Elşad Xanbudaqlı
_______________________________
Qədim yunan filosofu Sokrat deyirdi:“insanı həyata bağlayan onun gözəl cəhətləridir”.
Əslində, dünyaya gələn hər kəs bu cəhətləri ilə doğulur.
Bu gözəlliklərin ifadə edilməsi isə insanın düşdüyü mühitdən, boya başa çatdığdan sonra seçdiyi həyat yolundan, qarşıya qoyduğu məqsəd və məramından asılı olur.
İnsanın bu həyat məqsədlərini tapmasından, kamiliyyə aparan yola doğru ilk addımlarını ata bilməsindən ötrü mütləq nümunələrə ehtiyac vardır.
Bəşəri dəyərlər üçün örnək yaradan nümunələr olmayanda, yanlış işlər insanın taleyini məqsəddən uzaq salacaq.
Beləcə, mənalı işlərə sərf etmək, dünyanı gözəlləşdirmək, yaddaşlarda yaxşı biri kimi xatırlanmaq üçün əta olunmuş ömür, su kimi axıb gedəcək.
İnsanın gözləri önündə parlaq örnəklər olanda isə o, həyatın dəyərini dərk edəcək,ömrünü bir—bir əvəz edəcək yeknəsək günlərlə deyil, bəşəriyyətin bu günü və gələcəyi naminə böyük bir missiyaya dönüş edəcək.
Bu üzdən,Azərbaycanın tanınmış iş adamı, İqtisad elmləri üzrə fəlsəfə doktoru,"Qızıl əlcək" idman klubunun prezidenti, bir sıra xeyirxah işləri ilə yadda qalan,"International Construction Company" (Qazaxıstan) şirkətinin təsiscisi və Direktorlar Şurasının sədri Xaqani Zahid oğlu Quluzadənin xidmətlərini qeyd etmək olduqca yerinə düşəndir.
Onun bu günə kim təşəbbüsü və rəhbərliyi iləi görülmüş, indi də gördüyü işlərin miqyası əhəmiyyəti ilə seçiləndir.
Bu günə qədər həyatda qazandığı uğurlar,işgüzar fəaliyyətində ona baş ucalığı gətirən naliyyətlərin çoxu,Xaqani Quluzadənin elə bu prinsipial və doğru,düzgün sağlam məntiqi düşüncələrinin məhsulu kimi yadda qalan faktorlardandır.
Antik yunan filosofu Platon yazırdı ki,kamilliyə can atan insanlar üçün ən gərəklisi qanunlar haqqında elmdir.
Ədalətə,haqqa,qanuna bağlılıq bəşər sivilizasiyasının qədim dövrlərindən həqiqətən də insanlığı səciyyələndirən,onu dünyanın ən ali varlığına,zinətinə çevirən ülvi keyfiyyət sayılıb.
Yaşadığı zaman və məkandan asılı olmayaraq daxilindəki işığa doğru üz tutan,ədalətə tapınan insanlar bütün cəmiyyətlərdə sevilib,seçiliblər.
Parlaq şəxsiyyətləri,yüksək mənəvi idealları ilə tanınan belə şəxsiyyətlərin həyat amalı,ilk növbədə,onların cəmiyyətə fayda verən fəaliyyətində real təcəssümünü tapıb.
Ömrünün zirvəsinə mətin,yeyin,düz,şax,şux,vüqarla ucalan bu insan həmçinin, həyatının hər bir anında məhz belə olmağa çalışıb.
Zəhməti, haqqı nahaqqın ayağına verməmək əzmini,yüksək məsuliyyəti,xalqımız,dövlətimiz üçün faydalı olmaq məqsədini bir an da özündən uzağa buraxmayıb.
Onun ömür yolu,- Borçalı mahalının Marneuli rayonunun (Gorarxı) Alget kəndində,doğulduğu ziyalı ailəsindən,elm,mərifət ocağından güc alır.
Bütün bu müsbət səciyyəvi xüsusiyyətlər,onun istedadından və işıqlı gələcəyindən xəbər verən detallardan olmuşdur.
Bu üzdən də,Xaqani Quluzadənin daxili aləmindəki yaradıcı və qurucu ruhu,gələcəkdə çin olacaq arzularının arxasınca onu pərvazlandırmışdır .
Beləki,1993-cü ildə Bakı şəhəri 2 saylı texniki-humanitar liseyini qızıl medalla bitirən bu işgüzar insan, 2015-сi ildə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində “Executive Global Master’s in Management” proqramını müvəffəqiyyətlə yerinə yetirib, magistr dərəcəsini qazanır.
Həmçinin, "Maliyyə" ixtisası üzrə magistr dərəcəsiylə Azərbaycan Dövlət İqtisad Universitetini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə ilə bitirir.
2003-cü ildə "Milli iqtisadiyyatın formalaşması prosesində dövlət investisiya siyasətinin prioritetləri" mövzusunda dissertasiyanı müvəffəqiyyətlə müdafiə edən Xaqani Quluzadə, İqtisad elmləri üzrə fəlsəfə doktoru adını qazanır.
2010-ci ilin avqust ayından 2013-cü ilin oktyabr ayınadək “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Baş direktoru, Direktorlar Şurasının sədri vəzifəsini icra edir, hazırda "International Construction Company" (Qazaxıstan) şirkətinin təsisçisi və Direktorlar Şurasının sədridir.
Bundan əvvəl isə həmçinin, Azərbaycanın aparıcı banklarında Aktivlərin və passivlərin idarəetmə komitəsinin sədri, İdarə Heyəti sədrinin birinci müavini, həmçinin İdarə Heyətinin sədri kimi rəhbər vəzifələrdə fəaliyyət göstərmişdir.
“Avro-istiqrazların” müvəffəqiyyətli yerləşdirilməsini həyata keçirən işçi qrupuna rəhbərlik edən Xaqani Quluzadə,beynəlxalq maliyyə institutları, investisiya fondları və aparıcı dünya bankları ilə zəngin iş təcrübəsi daxil olmaqla ümumilikdə20 ilə yaxın idarəetmə təcrübəsinə malikdir.
Göstərdiyi işgüzar və geniş spektrə malik fəaliiyətinə görə 2011-ci ilin iyun ayında Böyük Britaniyanın Oksford şəhərində və 2013-cü ildə London şəhərində Avropa Biznes Assambleyası tərəfindən iki dəfə "İlin Meneceri",2013-cü ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna görə "İlin adamı "ali media mükafatlarını qazanmışdır.
Xaqani Quluzadə həmçinin bir sıra xeyiryyəçilik fəaliyyəti ilə yadda qalmışdır.
Onun rəhbəriliyi altında 2013-cü ildə Azərbaycan dövlətinin dəsdəyi ilə Alget (Gorarxı) kəndini Marneuli rayon mərkəzinə daha tez yetişdirən Alget (Əlyət) çayının üzərindən rayon mərkəzinə gedən yola birləşdirən yeni körpü inşa etdirmiş, həmçinin 2010-cu ildə, adı Gorarxının adı ilə hallanan, Şah Abbasın namaz qıldığı, Borçalının ən qədim məscidlərindən olan Goraxrxı Məscidini əsaslı təmir etdirmiş və hazırki gözəl görkəminə gətirmişdir.
Bu işgüzar insan, xeyriyyəçilik işləri ilə yanaşı İdman sahəsinin inkişafı üçün də öz dəsdəyini əsirgəməmişdir.
1998-ci ildə Bakıda “Qızıl əlcək” idman klubunu təsis etmiş, klub yaradıldığı gündən, bu günə kimi, Xaqani Quluzadənin rəhbərliyi altında boks və kikboks idman növləri üzrə Azərbaycan idmanına Dünya və Avropa çempionları yetşidirməklə Azərbaycan idman sahəsində yeni-yeni uğurlara imza atmaqda davam etdirilir.
İnsan doğulduğu mühitin övladıdır; onun sonrakı həyat mərhələlərindəki bütün fəaliyyəti elə həmin mühitin ab-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.
Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.
Çünki insan zamanla şəxsiyyətə çevrilir.
Əlbəttə ki,daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq,onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür,doğru,düzgün məntiqi düşüncə,dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o,həqiqi şəxsiyyət statusu alır.
Bu üzdən, parlaq və zəngin erudisiyası,yüksək emosional zəkası ilə seçilən Xaqani Quluzadənin daxili aləminin bütün məziyyətləri,mənəvi-əxlaqi keyfiyyətləri,ruhundan qəlbinə bal kimi süzülən hiss,həyəcan və duyğuları,fikrləri,düşüncə tərzi,xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix,detalları,ən kiçik zərrə şəklində hazırki günümüzə kimi onun işgüzar fəaliyyətində,qazandığı uğurlarında,atdığı xeyirxah addımlarında doğru,düzgün öz əksini tapmışdır.
Həmin cizgilərdə toplanaraq şəkillənən bu diqqətəlayiq keyfiyyətlər,onun həqiqi simasını,hansı kriteriyalara sahib olduğunu doğurdan da əminliklə açmış,onu içində yaşadığı cəmiyyətə və vətəndaşı olduğu dövlətə gerçək təqdim etmişdir.
İnsan doğurdan da əməlləri ilə tanınır,sevilir,hörmət,nüfuz sahibi olur,xalqının gözündə ucalır,əziz tutulur,vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir,gördüyü işlərlə daim diqqət mərkəzində olur,dövlətin etimadını qazanır,ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir,sınaqından əsl şəxsiyyət kimi çıxır,vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.