zəkası, yüksək erudisiyası, ən ülvi insani keyfiyyətləri, mərhəmət və səxavət adlı yardımlaşması, insani bütövlük və tamlıq kimi dəyərləri ilə yadda qalandır.
Din insanların inancı,dünyagörüşü,əxlaq kodeksidir.
Əgər kimsə öz keçmişini yaxşı bilmirsə, öz milli müqəddaratını qoruya və müdafiə edə bilməz.
Əgər öz dinini yaxşı bilmirsə, kənar dinlərin, dindəki mənfi cərəyanların təsiri altına düşə bilər.
Ona görə də, İslamı yaxşı bilməsək, Qurani-Kərimi, Peyğəmbərimizin yolunu yaxşı bilmiriksə, təbii ki, insanın başqa təsirlər altına daha tez düşməsi istisna deyil.
Məsələn, biz əgər radikal qrupların yayıldığı coğrafiyaya baxsaq, harada islami bilgilər zəifləyibsə, radikallar dini əbaya bürünərək fəallaşıblar.
Onlar dini siyasiləşdirir və ondan istifadə etməyə cəhd göstərirlər. Ona görə də, İslamı olduğu kimi bilmək vacibdir. Əgər kimsə özünü müsəlman hesab edirsə, İslam dinin mahiyyətini öyrənməlidir.
İslam dünyasında dindən sui-istifadə hallarına rast gəlirik və qarşıdurmaları da görürük.
Müəyyən qüvvələr insanların dini biliyinin aşağı olmasından istifadə edərək onları terrora və digər neqativ yollara cəlb edirlər. Azərbaycanda insanların dini bilikləri zəif ola bilər, amma dünyəvilik, sağlam və savadlı cəmiyyət din faktorundan sui-istifadəyə imkan vermir. Amma bununla belə, insanlar din haqqında ətraflı bilgi əldə etməlidir.
Bu üzdən,ölkənin Hacı Mir Rahib Babayev kimi ən tanınan,seçilən,hörmət edilən din xadimləri,ruhani şəxsləri,Insanlara İslam dinini doğru-düzgün təbliğ etmək istiqamətində öhdələrinə düşən məsuliyyətin mənəvi yükünü bildikləri üçün,bu işin təşkili məsələsində Inanclı insanları düzgün mararifləndirləmsəni vacib sayırlar.
Bu yanaşma, doğru-düzgün dini baxışların sərgilənməsi, ölkədəki məscidləri irfan, mədəniyyət mərkəzinə çevrilməkdədir.
Qloballaşma, texnologiya və informasiya bolluğu dövründə əxlaqi-dini dəyərlər bəzən arxa plana keçə bilər. Sosial mediada yalan məlumatlar, neqativ davranış nümunələri və mənəviyyatsızlıq halları gənclər arasında əxlaqi boşluqlar yarada bilər.
Bu səbəbdən, müasir dövrdə əxlaq tərbiyəsi daha strateji və məqsədyönlü şəkildə aparılmalıdır.
Dini-Əxlaqi dünyagörüşü insanın özünə, başqasına və cəmiyyətə qarşı məsuliyyətini müəyyənləşdirən, dəyərlərlə dolu mənəvi bir xəzinədir.
O keçici olmayan, zaman və məkan dəyişsə də aktuallığını itirməyən bir dəyərdir.
Əxlaqı yalnız keçmişə aid dini və fəlsəfi anlayış kimi deyil, bu günümüzün və gələcəyimizin əsas dayaq sütunu kimi görməliyik.
Əxlaq – insan varlığının mənəvi dayağı, cəmiyyətin isə davamlılıq və sabitlik sütunudur. O, sadəcə davranış qaydaları toplusu deyil, həm də vicdanın səsi, doğru ilə yanlışı ayırmaq bacarığı və insanlığın ən ali dəyərlərinin daşıyıcısıdır. İstər fərdi, istər ictimai həyatda əxlaq prinsiplərinin qorunması və ötürülməsi cəmiyyətin gələcəyi üçün həyati əhəmiyyət daşıyır.
Bu gün sürətlə dəyişən dünyada əxlaqi prinsiplərə sadiq qalmaq bəzən çətinləşsə də, onların dəyəri azalmır – əksinə, daha da vacib olur.
Texnologiyanın, informasiya bolluğunun və sosial media təsirlərinin artdığı bir dövrdə, insanlar üçün əxlaq yalnız mənəvi rəhbər deyil, həm də sosial təhlükəsizlik vasitəsi rolunu oynayır. Bu səbəbdən, hər bir valideyn, müəllim, lider və vətəndaş əxlaqın təbliğinə və yaşadılmasına töhfə verməlidir.
Bi tip sürətlə dəyişən dünyanın içində, insanın mənəvi aləmi dini təsəvvürü, o qdər doğruya və həqiqətə söykənməli və bu təməl prinsipni yüksək təxəyyül və idrak sahibləri ruhani şəxsiyyətlər öz üzərlərinə götürməlidir ki, dəyərlər olsduğu kimi ehkam və etalon şəklində qorunub mühafizə olunmalı,zədələnməməlidir.
Bu prinsipləri yalnız yüksək əxlaq və mənəviyyata, dini dünyagörüşünə sahib elm, irfan, mərifət daşıyıcısı olan şəxslər qoruyub. nizamlaya bilər.
Ruhani insan,yüksək dəyərlərə malik Hacı Mir Rahib Babayev kimi əxlaq, mərifət,elm adamları, bu çətin dünyada doğurdan da, yuxarıda danışdığımız həlli vacib məsələlərin yükünü çiyinlərində daşımağa layiq həqiqi milli ruhu, milli siması, doğru-düzgün dini-əxlaqi keyfiyyətləri ilə seçilən tanınan,yadda qalandır.
Bu Çətin,ancaq Müqəddəs,Ruhani Yolda,İslamın Təbliğində,İntişar və Qorunmasında Hacı Mir Rahib Babayevə bir daha Allahdan Sidiqqlik, Mötədillik,Fəzilət,Elm, İtfan, Dözümlülük,Səbr İsətiyirik!
Yolun Açığ, Aydın olsun,Hacı!!!
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi