E. Seyidzadə
________________________________________
Bir insanın daxili aləminin bütün məziyyətləri, mənəvi-əxlaqi keyfiyyətləri, ruhundan qəlbinə bal kimi süzülən hiss,həyəcan və duyğuları,fikrləri,düşüncə tərzi,xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix,detalları,ən kiçik zərrə şəklində onun simasında doğru,düzgün öz əksini tapır.
Həmin cizgilərdə toplanaraq şəkillənən bu tip keyfiyyətlər, sonradan insanın həqiqi simasını,hansı kriteriyalara sahib olduğunu əminliklə açır,onu içində yaşadığı cəmiyyətə və vətəndaşı olduğu dövlətə olduğu kimi təqdim edir.
Bu yazımızda biz də həmin tanınmışlardan biri,-daxili aləminin nəcibliyi ilə üz cizgilərindəki səmimiyyətin vəhdətindən yaranan bütövlüyün,tamlığın,bütün insani keyfiyyətlərin məcmusunu mənəvi-əxlaq dəyərlər kriteriyasında etalon kimi qoruyub saxlayan,nəcib şəxsiyyət, sadə və səmimi,geniş ürək sahibi,əsl azərbaycanlı,doğru,dürüst düşüncələrində dönməz,sağlam təfəkkür sahibi,doğulub boya-başa çatdığı Qubadlının saf,təmiz təbiətindən yaradıcı ruhuna hopan möhtəşəmliyin gerçək təzahürü bal kimi qəlbinə,qəlbindən də barmaqlarına süzülərək,düşüncələrinə rəngarənglik qatılan,respublikada kifayət qədər tanınıb,sayılıb-seçilən,dövlətin etimadını qazanmış,əsl vətəndaş, klassik Azərbaycan jurnalistikasının ağsaqqalı,Nəsir İmanquliyev məktəbinin davamçısı, milli dövlətçilik maraqlarına sadiq,dəyərli və sevimli ziyalılarımzdan biri,Azərtac Dövlət Agentliyinin baş direktor müavini Dağbəyi İsmayılovun portretini olduğu kimi bu yazımızda təqdim etmək istəyirik.
İnsan doğulduğu mühitin övladıdır; onun sonrakı həyat mərhələrindəki bütün fəaliyyəti elə həmin mühitin ab-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.
Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.Çünki insan zamanla şəxsiyyətə çevrilir.
Əlbəttə ki,daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq,onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür,doğru,düzgün məntiqi düşüncə,dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o,həqiqi şəxsiyyət statusu alır.
Dağbəyi müəllim də,sözün əsl mənasında ömrün ən dəyərli anlarını doğurdan da əsl insan,əsl şəxsiyyət olmaq üçün yaşayıb desək səhv etmərik.
Onun daxili aləminin portretini cızarkən,doğurdan da əsl insana xas bütün xüsusiyyət və məziyyətlərin bu cizgilərdə necə də əks olunduğu,ən xırda detal və ştrixlərin onun daxili aləminin ən dərin qatından baş qaldırdığının,cilalanıb sahibinə əsl qiymətin verilməsi üçün necə də təşnələnməsinin şahid olursan.
Doğurdan da insana onun layiq olduğu dəyəri verəndə,həmin dəyərin çəkisinin ağırlığı, əqiqindən nə qədər çox baha və ağır gəldiyini görürsən.
Dağbəyi İsmayılov da,dəyərinin,həmçinin sanbalının çəkisi,çox ağır gələn nümunəvi dövlət adamlarımızdan, bacarıqlı və işgüzar insanlarımzdandır .
Bu insanın keçdiyi həyat yoluna avtobioqrafik nəzərə saldıqda, doğurdan da onun bu günə kimi layiqli bir ömür yaşadığına bir daha əmin olursan; beləki,1948-ci il avqustun 1-də Qubadlı rayonunun Çərəli kəndində,-Mirzəxan kişinin ailəsində dünyaya göz açan Dağbəyi İsmayılov,əvvəlcə 1966-cı ildə Qubadlı qəsəbə orta məktəbini, daha sonra, 1968-ci ildə Naxçıvan Pedaqoji Məktəbini bitirir.
Pedaqoji məktəbi başa vurduqdan sonra,-1968-1970-ci illərdə Çərəli kənd orta məktəbində müəllim işləyən Dağbəyi İsmayılovun hələ yeniyetməlik illərindən daxili aləmində yaşayan yaradıcılq ruhu, nəhayət 1970-ci ildə onu Azərbaycan Dövlət Universitetinə (indiki BDU) gəririb çıxarır.
1975-ci il də universitetin jurnalstika fakültəsini müvəffəqiyyətlə bitirən Dağbəyi müəllim, elə həmin ilin avqustun 1-dən, Azərbaycan jurnalistikasının təməl daşını qoyanlardan biri,böyük pedaqoq, respublikada yüzlərlə bacarıqlı jurnalist kadrların yetişdirilməsində əvəzsiz xidmətlər göstərmiş Nəsir İmanquliyevin redaktoru olduğu "Bakı" və "Baku" qəzetləri redaksiyasında əmək fəaliyyərinə başlayır.
O, əvvəlcə redaksiyada müxbir, daha sonra şöbə müdiri, ardınca da baş redaktorun müavini vəzifələrində bu şərəfli peşənin çətin mərhələlərini vicadan və ləyaqətlə adlaya bilir.
Dağbəyi İsmayılov, artıq 2002-ci ildən isə Azərbaycan Dövlət Teleqraf agentliyində (AzərTac) buraxılış redaktoru kimi jurnalistika fəaliyyətini davam etdirməyə başlayır.
Adıgedən Dövlət Agentliyində illərlə qazandığı bilik və bacarığını yorulmadan sərf edən Dağbəyi müəllim, 2003-cü ildən AzərTAc-da baş redaktor,2008-ci il fevralın 1-dən də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə AzərTAc-ın Baş direktorunun müavini təyin edilir.
Tanınmış jurnalist Dağbəyi İsmayılov. Həmçini 1977-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi, peşə borcunu ləyaqətlə yerinə yetirən mətbuat adamı olaraq, bu gün də hörmətlə adı çəkilir. Bu üzdən də 1982-ci ildə o, Azərbaycan mətbuatının inkişafında göstərdiyi xidmətlərə görə,Jurnalistıər Birliyinin "Qızıl qələm" mükafatına layiq görülür.
Bunlarla paralel,həm də Dağbəyi İsmayılov "Heydər Əliyev və AzərTAc","AzərTAc-dan AzərTAc-a mürəkkəb və şərəfli yol" kitablarının, eləcə də Azərbaycan mətbuatının problemləri ilə bağlı məqalələrin müəllifi, çoxsaylı kitabların redaktoru kimi rəngarəng, zəngin yaradıvılıq yolu keçən jurnalistlərdəndir.
Onun mətbuatımızın inkişafındakı müstəsna xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 fevral, 2010-cu il 21 iyul,2020-ci il 22 iyul tarixli sərəncamlarına əsasən "Tərəqqi" medalı ilə təltif ediliməsi,həmçinin Azərbaycan Respublikasının Əməkdar Jurnalisti fəxri adına və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülməsi,bir daha Dağbəyi müəllimin milli mətbuatın inkişafında və milli dəyərlərimizin qorununması istiqamətində nə qədər böyük,sanballı işlərə imza atdığının, bunun müqabilində də dövlət tərəfindən əməyinin qiymətləndirilməsinin şahidi olıursan.
Dağbəyi müəllim,həmçinin gözəl və mükəmməl ailə başçısı, Azərbaycan torpaqlarının azad olunması istiqamətində məğurluqla vuruşub şəhidlik zirvəsinə çatan Elgün,tanınmış və bacarıqlı aktyor Elnur İsmayılovların atasıdır.
O, həmçinin mehriban və qayğıkeş baba kimi,həm də dörd şirin balanın sevimilisidir.Dağbəyi müəllim,övladlarını vətənə sevgisi, dövlət maraqlarına yüksək münasibət ruhunda böyüdüb,başa çatdıran əsl insan,əsl ziyalı, layiqli vərəndaş kimi hörmət edilən şəxsiyyətlərdəndir.
Beləcə,illərdir bu səmimi və doğru-dürüst,dəyərli ziyalı,layiqli vətəndaş, qurucu və yaradıcı insan bütün həyatını Azərbaycana, Azərbaycançılğa,dövlətə,onun milli maraqlarına,həmçinin dövlət tərəfindən ona tapşırılan bütün işlərə,indiyə kimi rəhbərlik etdiyi sahənin inkişafına,düzgün idarəçiliyin formalaşmasına həsr etmiş və bu gün həmin ruh və əzmkarlqla işgüzar fəaliiyətini davam etdirməkdədir.
Tutduğu mövqe,çıxdığı yol da,özü kimi düz,səlis,aydın,ürəkaçan, çalışdığı AZƏRTAC-ın artan xətt üzrə müsbət,dinamik tendensiya ilə inkişafına xidmət etməyə hesablanmışdır.
Bu da haqqında danışdığımız insanın bu günə qədər keçib gəldiyi şərəfli və doğru,düzgün həyat yolunun zəngin çalarlarla dolu avtobiqrafiyası.
İnsan doğurdan da əməlləri ilə tanınır,sevilir, hörmət,nüfuz sahibi olur,xalqının gözündə ucalır,əziz tutulur,vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir,gördüyü işlərlə daim diqqət mərkəzində olur,dövlətin etimadını qazanır,ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir,sınaqından əsl şəxsiyyət kimi çıxır,vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.
Dağbəyi müəllim də,bax belə insanlarımzdan,hüquqi və demokratik dövlət quruculuğu yolunda bu günə kimi öz yeri, çəkisi və sözü olan sanballı,dəyərli insanlardan,əsl layiqli vətəndaşlarımızdandır.
Onun hələ yaşamaq,quruculuq şövqü, mayası torpaqla yoğrulan ruhundadır.
Bu şövq,bu gümrahlıq duyğusu onun bundan sonrakı ömür mərhələlərində də onun xalqı,vətəni,dövləti üçün yaşamaq təşnəsinə stimul verən amillərdəndir.
Səsiniz bundan sonra da gur, şaqraq gəlsin;dəyərli,işıqlı,ziyalı insan(!)
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi