4-08-2024, 14:43

Vətən sevgisi ilə milli-əxlaqi dəyərlərin vəhdətindən doğulan,yüksək ideallar sahibi




Ə. Mehdibəyli
______________________

Bir insanın daxili aləminin bütün məziyyətləri,mənəvi-əxlaqi keyfiyyətləri,ruhundan qəlbinə bal kimi süzülən hiss,həyəcan və duyğuları,fikrləri,düşüncə tərzi,xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix,detalları,ən kiçik zərrə şəklində onun simasında doğru,düzgün öz əksini tapır.

Həmin cizgilərdə toplanaraq şəkillənən bu tip keyfiyyətlər,sonradan onun həqiqi simasını,hansı kriteriyalara sahib olduğunu əminliklə açır və içində yaşadığı cəmiyyətə,vətəndaşı olduğu ölkə insanına həmin şəxsi olduğu kimi təqdim etməyi bacarır.

Azərbaycanın ictimai-siyasi mühitində,mlli-mənəvi dəyərlərin qorunması, müstəqilliyimizin qazanılması istiqamətində özünəməxsus dolğun və məzmun səciyyəsi daşıyan təxəyyülü,yüksək əxlaqi düşüncələri, dəyərlərimizə büsbütün bağlılığı ilə yadda qalan,layiqli insan,layiqli vətəndaş Mirmahmud Mirəlioğlu(Fəttayev) bu qəbildən olan ziyalılarımzdan,ictimai- siyasi xadimlərimizdəndir.

Mirmahmud bəyin daxili aləminin saflığı ilə üz cizgilərindəki səmimiyyətin vəhdətindən yaranan bütövlüyü,tamlığı,bütün insani keyfiyyətlərinin məcmusu,həmçinin mənəvi-əxlaq dəyərlər kriteriyasının ən üst qatında etalon kimi qorunub saxlanmağa fürsət tapandır.

İnsan doğurdan da doğulduğu mühitin övladıdır; onun sonrakı həyat mərhələrindəki bütün fəaliyyəti elə həmin mühitin ab-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır,məzmun səciyyəsi almağa meyillənir.

Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.Çünki insan zamanla şəxsiyyətə çevrilir.

Mirmahmud Mirəlioğlunun(Fəttayev) yüksək milli ideallara söykənən erudisiyası ilə tanış olduqda,onun daxili aləminin daha alt qatındakı müsbət keyfiyyətlərinin zamanla çulğaşaraq,bütöv insan kimi yetişməsində,sağlam təfəkkür,doğru,düzgün məntiqi düşüncə,dolğun təxəyyül sahibi olmasında böyük rol oynadığının və həqiqi şəxsiyyət statusu aldığının şahidi olursan.

Ardınca da,sözün əsl mənasında ömrünün ən dəyərli anlarını doğurdan da əsl insan,əsl şəxsiyyət olmaq,daim milli maraqlarımız üçün yaşadığı qənaətinə gəlirsən.

Bu üzdən də, bu günə kimi Mirmahmud bəyin Azərbaycanın milli müqəddaratı istiqamətində atdığı ədalətli addımları,insanlığ duyğusu ilə milli düşüncəsinin vəhdətinnin yüksək ideallara söykəndiyinə bir daha əmin olursan.

Onun daxili aləminin portretini cızarkən,doğurdan da əsl insana xas bütün xüsusiyyət və məziyyətlərin bu cizgilərdə necə də əks olunduğu,ən xırda detal və ştrixlərin Mirmahmud Mirəlioğlunun daxili aləminin ən dərin qatından baş qaldırdığının,cilalanıb sahibinə əsl qiymətin verilməsi üçün necə də təşnələnməsinin şahidinə çevrilirsən.

İnsan doğurdan da əməlləri ilə tanınır,sevilir,hörmət,nüfuz sahibi olur,xalqının gözündə ucalır,əziz tutulur,vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir,gördüyü işlərlə daim diqqət mərkəzində olur,xalqın etimadını qazanır,qarşılaşdığı ən çətin situasiyaların öhdəsindən bacarıqla gəlir,sınaqından əsl şəxsiyyət kimi çıxır,vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.


Doğurdan da həyatda qazandığı uğurlar,milli dəyərlərəmizə sadiqliyi,ictimai-siyasi fəaliyyəti,işgüzar düşüncələri,yüksək əxlaqı,Mirmahmud bəyin prinsipial və doğru,düzgün sağlam mətiqi addımlarının məhsulu kimi yadda qalan faktorlardandır.

Onun daxili aləmindəki mənəvi əxlaqi dəyərlərə söykəncliyi, həmçinin insani duyğularının bəşəri düşüncələrlə ülviyyəti, bu amilləri daha da bərk,monolit,bötöv halda vəhdətə gətirir.

Antik yunan filosofu Platon yazırdı ki, kamilliyə can atan insanlar üçün ən gərəklisi qanunlar haqqında elmdir.

Ədalətə,haqqa,qanuna bağlılıq bəşər sivilizasiyasının qədim dövrlərindən həqiqətən də insanlığı səciyyələndirən,onu dünyanın ən ali varlığına, zinətinə çevirən ülvi keyfiyyət sayılır.

Yaşadığı zaman və məkandan asılı olmayaraq daxilindəki işığa doğru üz tutan, ədalətə tapınan insanlar bütün cəmiyyətlərdə sevilib-seçiliblər,Parlaq şəxsiyyətləri,yüksək mənəvi idealları ilə tanınan belə ziyalı şəxsiyyətlərin həyat amalı,ilk növbədə, onların cəmiyyətə fayda verən fəaliyyətində real təcəssümünü tapır.

Ömrünün zirvəsinə mətin,yeyin,düz,şax,şux,vüqarla ucalan Mirmahmud Mirəlioğlu, doğurdan da həyatının hər bir anında məhz belə olmağa çalışıb.Zəhməti,haqqı nahaqqın ayağına verməmək əzmini,yüksək məsuliyyəti,xalqımız,vətənimiz üçün faydalı olmaq məqsədini bir an da özündən uzağa buraxmayıb.

Bütün bu çalarlar,onun həyat fəaliyyətində hər zaman özünü aydınlığı ilə göstərməyə meyillənənmişdir.

Əlbəttə,bu səciyyəvi cəhətlərin çoxu emosional zəka,zəngin təxəyyül, sağlam düşüncə tərzi ilə birbaşa bağlıdır.

Yüksək emosional zəkaya malik insanlar təbii olaraq,daha çox özlərindən agah olurlar.

Onlar zehni proseslərini dərk edir və özlərini necə idarə etməli olduqlarını bilirlər.Həvəsində olduqları ilə daha çox təmasda olurlar.

Bütün bunlarla paralel,bəşəri duyğulara xas xarizması və emosianal zəka sahibləri başqalarının qayğısına daha çox qalır,qarşılğında da daha çox şəfqət alırlar.

Bu kateqoriyadan olanlar daha sosialdırlar.

İmkanlarını paylaşmaq,zəif kəsimə daim diqqət göstərmək,onlarla mütamadi təmasda olmaq duyğusu,gələcəkdə bu işdən aldıqları zövqün və daxili rahatlığın müqabilində zəkalarındakı qloballığı,daha yüksək ideallar uğrinda addım atmaqlarına təkan verən detallara dönür.

Bu vacib amillərin daşıyıcıları olan insanlarda həmçinmin əxlaqi düşüncənin zənginliyi,sonradan onlarda hiss və həyacanlarını daha çox bəşəriliyə,insanlığın qorunmasına aparırb çıxarır.

Mirmahmud Mirəlioğlunun ictimai-siyasi,milli-mənəvi fəaliyyəti istiqamətindəki seçilən fərqli detal və şrtixlərin çoxu,məhz onun bəşəriliyə,torpağa,vətən amilinə,milli müqaddaratımıza, yaşadığı ölkənin varlğına bağlılığı ilə daha çox müşahidə olunandır.


İnanırıq,Mirmahmud Mitəlioğlunun(Fəttayaev) illərlə sərgilədiyi milli məfkurə,milli müqəddaratımızın uğrundakı fəaliyyəti,aydın, səlis,doğru,düzgün ictimai-siyasi konsepsiyası,milli ruhu,hələ illər sonra da onun əzminə yeni nəfəs qatacaq,növbəti həyat mərhələlərinin kamillik zirvəsinə çatmaq üçün müdrik yol yolçuluğuna şax,şux,dik,daim ayaqda çıxmaq üçün fürsət verəcək!


P.S Yolun işığlı,açığ olsun, Böyük,Milli Adam!!!скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ