Parlaq şəxsiyyəti, yüksək emosional zəkası ilə seçilən ziyalı insan
Tarix: 30-07-2025, 15:22
Google+ Paylaş
Tumblr Paylaş

Parlaq şəxsiyyəti, yüksək emosional zəkası ilə seçilən ziyalı insan

30-07-2025, 15:22


Ərtoğrul Mehdizadə
__________________________

Əsl ziyalı xalqının milli dəyərlərinin təəssübünü çəkəndə, ölkəsinin maraqlarına xidmət göstərəndə daha hörmətli, sevilən və unudulmaz olur. Bu qəbildən olan ziyalılar xalqın iftixar və qürur mənbəyidir.

Tarixi araşdırmalardan məlumdur ki, XIV əsrin ortalarında fateh kimi tanınan Əmir Teymur (Teymurləng) işğal etdiyi ölkənin ziyalılarına dəymirdi, alimlərini, yazıçılarını, şairlərini, memarlarını, münəccimlərini, xəttatlarını, yüksək səviyyəli müxtəlif peşə və sənət adamlarını yığıb Səmərqəndə gətizdirər, yeri gələndə, onlarla görüşər, fikir mübadiləsi aparardı…


Əsrlərdən bəri hər bir dövlətin, hər bir dövrün ziyalıya, onların sözünə və mövqeyinə böyük ehtiyacı olub, indi də belədir.

Azərbaycan millətinin mentalitetində böyüyə, ağsaqqala, müəllimə, ziyalıya xüsusi münasibət, özəl ehtiram var. Azərbaycan ziyalılığının beşiyi başında Nizami, Füzuli, Mirzə Fətəli Axundzadə, Mir Cəlal kimi dahilər, böyük əqidə və elm adamları durmuşlar.

Nizaminin bütün yaradıcılığı kamil insan axtarışından ibarət olmuşdur.

Məhəmməd Füzuli yalnız poeziyasının yüksəkliyi və ülviyyəti ilə deyil, həm də öz şəxsiyyəti ilə misilsiz bir örnək idi.


Belə misallar – xalqımızın tarixində və taleyində müstəsna xidmətlər göstərmiş, şərəfli izlər qoymuş ziyalıların layiqli fəaliyyəti barədə istənilən qədər faktlar söyləmək olar. Fəqət, ən mühüm məqam odur ki, bu şəxsiyyətlərin əsas məramı alqış, tərif, təltif umacağı maddi mənafe deyildi.

Onlar həyatlarının mənasını insanlara, xalqa xidmətin feyzində tapırdılar.
Millətlərinin, mənsub olduqları cəmiyyətin mənəvi yüksəlişi naminə əzmlə çalışırdılar. Hər biri öz sahəsində qazandığı uğurları milli nailiyyətlər kimi bəşəriyyətə ərməğan edirdi.

Onlar milli ziyalılığın meyarları,kamil örnəkləri idilər və bu gün də biz ziyalı fəaliyyətinin təsnifatını verərkən, məhz şanlı sələflərimizin xidmət örnəyini əsas götürməliyik.

Həmin ziyalı, xeyirxah, həmçinin daxili aləmində sadə, səmimi, olduqca təvazökar çalarlar gəzdirən, milli-mənəvi, əxlaqi dəyərlər kimi vacib meyarlara malik insan, tanınmış və nüfuzlu ictimai-siyasi xadim, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini, 3-cü dərəcəli Dövlət Vergi Xidməti müşaviri Sahib Ələkbərovun işgüzar, geniş spektrə malik çox zəngin və rəngarəngliyi ilə seçilən fəaliyyəti haqqında söz açmaq olduqca maraqlıdır.

Beləki, 1952-ci il yanvarın 10-da Samuxda dünyaya göz açan Sahib müəllim,1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası), (daha sonralar1984-cü ildə isə Moskva İctimai Elmlər Akademiyasını) bitirdikdən sonra, əvvəlcə Azərbaycan Dəmir yolu Biləcəri qovşağında mühəndis vəzifəsini icra etmişdir.

1975-ci ildən komsomol və partiya orqanlarında ictimai-siyasi fəaliyyətlə məşğul olan Sahib müəllim,20 il müddəti ərzində yetişmiş, səriştəli kadr kimi dövlətin etimadını qazanır .

1996-cı ildən başlayaraq o, həmçinin ölkədə özəl sahənin inkişafı üçün sahibkarlıq fəaliyyətinə üstünlük verir və 2005-ci ilədək özəl sahələrdə müxtəlif vəzifələrdə işləyir.

Özəl sektordan dövlət sektoruna keçən Sahib Ələkbərov, 2005-ci ildə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edir.
2009-cu ilin iyun ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini təyin edilən Sahib müəllim,Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Vergilər nazirinin müavini vəzifəsinə gətirilir.

2020-ci ilin aprel ayından isə, İqtisadiyyat nazirinin müavini vəzifəsində çalışır.

11 fevral 2020-ci ildə vergi xidməti işçilərinin peşə bayramı günü ilə əlaqədar olaraq 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 10 yanvar 2022-ci ildə isə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilən Sahib müəllim, vətən qarşısındakı əvəzssiz xidmətlərini bu gün də yüksək səviyyədə davam etdirir.

Bu üzdən də bu dəyərli insanın dövlət və xalq qarşısında əvəzssiz xidmətləri gün kimi aydın, su kimi dupdurudur desək, qeyd etdiklərimz bir daha öz təsdiqini tapmış olacaq.


Çünki, Sahib müəllimin indiyə kimi gördüyü bütün işlərin uğuru, doğru-düzgün nizamlanması, sağlam təfəkkürdən süzülüb gələn məntiqi düşüncənin ekvivalenti olaraq bütün göstərilən arqumentləri özündə ehtiva edəndir.


Bu vacib amil, haqqında danışdığımız əsl insanın ən müsbət keyfiyyətlərinə işıq salmaqla, illərin sınağından keçib gələn təcrübə ilə vəhdəti kimi də başa düşüləndir.


Bu məziyyətlərinə görə də Sahib Ələkbərov respublikanın ən yuxarı sferalarında öz yeri, öz payı və əvəzssiz rolu olan insanlardan biri kimi hər zaman diqqət mərkəzindədir.


Bu üzdən də o, hazırkı günümüzdə də yorulmadan respublikada ağıllı, rasional, strateji düşüncəyə hesablanmış iqtisadi nizamın tendensiv inkişaf dinamikasının daha düzgün formalaşması istiqamətində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi uğrunda çalışır.

Bu dəyərli insanın, əsl ziyalının həyat yoluna nəzər saldıqda, doğrudan da, onun bu günə kimi keçib gəldiyi yolun zəhmət və halallıqdan yoğrulduğu həqiqəti ilə rastlaşırsan.

İnsan doğulduğu mühitin övladıdır; onun sonrakı həyat mərhələlərindəki bütün fəaliyyəti elə həmin mühitin abu-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.

Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.

Çünki, insan zamanla şəxsiyyətə çevrilir.

Əlbəttə ki, daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür, doğru-düzgün məntiqi düşüncə, dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o, həqiqi şəxsiyyət statusu alır.

Bu üzdən parlaq və zəngin erudisiyası, yüksək emosional zəkası ilə seçilən ictimai-siyasi xadim Sahib Ələkbərovun daxili aləminin bütün məziyyətləri, mənəvi-əxlaqi keyfiyyətləri, ruhundan qəlbinə bal kimi süzülən hiss-həyəcan və duyğuları, fikirləri, düşüncə tərzi, xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix detalları ən kiçik zərrə şəklində hazırkı günümüzə kimi onun işgüzar fəaliyyətində, qazandığı uğurlarında, atdığı xeyirxah addımlarında doğru-düzgün öz əksini tapmışdır.

Həmin cizgilərdə toplanaraq şəkillənən bu diqqətəlayiq keyfiyyətlər onun həqiqi simasını, hansı kriteriyalara sahib olduğunu, doğrudan da, əminliklə açmış, onu içində yaşadığı cəmiyyətə və vətəndaşı olduğu dövlətə gerçək təqdim etmişdir.

İnsan, doğrudan da, əməlləri ilə tanınır, sevilir, hörmət, nüfuz sahibi olur, xalqının gözündə ucalır, əziz tutulur; vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir, gördüyü işlərlə daim diqqət mərkəzində olur, dövlətin etimadını qazanır, ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir, sınağından əsl şəxsiyyət kimi çıxır, vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.

Beləcə, illərdir bu səmimi, doğru-dürüst insan həyatını Azərbaycanın milli və dövlətçilik maraqlarına, düzgün idarəçiliyinin formalaşmasına həsr etməkdədir.

Tutduğu mövqe, çıxdığı yol da özü kimi düz, səlis, aydın, ürəkaçan, ölkədə hüquqi və demokratik dövlət quruculuğunun artan xətt üzrə müsbət, dinamik tendensiya ilə inkişafına xidmət etməyə hesablanmışdır.

Bütün bunların ucalığında isə dəyərli insan, əsl ziyalı, layiqli vətəndaş Sahib Ələkbərovun vətənə, xalqa, dövlətə olan sevgisi və sadiqliyi, əsl vətəndaş mövqeyi tutması dayanır.

Çünki, bu insanın əsl vətəndaşlıq mövqeyi milli və dövlətçilik maraqlarımızın daim qorunması istiqamətində atdığı addımlar və gördüyü işlərlə həqiqi sadiqlik, inanılmaz sevgisi ilə vəhdətdə bütövləşir, tamlaşır, öz məzmun səciyyəsini, xarakterik xüsusiyyətlərini onun simasında, ruhunda və qəlbində bir daha ehtiva edir.

Sahib müəllim Heydər Əliyev ideyalarının ləyaqətli davamçısı kimi hər an bu ideyanın ətrafında məşəl kimi yanmağı, onu qorumağı, onunla daim yaşamağı özünün həyat kredosu hesab edən əsl vətəndaş, ləyaqətli, dönməz və sarsılmaz əsgərdir.

O, həmçinin Heydər Əliyev kursunun uğurlu davamçısı - Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin ölkə başçısı kimi yürütdüyü daxili və xarici siyasəti sayəsində qlobal dünyada və beynəlxalq aləmdə Azərbaycanın tutduğu mövqeyin və yerin nə qədər uğurlu olmasını daim dəstəkləyir, onun daha da möhkəmlənməsi, ölkənin müstəqillik və suverenliyinin daimi olması istiqamətində gördüyü işlərin davamlı olacağına inanır, inkişaf dinamikasının dayanıqlığı üçün atılan bütün addımlara öz təəssübkeşiliyi, işgüzarlığı, ona göstərilən etimadı yüksək səviyyədə doğrultması ilə yaxından iştirak edir.

Doğrudan da, bir insanın keçdiyi həyat yoluna işıq salanda onun nə qədər zəngin və rəngarəng olduğu, həmin şəxsin bir millət üçün nə qədər fədailik etdiyini özündə təcəssüm etdirir.

İnanırıq bu sadə, səmimi, təvazökar insan hələ əsrimizin qalan illərini də, bax beləcə, vüqarla, cəsur, cəsarətli, böyük ürək, şövqlə, öz ziyası ilə vətəninə, xalqına, dövlətinə dönməz və sonsuz sevgisi, əvəssiz xidmətlər göstərərək yaşayacaq, addımlayacaq, bu məsuliyyətli, müqəddəs yolda yoruldum deməyəcək.

Yolunuz daim açıq olsun, dəyərli ziyalı, mədəni insan!скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ