Həqiqətin işığına üz tutub,ədalətə tapınan insan
Tarix: 28-08-2025, 14:17
Google+ Paylaş
Tumblr Paylaş

Həqiqətin işığına üz tutub,ədalətə tapınan insan

28-08-2025, 14:17


Elşad Seyidzadə
_____________________________________________

Antik yunan filosofu Platon yazırdı ki,kamilliyə can atan insanlar üçün ən gərəklisi qanunlar haqqında elmdir.

Ədalətə,haqqa,qanuna bağlılıq bəşər sivilizasiyasının qədim dövrlərindən həqiqətən də insanlığı səciyyələndirən,onu dünyanın ən ali varlığına,zinətinə çevirən ülvi keyfiyyət sayılıb.

Yaşadığı zaman və məkandan asılı olmayaraq daxilindəki işığa doğru üz tutan,ədalətə tapınan insanlar bütün cəmiyyətlərdə sevilib,seçiliblər.

Parlaq şəxsiyyətləri,yüksək mənəvi idealları ilə tanınan belə şəxsiyyətlərin həyat amalı,ilk növbədə,onların cəmiyyətə fayda verən fəaliyyətində real təcəssümünü tapıb.


Ömrünün zirvəsinə mətin,yeyin,düz,şax,şux,vüqarla ucalan bu insanlar həmçinin,yaşadıqları həyatın hər bir anında məhz belə olmağa çalışıb.

Zəhməti,haqqı nahaqqın ayağına verməmək əzmini,yüksək məsuliyyəti,xalqımız,dövlətimiz üçün faydalı olmaq məqsədini bir an da özündən uzağa buraxmayıb.

Həmin ziyalı,xeyirxah,həmçinin daxili aləmində sadə,səmimi,olduqca təvazökar çalarlar gəzdirən,milli-mənəvi,əxlaqi dəyərlər kimi vacib meyarları etalon kimi çiyinlərində daşıyan insanlardan biri,-tanınmış və nüfuzlu ictimai xadim, uzun illər respublikanın prokurorluq orqanlarında və məhkəmə-hüquq sistemində çalışaraq, qanunların aliliyinə hörmətlə yanaşmış və bu ali prisplərlə ölkədə hüquq sisteminin inkişafı üçün bütün qazandığı təcrübəni həsr edən, hazırda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü,vəkil, sanballı hüquqşünas Mirzə Xankişiyevnin işgüzar,geniş spektrə malik çox zəngin və rəngarəngliyi ilə seçilən həyat fəaliyyəti haqqında söz açmaq olduqca maraqlıdır.

Beləki,Ağcabədinin Bayat kəndində,- Aslan kişinin halal,sadə,zəhmətkeş ailəsində dünyaya göz açan Mirzə Xankişiyev,elə lap uşaqlıqdan fərqli və özünə xas keyfiyyətləri seçilmişdir. Həmçinin atasının zəhmi və sərtliyi,övladlarına qarşı diqqət və qayğısı da onun həyatına fərqli rənglər qata bilmişdir.

Ailədə 10 uşaq olsalar da,ataları Aslan kişi onların təlim-tərbiyyəsi,elmə, biliyə maraqlarının olması,gələcəkdə faydalı övlad kimi yetişmələri üçün həyatını onlara həsr etmiş və qarşılğında da çəkilən zəhmət hədər getməmiş,əksinə,öz bəhrəsini vermişdir.


Bu üzdən,Aslan kişinin 10 övladının hamsı ali təhsil almağa müvəffəq olmuş,onlar ayrı-ayrılıqda zaman-zaman ölkənin ictima,sosial,iqtisadi həyatında qazandıqları bilik və bacarıqları il yaxından iştirak etmiş, bu gün də həmin aktiv fəaliyyətlərini davam etdirməkdədirlər.

Deyirlər,hər bir insanın həyatında onun gələcək taleyini müəyyənləşdirəcəkvə dəyişdirəcək hadisələr,məqamlar,yaşadığı gerçəklikləri olur.

Mirzə müəllimin də həyatında ona acılıqlar yaşatmış bir hadisə,sonradan onun gələcək düşüncələrinə duruluq qatmağa səbəb olmuş və o, həmin saf,təmiz,bakir düşüncələrinin arxasınca getmiş,özünün gələcək həyat formulunun düsturunu tapmağa müvəffəq olmuşdur.

Hələ orta məktəb illərində Mirzə müəllimin humanitar fənlərdən daha çox dəqiq elmlərə,xüsusi ilə riyaziyyata böyük maraq göstərməsi,müəlliminin nəzərindən qaçmır.

Bunu da qeyd etmək yerinə düşəndir,Mirzə müəllim demək olar ki, bütün fənləri böyük həvəslə oxuyur və qavrayır, məktəbdə əlaçı şagird kimi tanınırdı.Ancaq riyaziyyata xüsusi marağı onu fərqləndirirdi.

Bu üzdən riyaziyyat müəllimi,onun bu istedadını görür və gələcəkdə gözəl riyaziyyatçı olmağa ruhlandırırdı.

Bu minvalla da,orta məktəbi müvəffəqiyyətlə başa vurduqdan sonra,dəqiq elmlər üzrə ali təhsil almağa hazırlaşır.

Ancaq ali məktəbə qəbul imtahanları zamanı haqsızlığla qarışılaşır və layiq olduğu yüksək qiyməti almaq əvəzində,aldığı aşağı qiymət onu bərk sarsıdır.Amma Mirzə Xankişiyev ruhdan düşmür.


Onunla qəbul imtahanlarına gələn qardaşı Əliyə( şair Əli Aslanoğlu nəzərdə tutulur,-E.S.)üzünü tutaraq deyir,-bir daha bu ali məktəbdə imtahan verməyəcəm.Fikrim,hüquq fakultəsinə qəbul olunmaq,qarşılaşdığım bu ədalətsizliyin yerini gələcəkdə ədalətlə doldurmaqdır.


Belə də olur.Mirzə müəllim,bir neçə il keçdikdən sonra qəbul imtahanlrına hazırlaşır və hüquq fakültəsinə qəbul olnur.


Ali məktəbi bitirdikdən sonra prokurorluq orqanlarında çalışmaq istəyirdi.Çünki prokurorluq çox nüfuzlu orqan idi.


Həm də bu sahəyə onun çox böyük həvəsi var idi.


Doğurdan da,insanın həvəsi,marağı hansı sahəyədirsə,hansı peşədə faydalı olacaqsa,orda çalışmalıdır.

Əks halda nə özünə,nə başqasına faydalı ola bilməz.


Beləliklə,prokurorluğa qəbul üçün çoxsaylı ərizələr yazır və bütün ərizələrin sonunda qeyd edir ki, mən yalnız prokuror olmaq istəyirəm.


O vaxt qəbul prosesi imtahanla deyildi,sənəd verəndə dəvət edib sorğu-sual edir,şifahi müsahibə formatında müraciət edənin potensialını,savadını yoxlayırdılar.


İşə qəbul prosesi isə növbəlilik əsasında aparılırdı.


Nəhayət,1987-ci ildə Mirzə Xankişiyev Balakən rayon prokurorluğunda prokurorun köməkçisi kimi işə başlayır.

5 il Balakən rayon prokurorluğunda çalışdıqdan sonra Mirzə Xankişiyev,1991-1993-cü illər arası Sabirabad Rayon Prokurorluğunda baş müstəntiq,daha sonra 1993-2004-cü illərdə Bakı şəhəri Əzizbəyov(indiki Xəzər rayonu) rayon prokurorunun köməkçisi,prokuror-kriminalisti, ardınca,2004-2008-ci illərdə Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunun prokuror-kriminalisti,2008-2011-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi,2011-2022-ci illərdə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışır.


O, hazırda Vəkillər Kollegiyasının üzvü kimi bu gün də qanunların aliliyi prinsipinə sadiqliyini göstərməkdədir.


Bu üzdən də bu dəyərli insanın dövlət və xalq qarşısında əvəzssiz xidmətləri gün kimi aydın,su kimi dupdurudur desək,qeyd etdiklərimz bir daha öz təsdiqini tapmış olacaq.


Çünki,Mirzə müəllimin indiyə kimi gördüyü bütün işlərin uğuru,doğru-düzgün nizamlanması,sağlam təfəkkürdən süzülüb gələn məntiqi düşüncənin ekvivalenti olaraq bütün göstərilən arqumentləri özündə ehtiva edəndir.


Bu vacib amil,haqqında danışdığımız əsl insanın ən müsbət keyfiyyətlərinə işıq salmaqla,illərin sınağından keçib gələn təcrübə ilə vəhdəti kimi də başa düşüləndir

İnsan doğulduğu mühitin övladıdır;onun sonrakı həyat mərhələlərindəki bütün fəaliyyəti elə həmin mühitin abu-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.

Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.

Çünki, insan zamanla şəxsiyyətə çevrilir.

Əlbəttə ki, daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür, doğru-düzgün məntiqi düşüncə, dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o, həqiqi şəxsiyyət statusu alır.

Bu üzdən parlaq və zəngin erudisiyası,yüksək emosional zəkası ilə seçilən ictimai xadim,respublikanın hüquq sistemində öz yeri və rolu,çəkisi,həmçinin nüfuzu olan Mirzə Xankişiyevin daxili aləminin bütün məziyyətləri,mənəvi-əxlaqi keyfiyyətləri,ruhundan qəlbinə bal kimi süzülən hiss-həyəcan və duyğuları, fikirləri,düşüncə tərzi,xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix detalları ən kiçik zərrə şəklində hazırkı günümüzə kimi onun işgüzar fəaliyyətində, qazandığı uğurlarında,atdığı xeyirxah addımlarında doğru-düzgün öz əksini tapmışdır.

Həmin cizgilərdə toplanaraq şəkillənən bu diqqətəlayiq keyfiyyətlər onun həqiqi simasını,hansı kriteriyalara sahib olduğunu doğrudan da, əminliklə açmış, onu içində yaşadığı cəmiyyətə və vətəndaşı olduğu dövlətə gerçək təqdim etmişdir.

İnsan,doğrudan da,əməlləri ilə tanınır,sevilir, hörmət,nüfuz sahibi olur,xalqının gözündə ucalır,əziz tutulur;vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir,gördüyü işlərlə daim diqqət mərkəzində olur,dövlətin etimadını qazanır,ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir,sınağından əsl şəxsiyyət kimi çıxır,vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ