Elşad Mehdizadə
_____________________________
Elə insanlar var ki, onların həyatı,işgüzar fəaliyyəti, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür".
Belə insanların ömrü mənalı və şərəfli, başı həmişə ucalarda olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür.
Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik.
Vətən üçün yaşanan ömür əsl insan ömrüdür. İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. O vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.
İnsan ömrü bir yola bənzəyir.
Bütün dövrlərdə müdrik insanlar olub. Müdrik insanlara ən çətin dəqiqələrdə müraciət etmək olar. Onlarla dünya daha parlaq, daha maraqlı olur.
O, danışanda problemlər sanki öz-özünə əriyərək yoxa çıxır. Belə insanları tanımaq, gənc nəsilə tanıtmaq hər birimizin ümdə vəzifəsidir.
Belə şəxsiyyətlərin işığı gənc nəslin həyat yoluna düzgün istiqamət verər.
“İtaldizayn “ Şirkərlər Qrupunun baş direktoru Elçin Zeynalov kimi...
Üç sözlə ifadə etsək: xeyirxah, enerjili və qədirbilən…Bu amal, bu istək, sanki bir ömür boyu bu insanın ruhuna, qəlbinə hopmuş, onunla addımlamış, hər anında Elçin müəllimin yanaşı olmuş, insanların qayğılarına, ehtiyaclarına işığ tutmuşdur.
O, həmçinin bu günə kimi fəaliyyət göstərdiyi bütün sahələrdə qeyri adi idarəçilik fəaliyyətinə malik bir insan olduğunu da zəkası, Işgüzarlığı, əzmi, iradəsi ilə sübut edib.
Ən əsası odur ki, Elçin müəllim əsl ziyalı, gözəl insandır. Hamının dərdinə şərik olan, halına yanan bir insan.
Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın və mühitin içində bu keygiyyətlərə malik ziyalı şəxsin varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur.
Şərəf, ləyaqət, ailə dəyərləri kimi ali məhfumların aşındığı bu günki zamanda, öz təmiz dünyasına çəkilib, özünün, sözünün, ruhunun,adının, ailəsinin saflığının – Tanrı əmanəti kimi qoruyan şəxsin varlığını bilmək
adama təsəlli olur.
Elçin müəllimin indiyə kimi işinə yaradıcı münasibəti, parlaq liderlik keyfiyyətləri,öz vəzifəsinə sadiqliyi, mürəkkəb məsələlərin həllinə yüksək peşəkarlıqla yanaşması daima inkişafa yönəlmiş fədakar əməyin təcəssümüdür.
Ziyalı adının adının şərəfini daşımaq məsuliyyətlidir. Azərbaycanda bu sözə ehtiramla və diqqətlə yanaşılmasının çox qədim və zəngin ənənələri var.
Çünki xalqımızın mənəvi dünyasında, milli mentalitetində ziyalı sözü, ziyalı xeyir-duası həmişə ali həyat məramı olub.
Ziyalı insanlar həm də xalqımızın adət və ənənələrinin qoruyucusu və gənc nəslə ötürücüləridir.
Azərbaycan xalqının milli mental dəyərlərindən irəli gələrək tarix boyu ziyalılar cəmiyyətdə yüksək hörmət və nüfuz sahibi olublar.
Ziyali məşğul olduğu sahə ilə deyil, cəmiyyətdəki nüfuzu, mövqeyi və digər üstünlükləri ilə bu adın yükünü daşımağa haqqı olan insandır.
Cəmiyyətin bir insanı ziyalı kimi qəbul etməsi, onun böyüklüyünü etiraf etməsi və bu zirvəyə çatması üçün əsl insan ömrü yaşamaq, böyük ürəyə sahib olmaq lazımdır.
Bu gün də gənclərin dövlətə, xalqa sadiq, Vətənə bağlı, zərərli yad təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyə olunması işində daim Elçin müəllim kimi ziyalılara böyük ehtiyacı vardır.
Atalar yaxşı deyib: "Keçmişə güllə atsaq, gələcək bizi topa tutar".
Doğrudan da keçmişi unutmaq, həyatımızda ağıllı məsləhətləri ilə iz buraxan, qayğıkeş, mərhəmətli insanlara biganə qalmaq olmaz, əksinə, onlar haqqında cavanlara məlumat vermək borcumuzdur.
Müasir gənclər ata-babalarının cəmiyyətdə mövqeyindən, iş təcrübələrindən məlumatlı olmalıdır. Soykökə bağlılıq inkişaf üçün meyardır.
İnsan doğulduğu mühitin övladıdır; onun sonrakı həyat mərhələlərindəki bütün fəaliyyəti elə həmin mühitin ab-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.
Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.
Çünki insan zamanla şəxsiyyətə çevrilir.
Əlbəttə ki,daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq,onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür,doğru,düzgün məntiqi düşüncə,dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o,həqiqi şəxsiyyət statusu alır.
Elçin müəllim ziyalı,mədəni,yüksək şəxsi keyfiyyətləri ilə seçilən insan olmaqla paralel,həmçinin Azərbaycanda milli sahibkarlıq ənənələrinin təməl daşını atan biznesmenlərdən,ölkədə sağlam sahibkarlıq mühitinin formalaşmasında müstəsna rolu olan iş adamlarından, "İtaldizain Holdinq "in əsas səhmdarlarından biridir.
"İtaldizain Holdinq"in uğurlarında böyük rolu olan Elçin müəllim, 1996-cı ildə yarandığı gündən bəri sözügedən şirkətin fəaliyyət dairəsini nəinki mebel bazarında möhkəmləndirməyi bacarmış, həm də şirkərin yeni,daha dinamik və çoxşaxəli istiqamətlərdə zirvələrə çata bilməsi üçün düzgün, fundamental biznes konsepsiyasının hazırlanmasının əsas fiqurlarından hesab edilənidir.
Bu günə kimi onun rəhbərliyi və düzgün sahibkarlıq strategiyası əsasında şirkətin şəhərin müxtəlif ərazilərindəki butiklərində, lüks qab-qacaq və tekstil, zərgərlik, mebel və dizayner bijüteriyaları üzrə ixtisaslaşmış zəngin tarixə və irsə malik 200-dən çox brenddən, seçilmiş kolleksiyaların müştərilərə, həmçinin şəhərin qonaqlarına təqdim edilməsi təşkil olunmaqdadır.
Bu üzdən,müştərilər ITALDIZAIN-da hər bir detalın vacib olduğuna inanır, təqdim olunan zərif qab-qacaq əşyalarının, müasir dizaynda mebellərin keyfiyyətinə üstünlük verir, unikal məhsul çeşidlərindəndən seçim etməkdən zövq alırlar.
Çünki, ITALDIZAIN doğurdan da lüks və zəriflik sahəsində etibarlı tərəfdaş, müştərilərinin daim zövqünü nəzərə alan Şirkətlər Qrupudur.
Əlbəttə, bu tip müstəsna keyfiyyət və üsluba, çevik və yüksək sahibkarlıq ənənələrinə malik brend holdinqin qurulması,biznes münasibətləri üçün inkişaf konsepsiyasının ideoloji əsaslarını düşünən beyin adamı,- Elçin Zeynalovun sadəcə müstəsna intelekt və təxəyyülünün nəticəsi kimi diqqətçəkəndir.
Bu üzdən parlaq və zəngin erudisiyası, yüksək emosional zəkası ilə seçilən iş adamı Elçin Zeynalovun daxili aləminin bütün məziyyətləri, mənəvi-əxlaqi keyfiyyətləri, ruhundan qəlbinə bal kimi süzülən hiss-həyəcan və duyğuları, fikirləri, düşüncə tərzi, xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix detalları ən kiçik zərrə şəklində hazırkı günümüzə kimi onun işgüzar fəaliyyətində, qazandığı uğurlarında, atdığı xeyirxah addımlarında doğru-düzgün öz əksini tapmışdır.
Həmin cizgilərdə toplanaraq şəkillənən bu diqqətəlayiq keyfiyyətlər onun həqiqi simasını, hansı kriteriyalara sahib olduğunu, doğrudan da, əminliklə açmış, onu içində yaşadığı cəmiyyətə və vətəndaşı olduğu dövlətə gerçək təqdim etmişdir.
İnsan, doğrudan da, əməlləri ilə tanınır, sevilir, hörmət, nüfuz sahibi olur, xalqının gözündə ucalır, əziz tutulur, vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir, gördüyü işlərlə daim diqqət mərkəzində olur, dövlətin etimadını qazanır, ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir, sınağından əsl şəxsiyyət kimi çıxır, vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.