Professor Mərdan Cəlilov: Nəcib insan,Azərbaycan  texnika elminin nəhəng siması
Tarix: 6-03-2024, 16:21
Google+ Paylaş
Tumblr Paylaş

Professor Mərdan Cəlilov: Nəcib insan,Azərbaycan texnika elminin nəhəng siması

6-03-2024, 16:21

Professor Mərdan Cəlilov: Nəcib insan,Azərbaycan  texnika elminin nəhəng siması



E. Seyidzadə
____________________

Əsl ziyalı xalqının milli dəyərlərinin təəsübünü çəkəndə,ölkəsinin maraqlarına xidmət göstərəndə daha hörmətli, sevilən və unudulmaz olur. Bu qəbildən olan ziyalılar xalqın iftixar və qürur mənbəyidir.

Tarixi araşdırmalardan məlumdur ki, XIV əsrin ortalarında fateh kimi tanınan Əmir Teymur (Teymurləng) işğal etdiyi ölkənin ziyalılarına dəymirdi, alimlərini, yazıçılarını, şairlərini, memarlarını, münəccimlərini, xəttatlarını, yüksək səviyyəli müxtəlif peşə və sənət adamlarını yığıb Səmərqəndə gətizdirər, yeri gələndə onlarla görüşər, fikir mübadiləsi aparardı…

Əsrlərdən bəri hər bir dövlətin, hər bir dövrün ziyalıya, onların sözünə və mövqeyinə böyük ehtiyacı olub, indi də belədir.

Azərbaycan millətinin mentalitetində böyüyə, ağsaqqala, müəllimə, ziyalıya xüsusi münasibət, özəl ehtiram var. Azərbaycan ziyalılığının beşiyi başında Nizami, Füzuli, Mirzə Fətəli Axundzadə kimi dahilər, böyük əqidə və elm adamları durmuşlar.

Nizaminin bütün yaradıcılığı kamil insan axtarışından ibarət olmuşdur. Məhəmməd Füzuli yalnız poeziyasının yüksəkliyi və ülviyyəti ilə deyil, həm də öz şəxsiyyəti ilə misilsiz bir örnək idi.

Mirzə Fətəli Axundzadə şəxsiyyətinin mükəmməl və daim aktual olan dərsləri müasir dövr ziyalıları üçün dəyərli istinad mənbəyidir.
Bu məğrur və dönməz insanin milli maraqların qorunması istiqamətindəki çətin və kəşməkəşli fəaliyyəti, maarifçiliyə əvəzsiz töhfəsi bu gün də qəlblərdə onun şanlı abidəsini ucaldır.

Belə misallar – xalqımızın tarixində və taleyində müstəsna xidmətlər göstərmiş, şərəfli izlər qoymuş ziyalıların layiqli fəaliyyəti barədə istənilən qədər faktlar söyləmək olar. Fəqət, ən mühüm məqam odur ki, bu şəxsiyyətlərin əsas məramı alqış, tərif, təltif umacağı,maddi mənafe deyildi.

Onlar həyatlarının mənasını insanlara, xalqa xidmətin feyzində tapırdılar. Millətlərinin, mənsub olduqları cəmiyyətin mənəvi yüksəlişi naminə əzmlə çalışırdılar. Hər biri öz sahəsində qazandığı uğurları milli nailiyyətlər kimi bəşəriyyətə ərməğan edirdi. Onlar milli ziyalılığın meyarları, kamil örnəkləri idilər və bu gün də biz ziyalı fəaliyyətinin təsnifatını verərkən məhz şanlı sələflərimizin xidmət örnəyini əsas götürməliyik.

Bu yazımzda həmin ziyalı insanlardan biri,xalqımızın milli-mənəvi,əxlaqi dəyərlərinə daim hörmətlə yanaşıb,bu dəyərlərə sadiq,xeyrirxah işləri ilə tanınıb,yadda qalan,yad edilən,vətən qarşısında layiqli vətəndaş mövqeyi sərgiləyən,bu günə kimi ölkənin inkişafında sağlam təfəkkür nümayiş etdirərək,daxili aləmində sadə,səmimi,olduqca təvəzökar çalarlar gəzdirən,böyük ürək sahibi, texnika elmlər doktoru,professor,AQUAPRO MMC-nin direkroru Mərdan Cəlilovun həyat yoluna işıq salmaq,haqqında danışmaq istəyirik.

1974-cü ildə əvvəlcə,Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakultəsini „İstilik energetikası“ mühəndisi ixtisası üzrə fərqlənmə diplomu ilə birirən və ardınca da 1979-cu ildə Azərbaycan Patent İnstitutunun məzunu olan dəyərli ziyalının elmi fəaliyyəti, çox zəngin və rəngarəngliyi ilə seçiləndir.

Beləki o, az axıntılı və az reagent sərfli,iqtisadi cəhətdən səmərəli və ekoloji cəhətdən təmiz suhazırlama texnologiyalarının işlənilməsi,tədqiqi və tətbiqi sahəsində görkəmli alim - texnika elmləri doktoru,professor Feyziyev Həsən Qulu oğlunun yaratdığı böyük elmi məktəbin nümayəndəsi kimi tanınmış ixtiraçı alim olaraq, respublikada texnika elmində öz sözünü deməyi bacaran insanlardandır.

Professor Mərdan Cəlilov, H.Q.Feyziyevin elmi rəhbərliyi ilə 1984-cü ildə Moskva şəhəri Energetika İnstitutunda „Suyun kimyəvi duzsuzlaşdırılmasının səmərəli üsullarının işlənilməsi və tədqiqi“ mövzusunda namizədlik, 1999-cu ildə isə Azərbaycan Energetika və Enerjilayihə İnstitutunda „İstilik elektrik stansiyalarında suyun kimyəvi duzsuzlaşdırılması texnologiyalarının işlənilməsi və tədqiqi“ mövzusunda doktorluq dissertasiyalarını müdafiə etməklə,bir daha Azərbaycanda texnika eliminə sanballı yeniliklər gətirən nüfuzlu elm xadimi kimi, həlli vacib bu sahədə öz imzasını atmağa müvəffəq ola bilmişdir.
Bu illər ərzində Mərdan müəllim həmçinin elmi fəaliyyəti ilə paralel həm də pedoqoji fəaliyyətini davam etdirməyə qərar vermiş və əvvəlcə, 1985-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin İstilik texnikası və istilik təchizatı kafedrasının dosenti, sonra 2000-ci ildən professoru, 2004-cü ildən Qaz təchizatı və mikroiqlimi təmin edən sistemlər kafedrasının, 2011-ci ildən 2013-cü ilin iyun ayına kimi isə bu iki kafedranın birləşdirilməsi nəticəsində yaradılan İstilik, qaz təchizatı və ventilyasiya kafedrasının müdiri vəzifəsində çalışmışdır.

Dəyərlıi alim, 2013-cü ildə öz xahişi ilə vəzifəsindən azad olunmuş, hal-hazırda AQUAPRO MMC-nin direktoru vəzifəsində çalışmaqdadır.
Nəcib və ziyalı insan,Mərdan müəllimin bu gün doğurdan respublikanın elmi həyatında gördüyü işlər,üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək təcrübəsi çox böyük və inkaredilməzdir.

Bu üzdən də bu dəyərli inasının dövlət və xalq qarşısında əvəzssiz xidmətləri gün kimi aydın,su kimi dupdurudur desək,qeyd etdiklərimz bir daha öz təsdiqini tapmış olacaq.

Çünki Mərdan müəllimin indiyə kimi gördüyü bütün işlərin uğuru,doğru-düzgün nizamlanması,sağlam təfəkkürdən süzülüb gələn məntiqi düşüncənin ekvivalenti olaraq bütün göstərilən arqumentləri özündə ehtiva edəndir.

Bu vacib amil, haqqında danışdığımız əsl insanın ən müsbət keyfiyyətlərinə işıq salmaqla,illərin sınağından keçib gələn təcrübə ilə vəhdəti kimi də başa düşüləndir.

Bu məziyyətlərinə görə də Mərdan müəllim,respublikanın bir sıra sferalarında öz yeri,öz payı və əvəzssiz rolu olan insanlardan biri kimi hər zaman diqqət mərkəzindədir.

Bu üzdən də o,hazırki günümüzdə də yorulmadan rəhbərlik etdiyi AQUAPRO MMC-də ,ölkənin iqtisadi inkişafı istiqamətində sağlam sahibkarlıq mühitin daha düzgün formalaşması strategyası üçün,qarşlya qoyulan vəzifələrin yerinə yetirlməsi uğrunda çalışır.
Bu dəyərli insanın,əsl ziyalının həyat yoluna nəzər saldıqda doğurdan da onun bu günə kimi keçib gəldiyi yolun zəhmət və halallıqdan yoğrulduğu həqiqəti ilə rastlaşırsan.

Beləcə,illərdir bu səmimi, doğru,dürüst insan,həyatını Azərbaycanın milli və dövlətçilik maraqlarına,düzgün idarəçiliyinin formalaşmasına həsr etməkdədir.

Tutduğu mövqe,çıxdığı yol da,özü kimi düz,səlis,aydın,ürəkaçan,ölkədə hüquqi və demokratik dövlət quruculuğunun artan xətt üzrə müsbət,dinamik tendensiya ilə inkişafına xidmət etməyə hesablanmışdır.

Bütün bunların ucalğında isə dəyərli insan,əsl ziyalı, layiqli vətəndaş Mərdan Cəlilovun vətənə,xalqa,dövlətə olan sevgisi və sadiqliyi,əsl vətəndaş mövqeyi tutması dayanır.

Çünki bu insanın əsl vətəndaşlıq mövqeyi milli və dövlətçilik maraqlarımızın daim qorunması istiqamətində atdığı addımlar və gördüyü işlərlə, həqiqi sadiqlik, inanılmaz sevgisi ilə vəhdətdə bütövləşir, tamlaşır, öz məzmun səciyyəsini,xarakterik xüsusiyyətlərini onun simasında, ruhunda və qəlbində bir daha ehtiva edir.

Mərdan müəllim,Heydər Əliyev ideyalarının ləyaqətli davamçısı kimi hər an bu ideyanın ətrafında məşəl kimi yanmağı,onu qorumağı, onunla daim yaşamağı özünün həyat kredosu hesab edən əsl vətəndaş, ləyaqətli,dönməz və sarsılmaz əsgərdir.

O,həmçinin Heydər Əliyev kursunun uğurlu davamçısı,- Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin ölkə başçısı kimi yürütdüyü daxili və xarici siyasəti sayəsində qlobal dünyada və beynəlxalq aləmdə Azərbaycanın tutduğu mövqeyin və yerin nə qədər uğurlu olmasını daim dəstəkləyir, onun daha da məhkəmlənməsi, ölkənin müstəqillik və suverenliyinin daimi olması istiqamətində gördüyü işlərin davamlı olacağına inanır, inkişaf dinamikasının dayanıqlığı üçün atılan bütün addımlara öz təəssübkeşiliyi, işgüzarlığı,ona göstərilən etimadı yüksək səviyyədə doğrultması ilə yaxından iştirak edir.

Doğurdan da bir insanın keçdiyi həyat yoluna işıq salanda onun nə qədər zəngin və rəngarəng olduğu,həmin şəxsin bir millət üçün nə qədər fədailik etdiyini özündə təcəssüm etdirir.

Mərdan Cəlilov da,Azərbaycannın dövlətçilik maraqları,ölkənin təhsil sisteminin nkişafı üçün doğurdan da zəhmət çəkmiş,doğru-düzgün siması olan insanlardandır.

İnanırıq bu sadə, səmimi təvəzökar insan, hələ əsrimizin qalan illərini də bax beləcə vüqarla,cəsur,cəsarətli,böyük ürək,şövqlə,öz ziyası ilə vətəninə,xalqına,dövlətinə dönməz və sonsuz sevgisi,əvəssiz xidmətlər göstərək yaşayacaq,addımlayacaq,bu məsuliyyətli,müqəddəs yolda yoruldum deməyəcək.

Yolun daim açıq olsun,dəyərli ziyalı,mədəni insan !скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ