Musa Süleymanov: Sahibkarlıqda yüksək emosional zəkası, zəngin erudisiyası ilə yadda qalan işgüzar, ziyalı insan
Tarix: 18-05-2025, 16:43
Google+ Paylaş
Tumblr Paylaş

Musa Süleymanov: Sahibkarlıqda yüksək emosional zəkası, zəngin erudisiyası ilə yadda qalan işgüzar, ziyalı insan

18-05-2025, 16:43

Musa Süleymanov: Sahibkarlıqda yüksək emosional zəkası, zəngin erudisiyası ilə yadda qalan işgüzar, ziyalı insan

Ərtoğrul Mehdizadə
______________________________

Elə insanlar var ki, onların həyatı, işgüzar fəaliyyəti, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən: "Xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür".

Belə insanların ömrü mənalı və şərəfli, başı həmişə ucalarda olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür.

Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik.

Vətən üçün yaşanan ömür əsl insan ömrüdür.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. O vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

İnsan ömrü bir yola bənzəyir.

Bütün dövrlərdə müdrik insanlar olub. Müdrik insanlara ən çətin dəqiqələrdə müraciət etmək olar. Onlarla dünya daha parlaq, daha maraqlı olur.

O, danışanda problemlər, sanki, öz-özünə əriyərək yoxa çıxır. Belə insanları tanımaq, gənc nəsilə tanıtmaq hər birimizin ümdə vəzifəsidir.

Belə şəxsiyyətlərin işığı gənc nəslin həyat yoluna düzgün istiqamət verər.

“B.Sərdarov adına maşınqayırma zavodu” TASC-nin İdarə heyətinin sədri, “ADO-G” Şirkətlər qrupunun rəhbəri, ”Əməkdar mühəndis “, “Tərəqqi“ medalına layiq görülən tanınmış iş adamı, sahibkarlıqda uğur formulunun qurucusu, nəcib, xeyirxah, işgüzar insan Musa Süleymanov kimi...

Üç sözlə ifadə etsək: xeyirxah, enerjili və qədirbilən…Bu amal, bu istək, sanki, bir ömür boyu Musa müəllimin ruhuna, qəlbinə hopmuş, onunla addımlamış, hər anında onunla yanaşı olmuş, insanların qayğılarına, ehtiyaclarına işıq tutmuşdur.

O, həmçinin Azərbaycan tarixinin özünəməxsus, şərəfli səhifəsi kimi zaman-zaman vərəqlənən Şəmşəddil sultanlığının hakimi Nəsib Sultan nəslinin davamçısı, ürəkli, comərd, xeyirxah, mərhəmətli, şəfqətli, səxavətli, yardımlaşmağı sevən, ən sonunda belə imkanlarını paylaşmağa özündə güc tapan, yoluna davam edərək arxasınca belə, baxmadan, pisliklərin qarşısında geriyə çəkilmək hissini özündən qovan, heç bir çətinliklərdən qorxmayan layiqli şəxsdir.

Bu günə kimi fəaliyyət göstərdiyi bütün sahələrdə qeyri-adi idarəçilik fəaliyyətinə malik bir insan olduğunu da zəkası, işgüzarlığı, əzmi, iradəsi ilə sübut edib.

Ən əsası odur ki, Musa müəllim əsl ziyalı, gözəl insandır.

Hamının dərdinə şərik olan, halına yanan bir insan.

Bu çətin dünyamızda mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt–üst olduğu, insanlığın çat verdiyi bir zamanın və mühitin içində bu keyfiyyətlərə malik ziyalı şəxsin varlığını hiss etmək, sözün həqiqi mənasında, insana təsəlli olur.

Şərəf, ləyaqət, ailə dəyərləri kimi ali məhfumların aşındığı bu günki zamanda öz təmiz dünyasına çəkilib özünün, sözünün, ruhunun, adının, ailəsinin saflığının – Tanrı əmanəti kimi qoruyan şəxsin varlığını bilmək adama təsəlli olur.

Musa müəllimin indiyə kimi işinə yaradıcı münasibəti, parlaq liderlik keyfiyyətləri, öz vəzifəsinə sadiqliyi, mürəkkəb məsələlərin həllinə yüksək peşəkarlıqla yanaşması daima inkişafa yönəlmiş fədakar əməyin təcəssümüdür.


Ziyalı, işgüzar insan adının şərəfini daşımaq məsuliyyətlidir.

Azərbaycanda bu sözə ehtiramla və diqqətlə yanaşılmasının çox qədim və zəngin ənənələri var.

Çünki, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ziyalı sözü, ziyalı xeyir-duası həmişə ali həyat məramı olub.

Ziyalı, xeyirxah insanlar, həm də xalqımızın adət və ənənələrinin qoruyucusu və gənc nəsilə ötürücüləridir.

Azərbaycan xalqının milli mental dəyərlərindən irəli gələrək tarix boyu ziyalılar cəmiyyətdə yüksək hörmət və nüfuz sahibi olublar.

Ziyalı məşğul olduğu sahə ilə deyil, cəmiyyətdəki nüfuzu, mövqeyi və digər üstünlükləri ilə bu adın yükünü daşımağa haqqı olan insandır.

Cəmiyyətin bir insanı ziyalı kimi qəbul etməsi, onun böyüklüyünü etiraf etməsi və bu zirvəyə çatması üçün əsl insan ömrü yaşamaq, böyük ürəyə sahib olmaq lazımdır.

Atalar yaxşı deyib: "Keçmişə güllə atsaq, gələcək bizi topa tutar".

Doğrudan da, keçmişi unutmaq, həyatımızda ağıllı məsləhətləri ilə iz buraxan, qayğıkeş, mərhəmətli insanlara biganə qalmaq olmaz, əksinə, onlar haqqında cavanlara məlumat vermək borcumuzdur.

Müasir gənclər ata-babalarının cəmiyyətdə mövqeyindən, iş təcrübələrindən məlumatlı olmalıdır. Soykökə bağlılıq inkişaf üçün meyardır.

İnsan doğulduğu mühitin övladıdır; onun sonrakı həyat mərhələlərindəki bütün fəaliyyəti elə həmin mühitin abu-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.

Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.

Çünki, insan zamanla şəxsiyyətə çevrilir.

Əlbəttə ki, daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür, doğru-düzgün məntiqi düşüncə, dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o, həqiqi şəxsiyyət statusu alır.

Musa müəllim ziyalı, mədəni, yüksək şəxsi keyfiyyətləri ilə seçilən insan olmaqla paralel, həmçinin respublikada özəl sahənin inkişafında müstəsna xidmətləri ilə yadda qalan iş adamlarından, bu günə kimi rəhbərlik etdiyi sahibkarlıq subyektlərinin vasitəsi ilə bir çox biznes layihələrinə imza atan, sağlam iqtisadi mühitin formalaşmasında əvəzsiz rolu olan şəxsdir.


Doğrudan da, bu günə kimi respublikada sahibkarlığın inkişaf və tərəqqisində öz rolu və payı olan Musa müəllim rəhbətlik etdiyi “B.Sərdarov adına maşınqayırma zavodu” TASC-nin, təsisçisi olduğu “ADO-G” Şirkətlər qrupunun fəaliyyət dairəsini, nəyinki, möhkəmləndirməyi bacarmış, həm də adıgedən bu biznes strukturlarının yeni, daha dinamik və çoxşaxəli istiqamətlərdə zirvələrə çata bilməsi üçün düzgün, fundamental layihələrin baş tutması konsepsiyasının hazırlanmasının əsas fiqurlarından hesab ediləndir.

Bu üzdən ölkənin biznes və sahibkarlıq üzrə ekspertləri Musa müəllimin rəhbərlik etdiyi “B.Sərdarov adına maşınqayırma zavodu” TASC-nin, təsisçisi olduğu “ADO-G” Şirkətlər qrupunda hər bir detalın vacib olduğuna inanır, görülən işlərin, həyata keçirilən layihələrin keyfiyyətinə üstünlük verir, bu sahədə ki, mühitin unikallığından söz açmağı, təşkil edilən keyfiyyətli biznes proqramlarının başqa ölkələrdə də tətbiq olunmasından danışırlar.

Əlbəttə, bu tip müstəsna keyfiyyət və üsluba, çevik və yüksək peşəkarlıq ənənələrinə malik biznes strukturlarının fəaliyyəti sahibkarlıq sahəsində doğru-düzgün münasibətlər üçün inkişaf konsepsiyasının əsaslarını düşünən beyin adamı - Musa Süleymanovun sadəcə müstəsna intellekt və təxəyyülünün nəticəsi kimi diqqətçəkəndir.


Bütün işgüzar fəaliyyəri ilə paralel Musa müəllim Azərbaycan mədəniyyətinin təbliğ olunması istiqamətində də olduqca yadda qalan işlərə imza atıb. Əsl messenant və xeyriyyəçi kimi neçə-neçə yaradıcı insana diqqət və qayğı ilə yanaşaraq onların sənətdə, yaradıcılıqda uğurlar qazanmalarına vasitəçilik edib.


Bu üzdən parlaq və zəngin erudisiyası, yüksək emosional zəkası ilə seçilən işgüzar insan Musa Süleymanovun daxili aləminin bütün məziyyətləri, mənəvi-əxlaqi keyfiyyətləri, ruhundan qəlbinə bal kimi süzülən hiss-həyəcan və duyğuları, fikirləri, düşüncə tərzi, xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix detalları ən kiçik zərrə şəklində hazırkı günümüzə kimi onun işgüzar fəaliyyətində, qazandığı uğurlarında, atdığı xeyirxah addımlarında doğru-düzgün öz əksini tapmışdır.

Həmin cizgilərdə toplanaraq şəkillənən bu diqqətəlayiq keyfiyyətlər onun həqiqi simasını, hansı kriteriyalara sahib olduğunu, doğrudan da, əminliklə açmış, onu içində yaşadığı cəmiyyətə və vətəndaşı olduğu dövlətə gerçək təqdim etmişdir.

İnsan, doğrudan da, əməlləri ilə tanınır, sevilir, hörmət, nüfuz sahibi olur, xalqının gözündə ucalır, əziz tutulur, vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir, gördüyü işlərlə daim diqqət mərkəzində olur, dövlətin etimadını qazanır, ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir, sınağından əsl şəxsiyyət kimi çıxır, vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.


İşgüzar imici ilə seçilən, müstəsna sahibkarlıq keyfiyyətləri baxımından daim diqqət mərkəzində olan, quruculuq ruhu hər zaman vətənin, dövlətin maraqları üçün oyanan, xeyirxahlıq, şəfqət, mərhəmət adlı duyğulardan doğulan daxili emosiyalarının gücü yalnız bəşəri düşüncələrdən qaynaqlanan Musa müəllim də - bu gün həmin insanlardan, Azərbaycanın geniş spektrə malik iqtisad-sosial, sahibkarlıq sferasında fərqli, özünəməxsus nüfuzlu iş adamlarındandır.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ