E.Mehdizadə
______________________________
Əsl ziyalı təmsil olunduğu xalqın milli –mənəvi dəyərlərinin təəssübünü çəkəndə,vətəndaşı adını daşıdığı ölkəsinin maraqlarına xidmət göstərəndə, daha hörmətli, daha sevilən və unudulmaz olur.
Bu qəbildən olan insanlar doğurdan da, xalqının iftixar və qürur mənbəyidir.
Tarixi araşdırmalardan məlumdur ki, XIV əsrin ortalarında Əmir Teymur (Teymurləng) işğal etdiyi ölkənin ziyalılarına dəymirdi,alimlərini,yazıçılarını, şairlərini,memarlarını,münəccimlərini,xəttatlarını,yüksək səviyyəli müxtəlif peşə və sənət adamlarını yığıb Səmərqəndə gətizdirər,yeri gələndə,onlarla görüşər,fikir mübadiləsi aparardı…
Əsrlərdən bəri hər bir dövlətin,hər bir dövrün ziyalıya,onların işğına,sözünün çəkisinə və cəmiyyətdə tutduğu doğru-düzgün mövqeyinə böyük ehtiyacı olub,bu tarixi ənənə,indi də davam etməkdədir.
Azərbaycan millətinin mentalitetində böyüyə,ağsaqqala,müəllimə,ziyalıya xüsusi münasibət,özəl ehtiram var.
Çünki,Azərbaycan ziyalılığının beşiyi başında Nizami,Füzuli,Mirzə Fətəli Axundzadə,Mir Cəlal kimi dahilər,böyük əqidə və elm adamları durmuşlar.
Nizaminin bütün yaradıcılığı kamil insan axtarışından ibarət olmuşdur.
Məhəmməd Füzuli yalnız poeziyasının yüksəkliyi və ülviyyəti ilə deyil, həm də öz şəxsiyyəti ilə misilsiz bir örnək idi.
Belə misallar–xalqımızın tarixində və taleyində müstəsna xidmətlər göstərmiş, şərəfli izlər qoymuş ziyalıların layiqli fəaliyyəti barədə istənilən qədər faktlar söyləmək olar.Fəqət,ən mühüm məqam odur ki,bu şəxsiyyətlərin əsas məramı alqış,tərif,təltif umacağı maddi mənafe deyildi.
Onlar həyatlarının mənasını insanlara,xalqa xidmətin feyzində tapırdılar.
Millətlərinin,mənsub olduqları cəmiyyətin mənəvi yüksəlişi naminə əzmlə çalışırdılar. Hər biri öz sahəsində qazandığı uğurları milli nailiyyətlər kimi bəşəriyyətə ərməğan edirdi.
Onlar milli ziyalılığın meyarları,kamil örnəkləri idilər və bu gün də biz ziyalı fəaliyyətinin təsnifatını verərkən,məhz şanlı sələflərimizin xidmət örnəyini əsas götürməliyik.
Bu yazımızda həmin sadalanan,-adları hörmət və ehtiramla çəkilən ziyalı,xeyirxah,həmçinin daxili aləmində sadə,səmimi,olduqca təvazökar çalarlar gəzdirən,milli-mənəvi,əxlaqi dəyərlər kimi vacib meyarlara malik insanlardan biri,tanınmış və nüfuzlu elm, ictimai xadim,Azərbaycan riyaziyyat elminin nəhəng siması,həmçinin ölkənin ictimai-siyasi həyatında yaxıdan iştirak etmiş,dəyərli ziyalımız, Milli Məclisin sabiq üzvü,fizika-riyaziyyat elmləri doktoru,professor, BDU-nun ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının,Elm və Təhsil Nazirliyi AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri Asəf Hacıyevin işgüzar,geniş spektrə malik çox zəngin,rəngarəngliyi ilə seçilən fəaliyyəti haqqında söz açmaq olduqca maraqlıdır.
Beləki,1951-ci il mayın 29-da Gəncə şəhərində düyaya göz açan hörmətli ziyalımız,1973-cü ildə indiki M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirərək,əmək fəaliyyətinə 1979-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda başlayır.
Daha sonralar Asəf müəllim,2001-ci ildən Bakı Dövlət Universitetinin Ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiri kimi elmi,pedoqoji fəaliyyətini davam etdirir.
Lakin,buna qədər o,1992-ci ildə Almaniyadakı Münhen Universitetinin,daha sonra,- 1992-1997-ci illər arası Türkiyədəki Boğaziçi Universitetinin (İstanbul), həmçinin müxtəlif illərdə ABŞ, İsveç və digər ölkələrin universitetlərinə dəvət olunaraq,professor vəzifələrində çalışır.
Nəzərinizə çatdırmaq istəyirəm ki,dəyərli ziyalımızın elmi fəaliyyəti olduqca zəngin və rəngarəngliyi ilə seçiləndir;1979-cu ildə riyaziyyat üzrə fəlsəfə doktoru olan Asəf müəllim,1993-cü ildə riyaziyyat üzrə elmlər doktor elmi dərəcəsini, 2003-cü ildə isə professor adını alır.
O, 2001-ci ildən AMEA-nın müxbir,2014-cü ildən isə həqiqi üzvüdür.
Yaddan çıxarmayaq ki,professor Asəf Hacıyev,elmi-pedoqoji fəaliyyəti ilə paralel,həmçinin çox məzmunlu ictimai-siyasi fəaliyyəti ilə respublika ictimaiyyatının diqqətini özünə çəkmişdir.
1995-2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin I,II,III və IV çağırışları üzrə millət vəkili seçilən professor Asəf Hacıyev,əvvəlcə elm və təhsil komissiyasının üzvü,ardınca da, 2006-2008 və 2011-2013-cü illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının vitse-prezidenti, 2015-ci ildən isə Baş katibidir.
Professor Asəf Hacıyev elm sahəsində göstərdiyi və qazandığı naliyyətlərin sayəsində,-2004-cü ildə Beynəlxalq Statistika İnstitutunun,2005-ci ildə Dünya Elmlər Akademiyasının və Italiyadakı Umumdunya Elmlər Akademiyasinin,Gurcustan Milli,Moldova Elmlər Akademiyalarinin,2011-ci ildə isə Çinin Çengdu Universitetinin və Gəncə Universitetinin fəxri professoru seçilmişdir.
O,2005-2011-ci illərdə İtaliyanın Əbdüs Salam adına Fizika üzrə Beynəlxalq Mərkəzinin assosiativ üzvü olub.
Qeyd etmək lazımır ki, hörmətli alim, tətbiqi riyaziyyat,ehtimal nəzəriyyəsi,statistika,idarəetmə məsələləri,tətbiqi mexanika sahəsi üzrə unikal mütəxəssisdir.
O, Azərbaycan dilində ilk dəfə hazırlanmış “Ehtimal nəzəriyyəsi və riyazi statistika ensiklopediyasıının müəlliflərindən biridir.
Professor Asəf Hacıyev 150-dən çox elmi əsərin və 3 kitabın müəllifidir.
Həmçinin o,bu il Speinger nəsriyyatinda cap olunmus “ High-dimensional regression analysis and Artificial Intelligence” ve ABS da Taylor&Francis nəsriyyatinda cixan “Queueing systems with moving servers” kitablarinın da müəllifidir.
Bunu da vurğulamaq yerinə düşəndir ki,Asəf müəllim 1980-ci ildə Elm və Texnika sahəsindəki xidmətlərinə görə Azərbaycan Lenin Komsomolunun mükafatına layiq görülüb.
Beləcə,bu dəyərli insanın dövlət və xalq qarşısında əvəzssiz xidmətləri gün kimi aydın,su kimi dupdurudur desək,qeyd etdiklərimz bir daha öz təsdiqini tapmış olacaq.
Çünki,Asəf müəllimin indiyə kimi işgüzar və akademik,elmi fəaliyyətində gördüyü bütün işlərin uğuru,qazandığı etimadın doğru-düzgün nizamlanması,sağlam təfəkkürdən süzülüb gələn məntiqi düşüncənin ekvivalenti olaraq bütün göstərilən arqumentləri özündə ehtiva edəndir.
Bu vacib amil,haqqında danışdığımız əsl insanın ən müsbət keyfiyyətlərinə işıq salmaqla,illərin sınağından keçib gələn təcrübə ilə vəhdəti kimi də başa düşüləndir.
Bu məziyyətlərinə görə də professor Asəf Hacıyev respublikanın ən yuxarı sferalarında öz yeri, öz payı və əvəzssiz rolu olan insanlardan biri kimi hər zaman diqqət mərkəzindədir.
Bu üzdən də o, hazırkı günümüzdə də yorulmadan respublikada ağıllı,rasional, strateji düşüncəyə hesablanmış Azərbaycan elminin tendensiv inkişaf dinamikasının daha düzgün formalaşması istiqamətində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi uğrunda çalışır.
Bu dəyərli insanın,əsl ziyalının həyat yoluna nəzər saldıqda,doğrudan da,onun bu günə kimi keçib gəldiyi yolun zəhmət və halallıqdan yoğrulduğu həqiqəti ilə rastlaşırsan.
İnsan doğulduğu mühitin övladıdır;onun sonrakı həyat mərhələlərindəki bütün fəaliyyəti elə həmin mühitin abu-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.
Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.
Çünki,insan zamanla şəxsiyyətə çevrilir.
Əlbəttə ki,daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür, doğru-düzgün məntiqi düşüncə, dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o, həqiqi şəxsiyyət statusu alır.
Bu üzdən parlaq və zəngin erudisiyası,yüksək emosional zəkası ilə seçilən ictimai-siyasi,elm xadimi akademik Asəf Hacıyevin daxili aləminin bütün məziyyətləri, mənəvi-əxlaqi keyfiyyətləri,ruhundan qəlbinə bal kimi süzülən hiss-həyəcan və duyğuları,fikirləri, düşüncə tərzi, xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix detalları ən kiçik zərrə şəklində hazırkı günümüzə kimi onun işgüzar fəaliyyətində,qazandığı uğurlarında,atdığı xeyirxah addımlarında doğru-düzgün öz əksini tapmışdır.
Həmin cizgilərdə toplanaraq şəkillənən bu diqqətəlayiq keyfiyyətlər onun həqiqi simasını, hansı kriteriyalara sahib olduğunu, doğrudan da, əminliklə açmış, onu içində yaşadığı cəmiyyətə və vətəndaşı olduğu dövlətə gerçək təqdim etmişdir.
İnsan doğrudan da,əməlləri ilə tanınır,sevilir,hörmət,nüfuz sahibi olur,xalqının gözündə ucalır,əziz tutulur;vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir,gördüyü işlərlə daim diqqət mərkəzində olur,dövlətin etimadını qazanır,ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir,sınağından əsl şəxsiyyət kimi çıxır,vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.
Beləcə,illərdir bu səmimi, doğru-dürüst insan həyatını Azərbaycanın milli və dövlətçilik maraqlarına, düzgün idarəçiliyinin formalaşmasına həsr etməkdədir.
Tutduğu mövqe, çıxdığı yol da özü kimi düz, səlis, aydın, ürəkaçan, ölkədə hüquqi və demokratik dövlət quruculuğunun artan xətt üzrə müsbət, dinamik tendensiya ilə inkişafına xidmət etməyə hesablanmışdır.
Bütün bunların ucalığında isə dəyərli insan,əsl ziyalı,layiqli vətəndaş,hörmətli alim Asəf Hacıyevin vətənə,xalqa,dövlətə olan sevgisi və sadiqliyi,monolit mövqeyi tutması dayanır.
Çünki, bu insanın əsl vətəndaşlıq mövqeyi milli və dövlətçilik maraqlarımızın daim qorunması istiqamətində atdığı addımlar və gördüyü işlərlə həqiqi sadiqlik, inanılmaz sevgisi ilə vəhdətdə bütövləşir, tamlaşır, öz məzmun səciyyəsini, xarakterik xüsusiyyətlərini onun simasında, ruhunda və qəlbində bir daha ehtiva edir.
Doğrudan da, bir insanın keçdiyi həyat yoluna işıq salanda onun nə qədər zəngin və rəngarəng olduğu,həmin şəxsin bir millət üçün nə qədər fədailik etdiyini özündə təcəssüm etdirir.
İnanırıq bu sadə,səmimi,təvazökar insan hələ əsrimizin qalan illərini də,bax beləcə,vüqarla,cəsur,cəsarətli,böyük ürək,şövqlə, öz ziyası ilə vətəninə,xalqına, dövlətinə dönməz və sonsuz sevgisi, əvəssiz xidmətlər göstərərək yaşayacaq, addımlayacaq, bu məsuliyyətli, müqəddəs yolda yoruldum deməyəcək.
Yolun daim açıq olsun,dəyərli ziyalı,işıqlı insan!
Rusiyanın İnformasiya Doktrinası yaxud Qərbin Siyasi Dairələrində Lavrovun Platforması Hədəfin Həndəsəsi Kimi
Yaxın Şərq Müharibəsi:Qlobal Geo-İqtisadi Hegemon Arxitekturanın Geo-Siyasi Asimmetrik Mozaikası
Mərakeş Afrikanın ikinci ən böyük otel inkişaf mərkəzi kimi yüksəlir
Sahraouiya 2026: İdman və həmrəylik vasitəsilə qadınların gücləndirilməsi
Qlobal Enerji Böhranının "Hörmüzü"
Mərakeş güclü beynəlxalq etimad qazanır, Moody’s proqnozu müsbətə yüksəldir