E.MEHDİ
__________________________
Əsl ziyalı təmsil olunduğu xalqın milli –mənəvi dəyərlərinin təəssübünü çəkəndə,vətəndaşı adını daşıdığı ölkəsinin maraqlarına xidmət göstərəndə, daha hörmətli, daha sevilən və unudulmaz olur.
Bu qəbildən olan insanlar doğurdan da, xalqının iftixar və qürur mənbəyidir.
Tarixi araşdırmalardan məlumdur ki, XIV əsrin ortalarında Əmir Teymur (Teymurləng) işğal etdiyi ölkənin ziyalılarına dəymirdi,alimlərini,yazıçılarını, şairlərini,memarlarını,münəccimlərini,xəttatlarını,yüksək səviyyəli müxtəlif peşə və sənət adamlarını yığıb Səmərqəndə gətizdirər,yeri gələndə,onlarla görüşər,fikir mübadiləsi aparardı…
Əsrlərdən bəri hər bir dövlətin,hər bir dövrün ziyalıya,onların işğına,sözünün çəkisinə və cəmiyyətdə tutduğu doğru-düzgün mövqeyinə böyük ehtiyacı olub,bu tarixi ənənə,indi də davam etməkdədir.
Azərbaycan millətinin mentalitetində böyüyə,ağsaqqala,müəllimə,ziyalıya xüsusi münasibət,özəl ehtiram var.
Çünki,Azərbaycan ziyalılığının beşiyi başında Nizami,Füzuli,Mirzə Fətəli Axundzadə,Mir Cəlal kimi dahilər,böyük əqidə və elm adamları durmuşlar.
Nizaminin bütün yaradıcılığı kamil insan axtarışından ibarət olmuşdur.
Məhəmməd Füzuli yalnız poeziyasının yüksəkliyi və ülviyyəti ilə deyil, həm də öz şəxsiyyəti ilə misilsiz bir örnək idi.
Belə misallar–xalqımızın tarixində və taleyində müstəsna xidmətlər göstərmiş, şərəfli izlər qoymuş ziyalıların layiqli fəaliyyəti barədə istənilən qədər faktlar söyləmək olar.Fəqət,ən mühüm məqam odur ki,bu şəxsiyyətlərin əsas məramı alqış,tərif,təltif umacağı maddi mənafe deyildi.
Onlar həyatlarının mənasını insanlara,xalqa xidmətin feyzində tapırdılar.
Millətlərinin,mənsub olduqları cəmiyyətin mənəvi yüksəlişi naminə əzmlə çalışırdılar. Hər biri öz sahəsində qazandığı uğurları milli nailiyyətlər kimi bəşəriyyətə ərməğan edirdi.
Onlar milli ziyalılığın meyarları,kamil örnəkləri idilər və bu gün də biz ziyalı fəaliyyətinin təsnifatını verərkən,məhz şanlı sələflərimizin xidmət örnəyini əsas götürməliyik.
Bu yazımızda,həmin sadalanan,-adları hörmət və ehtiramla çəkilən ziyalı,xeyirxah,həmçinin daxili aləmində sadə,səmimi,olduqca təvazökar çalarlar gəzdirən,milli-mənəvi,əxlaqi dəyərlər kimi vacib meyarlara malik insanlardan biri,tanınmış və nüfuzlu elm, ictimai xadim, Azərbaycan coğrafiyaçısı, demoqraf, AR Elm və Təhsil Nazirliyi, akademik H. Ə. Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru olmuş, coğrafiya elmləri doktoru, dosent ,Zakir Eminovun işgüzar,geniş spektrə malik çox zəngin,rəngarəngliyi ilə seçilən fəaliyyəti haqqında söz açmaq olduqca maraqlıdır.
Beləki, Zakir müəllim 1967-ci il fevralın 1-də Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində,-Namin kişinin ailəsində dünyaya göz açmışdırş
1991-ci ildə BDU-nun Coğrafiya fakültəsini müvəffəqiyyətlə bitirən dəyərli ziyalımız,əmək fəaliiyətinə 1991-ci ildə Coğrafiya İnstitutunun "Azərbaycanın əhalisi və sosial inkişaf coğrafiyası" şöbəsində əvvəlcə baş laborant, sonra kiçik elmi işçi, elmi işçi kimi başlayıb.
2001-ci ildən isə adıgedən elimi-tədqiqat institutunda aparıcı elmi işçi vəzifəsini icra edib.
2015-ci ildən baş elmi işçi vəzifəsində çalışan Zakir müəllim,.2017-ci ildən İnstitutun "İnsan coğrafiyası" istiqamətinə rəhbər, yeni yaradılmış "Tibbi coğrafiya" şöbəsinə müdir təyin edilib.
2021-2025ci ilər arası Zakir müəllim,AMEA Coğrafiya İnstitutunun Baş direktoru vəzifəsini icra etmişdir.
Həmçinin,dəyərli alimin elimi fəaliyyətinin sferası olduqca maraqlı və rəngarəngliyi ilə seçiləndir.
Zalir müəllim,"Azərbaycan Respublikasında əhalinin vahid məskunlaşması sisteminin (VMS) formalaşması və inkişafı" (Gəncə iqtisadi rayonunun timsalında) mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri namizədi elmi dərəcəsi almış və 2007-ci ildə ona dosent elmi adı verilib.
Daha sonra,AMEA H. Əliyev adına Coğrafiya İnstitutunun Tibbi coğrafiya şöbəsinin müdiri kimi bu sahədə elmi araşdırmalarını davam etdirmişdir.
Ardınca,iqtisadi-sosial və siyasi coğrafiya ixtisası üzrə "Azərbaycanda əmək ehtiyatlarının formalaşmasının demoqrafik problemləri" mövzusunda müdafiə edərək coğrafiya elmlər doktoru elmi dərəcəsi alan Zakir Eminov,-Azərbaycanda əhalinin məskunlaşmasının iqtisadi və sosial-demoqrafik problemlərinə dair 90-a qədər elmi məqalə və tezisin, 10 monoqrafiyanın, 10-a qədər kitabın müəllifidir.
Elmi əsərləri ABŞ, Böyük Britaniya Rusiya Federasiyası, Ukrayna, Özbəkistan, Qazaxıstan, Bolqarıstan, Rumıniya və s. ölkələrdə çap edilmişdir.
Bütün bunlarla yanaşı o, həm də pedoqoji fəaliyyəti ilə də yadda qalandır.
Zakir müəllim,-BDU-da "Azərbaycanın əhalisi", "Azərbaycanda əhalinin VMS-nin problemləri" və "Azərbaycan və qonşu ölkələrin əhali coğrafiyası" kursları üzrə mühazirə və seminar məşğələləri;
ADPU-da "İstehsalın texniki-iqtisadi əsasları" və "Əhali coğrafiyası" fənləri üzrə mühazirələr aparmış,onun rəhbərliyi ilə 4 fəlsəfə doktoru elmi müdafiə etmişdir.
Beləcə,bu dəyərli,ziyalı insanın dövlət və xalq qarşısında əvəzssiz xidmətləri gün kimi aydın,su kimi dupdurudur desək,qeyd etdiklərimz bir daha öz təsdiqini tapmış olacaq.
Çünki,Zakir müəllimin indiyə kimi işgüzar və elmi, həyat fəaliyyətində gördüyü bütün işlərin uğuru,qazandığı etimadın doğru-düzgün nizamlanması,sağlam təfəkkürdən süzülüb gələn məntiqi düşüncənin ekvivalenti olaraq bütün göstərilən arqumentləri özündə ehtiva edəndir.
Bu vacib amil,haqqında danışdığımız əsl insanın ən müsbət keyfiyyətlərinə işıq salmaqla,illərin sınağından keçib gələn təcrübə ilə vəhdəti kimi də başa düşüləndir.
Bu məziyyətlərinə görə də tanınmış alim Zakir Eminov respublikanın ən yuxarı sferalarında öz yeri, öz payı və əvəzssiz rolu olan insanlardan biri kimi hər zaman diqqət mərkəzindədir.
Bu üzdən də o, hazırkı günümüzdə də yorulmadan respublikada ağıllı,rasional, strateji düşüncəyə hesablanmış Azərbaycan elminin tendensiv inkişaf dinamikasının daha düzgün formalaşması istiqamətində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi uğrunda çalışır.
Bu dəyərli insanın,əsl ziyalının həyat yoluna nəzər saldıqda,doğrudan da,onun bu günə kimi keçib gəldiyi yolun zəhmət və halallıqdan yoğrulduğu həqiqəti ilə rastlaşırsan.
İnsan doğulduğu mühitin övladıdır;onun sonrakı həyat mərhələlərindəki bütün fəaliyyəti elə həmin mühitin abu-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.
Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.
Çünki,insan zamanla şəxsiyyətə çevrilir.
Əlbəttə ki,daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür, doğru-düzgün məntiqi düşüncə, dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o, həqiqi şəxsiyyət statusu alır.
Bu üzdən parlaq və zəngin erudisiyası,yüksək emosional zəkası ilə seçilən ictimaii,elm xadimi. Coğrafiya elmlər doktoru,professor Zakir Eminovun daxili aləminin bütün məziyyətləri, mənəvi-əxlaqi keyfiyyətləri,ruhundan qəlbinə bal kimi süzülən hiss-həyəcan və duyğuları,fikirləri, düşüncə tərzi, xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix detalları ən kiçik zərrə şəklində hazırkı günümüzə kimi onun işgüzar fəaliyyətində,qazandığı uğurlarında,atdığı xeyirxah addımlarında doğru-düzgün öz əksini tapmışdır.
Həmin cizgilərdə toplanaraq şəkillənən bu diqqətəlayiq keyfiyyətlər onun həqiqi simasını, hansı kriteriyalara sahib olduğunu, doğrudan da, əminliklə açmış, onu içində yaşadığı cəmiyyətə və vətəndaşı olduğu dövlətə gerçək təqdim etmişdir.
İnsan doğrudan da,əməlləri ilə tanınır,sevilir,hörmət,nüfuz sahibi olur,xalqının gözündə ucalır,əziz tutulur;vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir,gördüyü işlərlə daim diqqət mərkəzində olur,dövlətin etimadını qazanır,ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir,sınağından əsl şəxsiyyət kimi çıxır,vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.
Beləcə,illərdir bu səmimi, doğru-dürüst insan həyatını Azərbaycanın milli və dövlətçilik maraqlarına, düzgün idarəçiliyinin formalaşmasına həsr etməkdədir.
Tutduğu mövqe, çıxdığı yol da özü kimi düz, səlis, aydın, ürəkaçan, ölkədə hüquqi və demokratik dövlət quruculuğunun artan xətt üzrə müsbət, dinamik tendensiya ilə inkişafına xidmət etməyə hesablanmışdır.
Bütün bunların ucalığında isə dəyərli insan,əsl ziyalı,layiqli vətəndaş,hörmətli alim Zakir Eminovun vətənə,xalqa,dövlətə olan sevgisi və sadiqliyi,monolit mövqeyi tutması dayanır.
Çünki, bu insanın əsl vətəndaşlıq mövqeyi milli və dövlətçilik maraqlarımızın daim qorunması istiqamətində atdığı addımlar və gördüyü işlərlə həqiqi sadiqlik, inanılmaz sevgisi ilə vəhdətdə bütövləşir, tamlaşır, öz məzmun səciyyəsini, xarakterik xüsusiyyətlərini onun simasında, ruhunda və qəlbində bir daha ehtiva edir.
Doğrudan da, bir insanın keçdiyi həyat yoluna işıq salanda onun nə qədər zəngin və rəngarəng olduğu, həmin şəxsin bir millət üçün nə qədər fədailik etdiyini özündə təcəssüm etdirir.
İnanırıq bu sadə,səmimi,təvazökar insan hələ əsrimizin qalan illərini də,bax beləcə,vüqarla,cəsur,cəsarətli,böyük ürək,şövqlə, öz ziyası ilə vətəninə,xalqına, dövlətinə dönməz və sonsuz sevgisi, əvəssiz xidmətlər göstərərək yaşayacaq, addımlayacaq, bu məsuliyyətli, müqəddəs yolda yoruldum deməyəcək.
Yolun daim açıq olsun,dəyərli ziyalı,işıqlı insan!
P.S.Yaxin günlərdə,fevralın 1-i,- dəyərli alimin,milli ruhlu ziyalımızın Doğum Günüdür!
Bu Mübarək və Yadda Qalan Gün münasibəti ilə Zakir müəllimi təbrik edir,ona sağlam həyat,mənalı ömür,uğurlu elmi fəaliyyət arzulayırıq!
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi