Fərhəddin Hüseynov : Yüksək mənəvi idealları ilə seçilən işgüzar,ziyalı insan
Tarix: 30-03-2024, 00:00
Google+ Paylaş
Tumblr Paylaş

Fərhəddin Hüseynov : Yüksək mənəvi idealları ilə seçilən işgüzar,ziyalı insan

30-03-2024, 00:00



Elşad Seyidzadə
___________________________

Elə insanlar var ki, onlar haqqında düşünəndə özündən asılı olmayaraq ürəyin işıqla dolur. Bu şəxslərin çöhrəsindəki ziyadan qəlbinə pay düşür. Elə bu qəbil insanların ümumi nişanəsinə çevrilmiş ziyalı kəlməsi də öz sirrini, mənasını bu məqamdan açmağa başlayır.

Ziyalılıq bir vəzifə deyil, taledir. Bu taleyi heç kəs özü seçmir. Tutduğu yol,yaşadığı həyat,başqalarının münasibəti insanın ziyalı taleyini müəyyənləşdirir.
Tanınmış ictimai xadim, respublikanın audit hesablama sistemində öz sözünü deməyi bacaran işgüzar insan,nüfuzlu və sanballı mütəxəsis,"LŞ Audit" MMC-nin direktoru, dəyərli ağsaqqal Fərhəddin Hüseynov məhz bu qəbildən olan ziyalılarımzdan, ölkədə əsl işgüzar mühitin formalaşmasında böyük və müstəsna xidmətləri ilə yadda qalan,insanların qayğılarına,düşüncələrinə yaxınlığı ilə seçilən hörmətli,bacarıqlı və təcrübəli,çəksinin sanbalı ağır gələn şəxslərdən,milli və dövlətçilik maraqlarımızın inanılmış və sınanılmış ön sıralarında gedənlərindəndir.

Bu günə qədər həyatda qazandığı uğurlar, işgüzar, ictimai-siyasi, sahibkarlıq fəaliyyətində ona baş ucalığı gətirən naliyyətlərin çoxu,Fərhəddin müəllimin elə bu prinsipial və doğru, düzgün sağlam məntiqi düşüncələrinin məhsulu kimi yadda qalan faktorlardandır.

Antik yunan filosofu Platon yazırdı ki, kamilliyə can atan insanlar üçün ən gərəklisi qanunlar haqqında elmdir. Ədalətə, haqqa, qanuna bağlılıq bəşər sivilizasiyasının qədim dövrlərindən həqiqətən də insanlığı səciyyələndirən, onu dünyanın ən ali varlığına, zinətinə çevirən ülvi keyfiyyət sayılıb.
Yaşadığı zaman və məkandan asılı olmayaraq daxilindəki işığa doğru üz tutan, ədalətə tapınan insanlar bütün cəmiyyətlərdə sevilib-seçiliblər. Parlaq şəxsiyyətləri, yüksək mənəvi idealları ilə tanınan belə ziyalı şəxsiyyətlərin həyat amalı, ilk növbədə, onların cəmiyyətə fayda verən fəaliyyətində real təcəssümünü tapıb.

Ömrünün zirvəsinə mətin,yeyin,düz,şax,şux,vüqarla ucalan Fərhəddin müəllim də həyatının hər bir anında məhz belə olmağa çalışıb. Zəhməti, haqqı nahaqqın ayağına verməmək əzmini, yüksək məsuliyyəti, xalqımız, dövlətimiz üçün faydalı olmaq məqsədini bir an da özündən uzağa buraxmayıb.

1952-ci ildə Lənkəran rayonunun Viyən kəndində dünyaya göz açan Fərhəddin Hüseynov,orta təhsilini Gərmətük kənd orta məktəbində başa vurduqdan sonra, indiki Azərbaycan Dövlər iqtisad Universitetinin sənayenin iqtisadiyyatı və planlaşdırılması ixtisası üzrə ali təhsil almağa müvəffdəq olmuş və 1974-cü ildə Lənkəran Konserv Kombinatında ilk əmək fəaliyyətinə iqtisadçı kimi addım atmış ardınca baş iqtisadçı vəzifəsəinə qədər yüksəlmişdir.

Bir müddət keçdikdən sonra Lənkəran Aqrar Sənaye və Lənkəran Çay Sənayesi üzrə istehsalat birliklərində böyuk təftişçi-mühasib vəzifəsini icra edən Fərhəddin müəllim, həmçinin paralel olaraq 1995-2005-ci illər arası Lənkəran Dövlət Universitetində pedoqoji fəaliyyətlə də diqqət çəkə bilmişdir. Beləki, o adı gedən ali təhsil müəssisəsində mühasibat işi və audit işi fənnini tədris etməklə, sevimli tələbələrinə peşəsinin incəliklərini öyrətməyə də zaman tapa bilmişdir.

Fərhəddin müəllim, eyni zamanda YAP-ın üzvü kimi ölkənin ictimai-siyası həyatında fəal iştirak ilə seçilən ziyalılarımzdandır.

Bütün bunlarla paralel, Fərhəddin müəllimin zəngin fəaliyyətini yüksək qiymətləndirən Lənkəran rayon İcra Hakimiyyəti təşəbbüs göstərərək, 1996-cı ildə onu Ulu öndərin sərəncamı ilə təsis edilən Azərbaycan Respublikası Auditorlar Palatasına göndərmişdir.

Fərhəddin müəllim Auditor adı almaq üçün Auditorlar Palatasının təyin etdiyi komissiya tərəfindən imtahan verərək,Auditor xidmətinin göstərilməsinə dair Lisenziya almağa müvəffəq olmuş və Lənkəran şəhər audit təşkilatına direktor vəzifəsinə təyin edilmişdir.
1997-ci il dən isə o, "LŞ Audit” MMC-nin direktoru kimi cənub bölgəsində auditor xidmətinin göstərilməsi və inkişafı istiqamərində əhəmiyyətli işlər görməkdədir.

Bildiyimiz qədər butun sahələr kimi auditor xidməti işi də ölkı başçısı İlham Əliyev daim diqqət mərkəzindədir.
Bu üzdən də, cənub bölgəsində auditor xidməti işinin günü-gündən yaxşılaşması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin zaman-zaman verdiyi tapşırıqların vaxtında yerinə yetirilməsində Fərhəddin müəllim bütün gücünü səfərbər edərək, bu gün də böyük əzmlə çalışmaqdadır.

Bütün bu illər ərzində onun dövlət və xalq qarşısında göstərdiyi əcəzsiz xidmətlər nəzərə alınaraq, Azərbaycan Respublikasının "Fəxri Auditoru” adına, müxtəlif vaxtlarda Auditorlar Palatasının fəxri fərmanları, qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır.

Fərhəddin Hüseynov, həmçinin cənub bölgəsində bələdiyyələrlə səmərəli işinə görə "Qızıl Döş” nişanına layiq görülmüşdür. Ən böyük mükafat isə təbii ki, dövlət başçısının tərəfindən 15 sentyabr 2011-ci il tarixli sərəncamı ilə Tərəqqi Medalı ilə təltif olunmasıdır.

Budur,illərdir bu səmimi və doğru-dürüst ziyalı insan,nüfuzlu ictimai xadim,bütün həyatını Azərbaycanın milli və dövlətçilik maraqlarına,respublikada doğru,düzgün inkişafın,sağlam audit mühitinin qurulmasına, avanqard iqtisadi uğurların çiçəklənməsinə,vətənə,xalqa,dövlətə xidmətini həsr etməkdədir.
Bu amil,Fərhəddin Hüseynovun ləyaqətli vətəndaş kimi tutduğu prinspial mövqe,çıxdığı yol da,özü kimi düz,səlis,aydın,ürəkaçan,ölkədə hüquqi və demokratik dövlət quruculuğunun artan müsbət,dinamik tendensiv xətt üzrə birbaşa istiqamətlənməsinə xidmət etməyə hesablanmışdır.

Fərhəddin müəllim, həmçinin Yeni Azərbaycan Partiyasının üzvü kimi, Heydər Əliyev ideyalarının ləyaqətli davamçısı olaraq,hər an bu ideyanın ətrafında məşəl kimi yanmağı,onu qorumağı, onunla daim yaşamağı,özünün həyat kredosu hesab edən inanılmış, sınanılmış insanlardandır.

O,həmçinin Heydər Əliyev kursunun uğurlu davamçısı,- Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin ölkə başçısı kimi yürütdüyü daxili və xarici siyasəti sayəsində qlobal dünyada və beynəlxalq aləmdə Azərbaycanın tutduğu mövqeyin və yerin nə qədər uğurlu olmasını daim dəstəkləyir, onun daha da məhkəmlənməsi, ölkənin müstəqillik və suverenliyinin daimi olması istiqamətində gördüyü işlərin davamlı olacağına inanır, inkişaf dinamikasının dayanıqlığı üçün atılan bütün addımlara öz təəssübkeşiliyi, işgüzarlığı,ona göstərilən etimadı yüksək səviyyədə doğrultması ilə yaxından iştirak edir.

İnsan doğurdan da əməlləri ilə tanınır,sevilir,hörmət,nüfuz sahibi olur,xalqının gözündə ucalır,əziz tutulur,vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir,gördüyü işlərlə daim diqqət mərkəzində olur,dövlətin etimadını qazanır,ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir,sınaqından əsl şəxsiyyət kimi çıxır,vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.

Dəyərli ziyalımız Fərhəddin Hüseynov da belə insanlarımzdan,bütün səy və bacarığını yalnız vətən üçün müqəddəs işlərə həsr edən,cəmiyyətdə öz yeri,çəkisi və sözü olan sanballı,nəhəng,sayılan,sevilən layiqli,parlaq şəxsiyyətlərdəndir.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ