Professor Kərim Tahirov:Kitablarla danışan adam yaxud ruhuna kitab ətri hopmuş ziyalı insan
Tarix: 5-05-2025, 10:45
Google+ Paylaş
Tumblr Paylaş

Professor Kərim Tahirov:Kitablarla danışan adam yaxud ruhuna kitab ətri hopmuş ziyalı insan

5-05-2025, 10:45


Ə. Mehdizadə
__________________________

Əsl ziyalı xalqının milli dəyərlərinin təəssübünü çəkəndə,ölkəsinin maraqlarına xidmət göstərəndə daha hörmətli,sevilən və unudulmaz olur.Bu qəbildən olan ziyalılar xalqın iftixar və qürur mənbəyidir.

Tarixi araşdırmalardan məlumdur ki, XIV əsrin ortalarında fateh kimi tanınan Əmir Teymur (Teymurləng) işğal etdiyi ölkənin ziyalılarına dəymirdi, alimlərini, yazıçılarını, şairlərini, memarlarını, münəccimlərini, xəttatlarını, yüksək səviyyəli müxtəlif peşə və sənət adamlarını yığıb Səmərqəndə gətizdirər, yeri gələndə, onlarla görüşər, fikir mübadiləsi aparardı…

Əsrlərdən bəri hər bir dövlətin,hər bir dövrün ziyalıya, onların sözünə və mövqeyinə böyük ehtiyacı olub, indi də belədir.

Azərbaycan millətinin mentalitetində böyüyə,ağsaqqala, müəllimə, ziyalıya xüsusi münasibət, özəl ehtiram var. Azərbaycan ziyalılığının beşiyi başında Nizami, Füzuli, Mirzə Fətəli Axundzadə, Mir Cəlal kimi dahilər,böyük əqidə və elm adamları durmuşlar.

Nizaminin bütün yaradıcılığı kamil insan axtarışından ibarət olmuşdur.

Məhəmməd Füzuli yalnız poeziyasının yüksəkliyi və ülviyyəti ilə deyil,həm də öz şəxsiyyəti ilə misilsiz bir örnək idi.

Mirzə Fətəli Axundzadə şəxsiyyətinin mükəmməl və daim aktual olan dərsləri müasir dövr ziyalıları üçün dəyərli istinad mənbəyidir.
Bu məğrur və dönməz insanın milli maraqların qorunması istiqamətindəki çətin və keşməkeşli fəaliyyəti, maarifçiliyə əvəzsiz töhfəsi bu gün də qəlblərdə onun şanlı abidəsini ucaldır.

Belə misallar – xalqımızın tarixində və taleyində müstəsna xidmətlər göstərmiş, şərəfli izlər qoymuş ziyalıların layiqli fəaliyyəti barədə istənilən qədər faktlar söyləmək olar. Fəqət, ən mühüm məqam odur ki, bu şəxsiyyətlərin əsas məramı alqış, tərif, təltif umacağı, maddi mənafe deyildi.

Onlar həyatlarının mənasını insanlara, xalqa xidmətin feyzində tapırdılar.

Millətlərinin, mənsub olduqları cəmiyyətin mənəvi yüksəlişi naminə əzmlə çalışırdılar. Hər biri öz sahəsində qazandığı uğurları milli nailiyyətlər kimi bəşəriyyətə ərməğan edirdi.

Onlar milli ziyalılığın meyarları, kamil örnəkləri idilər və bu gün də biz ziyalı fəaliyyətinin təsnifatını verərkən, məhz şanlı sələflərimizin xidmət örnəyini əsas götürməliyik.

Həmin ziyalı, xeyirxah, həmçinin daxili aləmində sadə, səmimi, olduqca təvəzökar çalarlar gəzdirən, milli-mənəvi, əxlaqi dəyərlər kimi vacib meyarlara sadiq insan, Azərbaycan Milli Kitabxanasının direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirovun işgüzar,geniş spektrə malik çox zəngin və rəngarəngliyi ilə seçilən fəaliyyəti haqqında söz açmaq olduqca maraqlıdır.

1951-ci il noyabr ayının 12-də,-qızıl yarpaqların ilığ payız günəşi ilə izdivacından doğulan günündə, gözəl və füsunkar Qarabağda, torpağı Türkün ruhundan güc aldığı Ağcabədi düzənində dünyaya göz açan professor Kərim Tahirovun bu günə kimi keçib gəldiyi mənalı və zənginliklərlə dolu həyatı fərqli tərəfləri, mahiyyətinin dərinliyini özündə ehtiva edən çalarları ilə yadda qalan,diqqətçəkəndir.

Hələ yeniyetməlik illərində ruhuna hopan oxuduğu kitabların qoxusu, Kərim müəllimin gənclik arzularının adını sanki ətirli qələmi ilə qəlbinə yazmış, bu arzu bu istək, onun beynindən qəlbinə bal kimi süzülərək, gələcək amalını müqəddəsləşdirmiş, həyatını kirablara həst etmək, onların ətrindən bir an belə ayrı düşməməsi üçün əhd bağlamışdır.

Bu ruh,könlündə kitablarla bağladığı əhd, nəhayət onu 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin(indiki BDU) Kitabxanaçılıq fakültəsinə gətirib çıxarır.

1973- 1978-ci illdə sözügedən fakültədə ali təhsil alan professor Kərim Tahirov, 1978-ci ildə təyinatla M. F. Axundov adına Azərbaycan Dövlət Respublika Kitabxanasına (indiki Azərbaycan Milli Kitabxanası) göndərilir;1979–1982-ci illərdə Elmi-metodiki şöbədə (indiki Kitabxanaların metodik təminatı şöbəsi) böyük kitabxanaçı, baş kitabxanaçı, böyük redaktor, bölmə müdiri vəzifələrində çalışır.

1983–1987-ci illər arası isə professor Kərim Tahirova, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin baş Kitabxana müfəttişliyinin böyük müfəttişi, 1987–1988-ci illərdə rəis vəzifələrinin icrası tapşırılır.

Daha sonralar ,-1988–1989-cu illərdə Mədəni-maarif Müəssisələri İdarəsinin, 1989–1993-cü illərdə Mədəni-kütləvi işlər, Kitabxana və Muzey işləri Baş İdarəsinin baş müfəttişi vəzifəsində çalışır, 1993–2000-ci illər ərzində də Kitabxana və Muzey işləri baş idarəsinin rəisi vəzifələrininin icrasını həyata keçirir.

2000–2005-ci illərdə M. F. Axundov adına Azərbaycan Dövlət Kitabxanasının (indiki Azərbaycan Milli Kitabxanası) Metodik və nəşriyyat işləri üzrə direktor müavini vəzifəsində işləyən professor Kərim Tahirov,. 2005-ci ildən hal-hazıradək Azərbaycan Milli Kitabxanasının direktoru vəzifəsində çalışır.
Kərim Tahirovun əmək fəaliyyəti ilə paralel elmi –pedoqoji fəaliyyəti də ürək açan, zənginliyi ilə seçiləndir.

Beləki, 2009-cu ildə "M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı (1923–1959-cu illər)" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək, tarix elmləri namizədi (tarix üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi alan Kərim müəllim, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində pedaqoji fəaliyyətlə məşğul olmaqdadır.
Gənc ixtisaslı kadrların yetişdirilməsinə əvəzssiz xidmət göstərən Kərim Tahirov,. 2012-ci ildə Kitabxanaşünaslıq kafedrasının dosenti, 2013-cü ildə professoru elmi dərəcəsi almağa müvəffəq olmuşdur.

Professor Kərim Tahirov həmçinin, zəngin biblioqtafiyası ilə də yadda qalan elm xadimlərindəndir.

O, dünyanın 40-dan artıq ölkəsində keçirilən elmi konfranslarda və elmi simpoziumlarda elmi məruzələrlə çıxış etmiş, elmi məqalələri bir sıra ölkələrin elmi jurnallarında dərc olunmuşdur.

Kərim müəllim həm də,BDU-nun kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq ixtisasları üzrə ixtisaslaşdırılmış Dissertasiya Şurasının üzvü kimi, bu ixtisas üzrə bir neçə fəlsəfə doktorları və magistrlarının elmi rəhbəri və rəsmi oponenti olmuşdur.

Professor Kərim Tahirovun rəhbərliyi dövründə Milli Kitabxana respublikanın ictimai həyatında fəal iştirak etməyə başlamış, oxuculara xidmət sahələrinin tam şəkildə avtomatlaşdırılması təmin olunmuş, müxtəlif mövzulara dair 50-dən artıq fundamental biblioqrafiyalar tərtib edilərək çap olunmuş, cari biblioqrafiya və informasiya göstəricilərinin, "Elmi əsərlər"in nəşri bərpa edilmiş, kitabxananın elektron kataloqu, elektron kitabxanası, Elmi Şurası yaradılmışdır,

Onun rəhbərliyi dövründə 34 xarici ölkənin milli kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair memorandumlar imzalanmışdır.
Bunu da qeyd etmək yerinə düşəndir ki, Kərim müəllim 2006-cı ildən Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq ixtisasları üzrə Dövlət İmtahan Komissiyasının,2007-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında Ekspert Komissiyasının, 2013-cü ildən isə Milli Kitabxananın Elmi Şurasının sədridir.

Kərim müəllim həmçinin, gözəl ailə başçısı, iki övladın layiqli atası, dörd nəvəsinin qayğıkeş, sevimli babalarıdır.

Bu üzdən də bu dəyərli insanın dövlət və xalq qarşısında əvəzssiz xidmətləri gün kimi aydın, su kimi dupdurudur desək, qeyd etdiklərimz bir daha öz təsdiqini tapmış olacaq.

Çünki, professor Kərim Tahirovun indiyə kimi gördüyü bütün işlərin uğuru, doğru-düzgün nizamlanması,sağlam təfəkkürdən süzülüb gələn məntiqi düşüncənin ekvivalenti olaraq bütün göstərilən arqumentləri özündə ehtiva edəndir.

Bu vacib amil, haqqında danışdığımız əsl insanın ən müsbət keyfiyyətlərinə işıq salmaqla, illərin sınağından keçib gələn təcrübə ilə vəhdəti kimi də başa düşüləndir.

Bu məziyyətlərinə görə də professor Kərim Tahirov, respublikanın bir sıra sferalarında öz yeri, öz payı və əvəzssiz rolu olan insanlardan biri kimi hər zaman diqqət mərkəzindədir.

Bu üzdən də o, hazırkı günümüzdə də yorulmadan Azərbaycan Milli Kitabxanasının rəhbəri kimi ölkədə sosial-mədəni sağlam mühitin daha düzgün formalaşması strategiyası üçün qarşıya qoyulan vəzifələrin yerinə yetirlməsi uğrunda çalışır.

Bu dəyərli insanın, əsl ziyalının həyat yoluna nəzər saldıqda, doğrudan da, onun bu günə kimi keçib gəldiyi yolun zəhmət və halallıqdan yoğrulduğu həqiqəti ilə rastlaşırsan.

İnsan doğulduğu mühitin övladıdır; onun sonrakı həyat mərhələlərindəki bütün fəaliyyəti elə həmin mühitin abu-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.

Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.

Çünki, insan zamanla şəxsiyyətə çevrilir.

Əlbəttə ki, daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür, doğru-düzgün məntiqi düşüncə, dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o, həqiqi şəxsiyyət statusu alır.

Bu üzdən parlaq və zəngin erudisiyası, yüksək emosional zəkası ilə seçilən professor Kərim Tahirovun daxili aləminin bütün məziyyətləri, mənəvi-əxlaqi keyfiyyətləri, ruhundan qəlbinə bal kimi süzülən hiss-həyəcan və duyğuları, fikirləri, düşüncə tərzi, xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix detalları ən kiçik zərrə şəklində hazırkı günümüzə kimi onun işgüzar fəaliyyətində, qazandığı uğurlarında, atdığı xeyirxah addımlarında doğru-düzgün öz əksini tapmışdır.

Həmin cizgilərdə toplanaraq şəkillənən bu diqqətəlayiq keyfiyyətlər onun həqiqi simasını, hansı kriteriyalara sahib olduğunu, doğrudan da, əminliklə açmış, onu içində yaşadığı cəmiyyətə və vətəndaşı olduğu dövlətə gerçək təqdim etmişdir.

İnsan, doğrudan da, əməlləri ilə tanınır, sevilir, hörmət, nüfuz sahibi olur, xalqının gözündə ucalır, əziz tutulur, vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir, gördüyü işlərlə daim diqqət mərkəzində olur, dövlətin etimadını qazanır, ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir, sınağından əsl şəxsiyyət kimi çıxır, vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.

Beləcə, illərdir bu səmimi, doğru-dürüst insan həyatını Azərbaycanın milli və dövlətçilik maraqlarına, düzgün idarəçiliyinin formalaşmasına həsr etməkdədir.

Tutduğu mövqe, çıxdığı yol da, özü kimi düz, səlis, aydın, ürəkaçan, ölkədə hüquqi və demokratik dövlət quruculuğunun artan xətt üzrə müsbət, dinamik tendensiya ilə inkişafına xidmət etməyə hesablanmışdır.

Bütün bunların ucalığında isə dəyərli insan, əsl ziyalı, layiqli vətəndaş Kərim Tahirov vətənə, xalqa, dövlətə olan sevgisi və sadiqliyi, əsl vətəndaş mövqeyi tutması dayanır.

Çünki, bu insanın əsl vətəndaşlıq mövqeyi milli və dövlətçilik maraqlarımızın daim qorunması istiqamətində atdığı addımlar və gördüyü işlərlə həqiqi sadiqlik, inanılmaz sevgisi ilə vəhdətdə bütövləşir, tamlaşır, öz məzmun səciyyəsini, xarakterik xüsusiyyətlərini onun simasında, ruhunda və qəlbində bir daha ehtiva edir.

Professor Kərim Tahirov Heydər Əliyev ideyalarının ləyaqətli davamçısı kimi hər an bu ideyanın ətrafında məşəl kimi yanmağı, onu qorumağı, onunla daim yaşamağı özünün həyat kredosu hesab edən əsl vətəndaş, ləyaqətli, dönməz və sarsılmaz əsgərdir.

O, həmçinin Heydər Əliyev kursunun uğurlu davamçısı - Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin ölkə başçısı kimi yürütdüyü daxili və xarici siyasəti sayəsində qlobal dünyada və beynəlxalq aləmdə Azərbaycanın tutduğu mövqeyin və yerin nə qədər uğurlu olmasını daim dəstəkləyir, onun daha da möhkəmlənməsi, ölkənin müstəqillik və suverenliyinin daimi olması istiqamətində gördüyü işlərin davamlı olacağına inanır, inkişaf dinamikasının dayanıqlığı üçün atılan bütün addımlara öz təəssübkeşiliyi, işgüzarlığı, ona göstərilən etimadı yüksək səviyyədə doğrultması ilə yaxından iştirak edir.

Doğrudan da, bir insanın keçdiyi həyat yoluna işıq salanda onun nə qədər zəngin və rəngarəng olduğu, həmin şəxsin bir millət üçün nə qədər fədailik etdiyini özündə təcəssüm etdirir.


İnanırıq bu sadə, səmimi, təvazökar insan hələ əsrimizin qalan illərini də, bax beləcə, vüqarla, cəsur, cəsarətli, böyük ürək, şövqlə, öz ziyası ilə vətəninə, xalqına, dövlətinə dönməz və sonsuz sevgisi, əvəssiz xidmətlər göstərək yaşayacaq, addımlayacaq, bu məsuliyyətli, müqəddəs yolda yoruldum deməyəcək.

Yolun daim açıq olsun, dəyərli ziyalı, mədəni insan!скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ