Elşad Seyidzadə
_________________________________
Bir insanın daxili aləminin bütün məziyyətləri, mənəvi-əxlaqi keyfiyyətləri, ruhundan qəlbinə bal kimi süzülən hiss,həyəcan və duyğuları,fikrləri,düşüncə tərzi,xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix,detalları,ən kiçik zərrə şəklində onun simasında doğru,düzgün öz əksini tapır.
Həmin cizgilərdə toplanaraq şəkillənən bu tip keyfiyyətlər,sonradan insanın həqiqi simasını,hansı kriteriyalara sahib olduğunu əminliklə açır,onu içində yaşadığı cəmiyyətə və vətəndaşı olduğu dövlətə olduğu kimi təqdim edir.
Bu yazımızda həmin insanlardan biri,-daxili aləminin nəcibliyi ilə üz cizgilərindəki səmimiyyətin vəhdətindən yaranan bütövlüyün,tamlığın,ən ali keyfiyyətlərin məcmusunu mənəvi-əxlaq dəyərlər kriteriyasında etalon kimi qoruyub saxlayan,nəcib şəxsiyyət,ictimai xadim,sadə və səmimi,geniş ürək sahibi ,əsl ziyalı,milli və dövlətçilik maraqlarımızın təəssübkeşi,xeyirxah əməlləri ilə yadda qalıb sevilən,incə qəlbə malik,doğru,dürüst düşüncələrində bəşəri duyğular carçısı, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, Aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimovun portretini olduğu kimi təqdim etmək istəyirik.
Vüqar Səlimov,- doğurdan da respublikada tanınan,sayılıb-seçilən,dövlətin etimadını qazanmış,əsl vətəndaş,nüfuzlu ictimai və elm xadimi,Azərbaycanın milli dövlətçilik maraqlarına sadiq,ən təcrübəli və səriştəli aqrar kadrlardan,dəyərli ziyalılarımızdandır.
İnsan doğulduğu mühitin övladıdır; onun sonrakı həyat mərhələrindəki bütün fəaliyyəti elə həmin mühitin ab-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.
Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.
Çünki insan zamanla şəxsiyyətə çevrilir.
Əlbəttə ki,daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq,onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür,doğru,düzgün məntiqi düşüncə,dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o,həqiqi şəxsiyyət statusu alır.
Vüqar müəllim həmçinin,sözün əsl mənasında ömrün ən dəyərli anlarını doğurdan da əsl insan,əsl şəxsiyyət olmaq üçün yaşayıb desək səhv etmərik.
Onun daxili aləminin portretini cızarkən,doğurdan da əsl insana xas bütün xüsusiyyət və məziyyətlərin bu cizgilərdə necə də əks olunduğu,ən xırda detal və ştrixlərin dəyərli ziyalı Vüqar Səlimovun daxili aləminin ən dərin qatından baş qaldırdığının,cilalanıb sahibinə əsl qiymətin verilməsi üçün necə də təşnələnməsinin şahid olursan.
Doğurdan da insana onun layiq olduğu dəyəri verəndə,həmin dəyərin çəkisinin ağırlığı, əqiqindən nə qədər çox baha və ağır gəldiyini görürsən.
Vüqar Səlimov,respublikada dəyərinin və sanbalının çəkisi çox ağır gələn bacarıqlı rəhbərlərdən,Azərbaycanda tarixi ənənəsi olan üzümçülüyün inkişafı,yeni növ sortların yerli şəraitə uyğunlaşdırılması üçün davamlı,həmçinin uğurlu elmi tədqiqat işlərininin aparılmasında seçilən elmi kadrlardandır.
Bu insanın keçdiyi həyat yoluna avtobioqrafik nəzərə saldıqda, doğurdan da onun bu günə kimi layiqli bir ömür yaşadığına bir daha əmin olursan.
Artıq illərdir bu səmimi və doğru-dürüst insan,bütün həyatını Azərbaycanda əkinçilik elminin formalaşmasına, inkişafına, bu sahədə işgüzar mühitin düzgün qurulmasına həsr etməkdədir.
Tutduğu mövqe, çıxdığı yol da,özü kimi düz,səlis,aydın,ürəkaçan,ölkədə elmin və aqrar sahənin artan xətt üzrə müsbət,dinamik tendensiv inkişafına xidmət etməyə hesablanmışdır.
.
Əlbəttə ki, bütün bu sadalanların ucalğında Vüqar müəllimin vətənə,xalqa,dövlətə olan sevgisi və sadiqliyi,əsl vətəndaş mövqeyi tutması dayanır.
Çünki onun əsl vətəndaşlıq mövqeyi milli və dövlətçilik maraqlarımızın daim qorunması istiqamətində atdığı addımlar və gördüyü işlərlə, həqiqi sadiqlik, inanılmaz sevgisi ilə vəhdətdə bütövləşir, tamlaşır, öz məzmun səciyyəsini, xarakterik xüsusiyyətlərini onun simasında, ruhunda və qəlbində bir daha ehtiva edir.
Vüqar müəllim,i Heydər Əliyev ideyalarının ləyaqətli davamçısı kimi hər an bu ideyanın ətrafında məşəl kimi yanmağı, onu qorumağı, onunla daim yaşamağı özünün həyat kredosu hesab edən əsl vətəndaş, ləyaqətli, dönməz və sarsılmaz əsgərdir.
Dəyərli alim,həmçinin Heydər Əliyev kursunun uğurlu davamçısı,- Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin ölkə başçısı kimi yürütdüyü daxili və xarici siyasəti sayəsində qlobal dünyada və beynəlxalq aləmdə Azərbaycanın tutduğu mövqeyin və yerin nə qədər uğurlu olmasını daim dəstəkləyir, onun daha da məhkəmlənməsi, ölkənin müstəqillik və suverenliyinin daimi olması istiqamətində gördüyü işlərin davamlı olacağına inanır, inkişaf dinamikasının dayanıqlığı üçün atılan bütün addımlara öz təəssübkeşiliyi, işgüzarlığı, fəali vətəndaş olması, ictimai fəaliyyəti ilə yaxından iştirak edir.
O,həmçinin gözəl və mehriban ailə başçısı, övladlarınının qasyğıkeş və mükəmməl atasıdır. Övldlarını da özü kimi milli ruhda, vətənə, xalqa, dövlətə sevgi hissləri, əxlaqi dəyərlər məzmununda böyüdüb. tərbiyyə edə bilmişdir.
Bu da haqqında danışdığımız insanın bu günə qədər keçib gəldiyi şərəfli və doğru,düzgün həyat yolunun zəngin çalarlarla dolu avtobiqrafiyası.
İnsan doğurdan da əməlləri ilə tanınır,sevilir, hörmət,nüfuz sahibi olur,xalqının gözündə ucalır,əziz tutulur,vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir,gördüyü işlərlə daim diqqət mərkəzində olur,dövlətin etimadını qazanır,ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir,sınaqından əsl şəxsiyyət kimi çıxır,vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.
Vüqar müəllim, bax belə insanlarımzdan, öz yeri,çəkisi və sözü olan sanballı, Azərbaycanda işgüzar aqrar mühitin sayılan kadrlarındandır.
Onun hələ yaşamaq,quruculuq şövqü, mayası torpaqla yoğrulan ruhundadır.
Bu şövq,bu gümrahlıq duyğusu Vüqar müəllimin bundan sonrakı ömür mərhələlərində də onun xalqı,vətəni,dövləti üçün yaşamaq təşnəsinə stimul verən amillərdəndir.
Səsiniz bundan sonra da gur, şaqraq gəlsin;dəyərli,işıqlı,qurucu insan(!)