Mövsüm Məmmədov: İçində döyşçü ruhu və vətən sevgisi daşıyan milli qəhrəman
Tarix: 27-03-2024, 10:06
Google+ Paylaş
Tumblr Paylaş

Mövsüm Məmmədov: İçində döyşçü ruhu və vətən sevgisi daşıyan milli qəhrəman

27-03-2024, 10:06




Elşad Mehdizadə
______________________

Vətən torpağdır(!);Torpağı vətən edənlər,Tanrının haqq verdiyi və içində savaş ruhu gəzdirib onu əbədi qan yaddaşı,sonsuz sevgisi ilə daim qorumağa ayaqda qalanlardır;onlara bir millətin min illərin əxlaqi-mənəvi dəyərlərinin əsrlərdir,üzü bəri gələn və əbədi namus borcu deyilən bir şərəf məsələsinin sadiq əsgərləri deyirlər.

Çünki torpaq haqqı,vətən borcudur; vətən borcu,- içində döyüşçü ruhu gəzdirənləri dünyaya gətirən ananın haqqıdır.
Şəxsiyyətin ləyaqəti,- haqqına sahib çıxması ilə tamlaşır, bütövləşir, daşlaşır;sonradan bir millətin yaddaş koduna köçür,alt qatına hopur və orda zaman-zaman bir toplum üçün itməyən milli sərvətə çevrilir.

Vətən əxlaq məsələsidir,-duyğusunu bundan sonrakı gəzişmələrimiz üçün fraza seçsək,o zaman bir millətin şərəf və ləyaqəti,onun namusuna sahib çıxması ilə yadda qalandır ifadəsininin çəpərini də,hazırki əhval-ruhiyyəmizin isti çalarları ilə bərkitməliyik.

Axı,bir milləti şərəfləndirmək, yalnız namusuna sahib çıxmağa haqq verilmiş,əxlaq və mənəvi dəyərləri ilə seçilən,yadda qalan,savaşmağı bacaran düz,doğru,saf,təmiz insanların işidir(!?)

Həmin insanların daxili aləminin bütün məziyyətləri,mənəvi-əxlaqi keyfiyyətləri,döyüşçü ruhundan ciyərlərinə barıt qoxusu kimi dolan vətən və torpaq havasının hissi,həyəcanı,duyğuları,fikrləri,düşüncə tərzi,xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix,detalları,ən kiçik zərrə şəklində onun simasında doğru,düzgün öz əksini tapmağa meyillənir.

Bu cizgilərdə toplanan,şəkillənən bu tip keyfiyyətlər,sonradan onların həqiqi simasını,hansı kriteriyalara sahib olduğunu əminliklə açır,onları üzərində gəzdiyi torpağa,sahib çıxdığı vətənə olduğu kimi təqdim edir.

Daxili aləminin nəcibliyi ilə üz cizgilərindəki səmimiyyətin vəhdətindən yaranan bütövlüyün,tamlığın,bütün insani keyfiyyətlərin məcmusunu mənəvi-əxlaq dəyərlər kriteriyasında etalon kimi qoruyub saxlamağı bacaran,vətən sevdalısı,illərdir çiyinlərində torpaq haqqı,içində savaş ruhu gəzdirən,geridə qalmış acı yaddaş tariximizin bundan sonra daim üzü zəfərlərə açılan cəsurluq səhifələrində adı keçən sadə və səmimi,geniş ürək sahibi,üz cizglərinə milli siması yazılmış adam, Milli Qəhrəman,milli və dövlətçilik maraqlarımız üçün yaşayan,savaşan,dürüst düşüncələrində milli duyğular yaşadan, polkovnik Mövsüm Məmmədovun portretini bir daha olduğu kimi təqdim etmək,vətən istəyini,torpaq təəsübünü çəkmək təşnəsininin xoş ovqatla çalxalanmasına işıq salmağın halallığını bölüşmək istəyirik.

Azərbaycanın Milli Qəhramanı,polkovnik Mövsüm Məmmədov ,-Azərbaycanın ərazi bütövlüyün bərpa olunması istiqamətində gedən bütün bu illər ərzində hər zaman döyüşçü ruhu ilə seçilən əsl vətən övladlaraından biri kimi ölkədə tanınan,sayılın, yadda qalan,dövlətin etimadını qazanmış,əsl vətəndaş,nüfuzlu ictimai xadim,Azərbaycanın milli dövlətçilik maraqlarına sadiq,ən təcrübəli və səriştəli polis orqanlarının əməkdaşlarından,həm də dəyərli insanlarımızdandır.

İnsan doğulduğu mühitin övladıdır; onun sonrakı həyat mərhələrindəki bütün fəaliyyəti elə həmin mühitin ab-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.

Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.Çünki insan zamanla şəxsiyyətə çevrilir.
Əlbəttə ki,daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq,onun bütöv insan kimi yetişməsində,sağlam təfəkkür,doğru,düzgün məntiqi düşüncə,dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o,həqiqi şəxsiyyət statusu alır.

Milli Qəhraman, polkovnik Mövsüm Məmmədov da,sözün əsl mənasında ömrün ən dəyərli anlarını vətən üçün,onun torpaqlarının bütövlüyü üçün əsl insan,əsl şəxsiyyət olmaq üçün yaşayıb desək, səhv etmərik.

Onun daxili aləminin portretini cızarkən,doğurdan da əsl insana xas bütün xüsusiyyət və məziyyətlərin bu cizgilərdə necə də əks olunduğu,ən xırda detal və ştrixlərin polkovnik Mövsüm Məmmədovun daxili aləminin ən dərin qatından baş qaldırdığının,cilalanıb sahibinə əsl qiymətin verilməsi üçün necə də təşnələnməsinin şahid olursan.

Doğurdan da insana onun layiq olduğu dəyəri verəndə,həmin dəyərin çəkisinin ağırlığı, əqiqindən nə qədər çox baha və ağır gəldiyini görürsən.
Milli Qəhraman Mövsüm Məmmədov da,respublikada dəyərinin və sanbalının çəkisi çox ağır gələn nümunəvi insanlardan, əsl vətən sevdalısı olanlardandır.

Onun keçdiyi həyat yoluna avtobioqrafik nəzərə saldıqda, doğurdan da bu günə kimi layiqli bir ömür yaşadığına bir daha əmin olursan; beləki, 1967-ci il iyunun 6-da Xocalı rayonunun Kosalar kandində dünyaya göz açan Azərbaycanın Milli Qəhramanı,polkovnik Mövsüm Məmmədov, Canhasan kənd ibtidai məktəbini bitirdikdən sonra,orta təhsilini 1984-cü ildə doğma kəndində başa vurur və ardınca da,1985-ci ildə ordu sıralarına çağırılır.
1987-ci ildə ordudan tərxis olunan Mövsüm müəllim,1988-ci ildə Şuşa Elektrik Şəbəkəsi Birliyində əmək fəaliyyətinə başlasa da, 1990-cı ildən həyatını daxili işlər orqanlarına bağlamaq qərarına gəlir. Həmin ərəfələrdə Azərbaycanda ictimai-siyasi vəziyyət getdigcə kritik vəziyyət almağa başlayır və ölkədə baş verən hadisələrlə paralel,ermənilərin Azərbaycana qarşı düşmənçilik siyasəti, torpaq iddiası,Qarabağ ətrafında cərəyan edən hadisələr,azərbaycanlıların yaşadıqları kəndlərə hücumların miqyası artdıqca, vəziyyəti daha da təhlükəli məcraya yönəlir.

Bu üzdən də həmin zamanlarda Qarabağın dağlıq və ətraf rayonlarında yerli polis işçilərinə böyük ehtiyac yaranır. Elə bu səbəbdən sərhədyanı bölgələrdə yeni-yeni polis bölmələrinin yaradılması məsələsi gündəmə gəlir.

Belə bölmələrdən biri də Xocalı rayonunun Meşəli kəndində yaradılmışdı.Bu zaman Azərbaycanın Milli Qəhramanı, polkovnik Mövsüm Məmmədov vətənin bu çətin gününlərində öz fəaliyyətini daxili işlər orqanlarında davam etdirməyi özünə borc bilir.

O, 1992-93-cü illərdə erməni işğalçılarına qarşı aparılan hərbi əməliyyatlarda mərdliklə vuruşur və Xocalı soyqırımı zamanı dinc əhalinin xilas edilməsində böyük sücaət göstərir.

Azərbaycanın Milli Qəhramanı,polkovnik Mövsüm Məmmədov bu günümüzədək polis oeqanlarında hansı vəzifədə işləməsindən asılı olmayaraq,hər zaman öz işinin öhdəsindən layiqincə gəlmiş və buna görə də1994-ci ildə onu Şuşa rayon Polis Şöbəsində PPX-nin komandiri vəzifəsinə irəli çəkirlər.
1998-ci ildə DİN-nin Polis Akademiyasını bitirən polkovnik Mövsüm Məmmədov,Şuşa Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsində çalışmağa başlayır.

Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 553 saylı fərmanı ilə,Azərbaycanın müstəqilliyi,ərazi bütövlüyü,milli və dövlətçilik maraqlarının təmin olunması istiqamətində göstərdiyi şücaət və cəsurluğa görə ona Azərbaycanın Milli Qəhrəmanı” adı verilir.
Milli Qəhraman, polkovnik Mövsüm Məmmədov həmçinin 2017-ci ill Aprel və 2020-cil dəki 44 günlük Vətən müharibəsinin iştirakçısı kimi də Azərbaycanın Qəhramanlıq Tarixinə Öz Adını Yazdırmağa müvəffəq ola bilmişdir.

Mövsüm Məmmədov hazırda polis polkovnikidir və Bakı Şəhər Baş Polis İdarəsinnin Krminalistik Tədqiqatlar Şöbəsində yenə də Azərbaycan Dövlətinə,Qanunçuluğa Xidmət Etməkdədir.

Bu da haqqında danışdığımız Milli Ruhlu,Milli Siması olan Milli Qəhraman polkovnik Mövsüm Məmmədovun bu günə qədər keçib gəldiyi şərəfli və doğru,düzgün həyat yolunun zəngin çalarlarla dolu avtobiqrafiyası.

İnsan doğurdan da əməlləri ilə tanınır,sevilir, hörmət,nüfuz sahibi olur,xalqının gözündə ucalır,əziz tutulur,vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir,gördüyü işlərlə daim diqqət mərkəzində olur,dövlətin etimadını qazanır,ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir,sınaqından əsl şəxsiyyət kimi çıxır,vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.
Milli Qəhraman polkovnik Mövsüm Məmmədov belə insanlarımzdan, milli və dövlətçilik yolunda öz yeri,çəkisi və sözü olan sanballı vətən oğullarındandır.

Onun hələ yaşamaq,quruculuq şövqü, mayası torpaqla yoğrulan ruhundadır.
Bu şövq,bu gümrahlıq duyğusu Mövsüm müəllimin bundan sonrakı ömür mərhələlərində də onun xalqı,vətəni,dövləti üçün yaşamaq təşnəsinə stimul verən amillərdəndir.

Səsiniz bundan sonra da gur, şaqraq gəlsin;Dəyərli,İşıqlı,Milli Adam(!)скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ