E. Museyib
____________________________
O, mükəmməlliklə zərifliyin vəhdətindən doğulan sadəcə xeyirxahlıq, mərhəmət, gözəllik kimi ali hisslərin təcəssümüdür.
Onun mənəvi dünyasının ziyasından süzülüb gələn işığ selinin qarşısında kamillik, bütövlük, tamlıqla cilalanan portret cizgilərini həqiqət fırçası ilə duymaq, sonra da mahiyyətinin mənası zənginliklərlə dolu qadın ömrünü bəzəyən möhtəşəmlik və mükəmməlliyin gerçək tablosunu yaratmaq olduqca məsuliyyətlidir.
Çünki, zəngin və dolğun ziyalı qadın ömrü yaşayan bu insanın yüksək kriteriya, meyarlarla müəyyənləşən həyatı, işgüzar imici, ictimai, ədəbi, mədəni, elmi sferada qazandığı nüfuzunun çəkisi ziyasından doğulan işığın fonunda çox parlaq əks olunandır.
Bu üzdən həmin vacib detalları incələmək, təhlil etmək, diqqətçəkən nüanslara iti baxış bucaqından nəzər yetirərək onları xarakterizə edib səciyyəvi xüsusiyyətləri ilə harmoniya şəklində əlaqələndirmək və adıçəkilən keyfiyyətlərin daşıyıcı olan bu ziyalı xanımı olduğu kimi təqdim etmək bir daha yerinə düşəndir.
Ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Memarlıq və İnşaat Universiteti Azərbaycan dili və pedaqogika kafedrasının müdiri,dosent Salatın xanım Əhmədovanın zəngin elmi, pedoqoji, ədəbi-bədii erudisiyası, parlaq şəxsiyyəti, fərqli estetik zövqü, işgüzar, ictimai imici, fəaliyyət dairəsinin geniş radiusunu incələmək, doğurdan da, valehedicidir.
Bu incə, zərif, kübar xanımın zəkasının məhsulu elmi,ədəbi, bədii işlərinin səliqə-sahmanı, dolğun və tutumluğu, məzmun səciyyəsi, aktuallığı, özünəməxsusluğu, avanqard və novatorluğu, elmi, ədəbi, ictimai baxışlarındakı zənginliyin, fərqli çalarların parametrik xüsusiyyətləri, Salatın xanımın təxəyüllündən süzülüb gələn yaradıcı və qurucu ruhunun, sanki, kainatdan güc aldığını təzahür edən detallardandır.
Onun elmi, ədəbi, bədii əsərləri ilə tanış olduqca bu incə və zərif qadının nə qədər böyük və xeyirxah ürək sahibi olduğu həqiqəti qarşında gün kimi doğulur.
Bəşərilik duyğusu, dərketmə intusiyası, yenidən içinə qayıdıb mənəvi dünyasından maddi dünyaya göz qoyub həqiqətin doğduğu anını kəşf etmək elmi baxışı Salatın xanımda olduqca güclü detallarla müşahidə edildiyindən onun özünəməxsus estetik zövqü, bəzən incə, bəzən də sakit, lal axan çay kimi bütün doğrulara rahatlıq gətirir, insanın ruhunu təzələyir.
Salatın xanımın daxili aləminin bütün məziyyətləri, mənəvi-əxlaqi keyfiyyətləri, ruhundan qəlbinə bal kimi süzülən hiss-həyəcan və duyğuları, fikrləri, düşüncə tərzi, xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix detalları, ən kiçik zərrə şəklində, doğurdan da, onun simasında doğru-düzgün öz əksini tapır.
Həmin cizgilərdə toplanaraq şəkillənən bu tip keyfiyyətlər, bu duyğusal, yüksək zövq sahibi, kübar, mükəmməl xanımın həqiqi simasını, hansı kriteriyalara sahib olduğunu əminliklə açır, onu içində yaşadığı cəmiyyətə və vətəndaşı olduğu ölkəyə olduğu kimi təqdim edir.
İnsan doğulduğu mühitin övladıdır; onun sonrakı həyat mərhələlərindəki bütün fəaliyyəti elə həmin mühitin ab-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.
Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.
Çünki, insan zamanla şəxsiyyətə çevrilir.
Əlbəttə ki, daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür, doğru-düzgün məntiqi düşüncə, dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o, həqiqi şəxsiyyət statusu alır.
Salatın xanım ömrün zaman adlı məhfumunun inkaasını dəyərli anlar ilə iqrar edən hər mərhələsində əsl insan, əsl qadın, əsl ziyalı ucalığının zirvəsinə qalxmağı və bu ucalıqda dayanmağı bacarmışdır.
Bu ucalığın zirvəsi onun vətəndaşlıq pasportu, ziyalılıq amalı, xalqına verdiyi dəyər, vətən haqqındakı ali düşüncələrinin təcəssümü, insanlıq nümunəsi kimi təzahür ediləndir.
Əsl insan ziyasının işığından başqalarına da pay verən ali kateqoriyanın mənsublarındandır .
Ədəbiyyatşünas Salatın Əhmədova, həmçinin ziyasının işığını daim bölüşməyi bacaran, incə duyğular sahibi, ölkənin tanınan elm xadimi, pedoqoq, müstəsna zövqə malik, təxəyyülündəki bəşəri düşüncələri yalnız insanlıq üçün qoruyub saxlayan ziyalı qadın kimi, hər zaman diqqət mərkəzində seviləndir !
P.S. Bu günlərdə Prezident İlham Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AZMİU) 50 illiyi münasibətilə sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda təhsilin inkişafında AzMİU-nun bir qrup əməkdaşı təltif edilib.
Təltif edilənlər arasında universitetin dosenti Salatın xanım Əhmədova da yer alır.
Belə ki, o, Prezident İlham Əliyev tərəfindən ”Tərəqqi“ medalına layiq görülüb.
Biz də həmçinin, Salatın xanımı bu təltif münasibətilə təbrik edir, gələcək elmi, pedaqoji, ədəbi-bədii yaradıcılıq işlərində uğurlar arzulayırıq!
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi