ZAMANIN ƏN BÖYÜK QORXUSU  BİLDERBERG QRUPU
Tarix: 30-10-2019, 15:58
Google+ Paylaş
Tumblr Paylaş

ZAMANIN ƏN BÖYÜK QORXUSU BİLDERBERG QRUPU

30-10-2019, 15:58

Girişəvəzi
yaxud pərdəarxası güclərin gizli dünya hakimiyyəti ideyası


Bu gün dünyanın siyasi xəritəsi müstəvisində çox sayda müstəqil dövlətlərin zahiri mövcudluğu diqqətçəkən arqumentlərdəndir. Lakin, həqiqət prizmasının iti və düz baxış bucaqlarından nüfuz etsək, suverenitet bayrağı qaldıran bu dövlətlərin siyasi hakimiyyətlərinin həm ölkələrini, həm də ki, xalqlarını maraqlandıran ən kiçik tematik məsələlərdə belə, müstəqil iradələri ilə qərar verməkdə nə qədər gücsüz, bir o qədər də aciz göründüklərinin şahidinə çevrilərik. Bu aspektdən də, bir haşiyəni əlahəzrət fakt olaraq düz mütənasib riyazi xətt boyunca incələmək, lap yerinə düşəndir; çünki, indiki zamanda demokratiya sanki, bütün insanlığa həzm etdirdikləri bir "siyasi din” halına gətirilmlşdir. Ardınca, demokratiya müasir dünya siyasətinin prioriteti kimi də, bu gün əsas vacib sıralardan birini tutmuşdur. O üzdən də, demokratiyanın eyni ilə ağılın prioritetləri konteksi baxımından mühakimədən və müzakirədən uzaq tutulmasına inanılması siyasəti, bu gün daha çox təbliğ edilir. Halbuki, dünyanın bir çox ölkələrində xalqların böyük əksəriyyətinin seçdiyi və istədiyi kəslərin siyasi hakimiyyətə sahib çıxmaları, onların arzularının imkanları xaricindədir. Bunlardan bəziləri bugünki reallıqların tərs-mütənasib həndəsi silsilələrlə artıb, çoxalan mahiyyətinin dərinliklərinə endiriləndə, onlar, təm-taraqla təqdim edilən demokratiyanın gizli siyasi məqsədlərin ancaq, zahiri tərəfdə sentimental siyasi gözqamaşdıran yalançı şirin tikə olduğu şoku ilə yaşamaq zorunda qalırlar. Bəziləri Əlcəzairdə olduğu kimi rəhbərliyin şirin dadını dadar-dadmaz, sonradan özlərini dəhşət və vəhşət doğuran zindanda tapırlar. Bəziləri də, idarəçiliyə gəlsələr belə, iqtidara gələ bilmirlər; siyasi arenada bir əbləh payı almaq üçün, bir gün müdafiə etdikləri personlara qarşı onlardan çox biabırçı və alçaldıcı forma, məzmunda istifadə edillb, sonra lazımsız bir əşya klmi bir kənara tullanmalarına özləri belə mağmın-mağmın şahidlik edib, şok keçirirlər. Bütün bu baş verən gizlinləri həqiqətin aydınlığı ilə aşkara çıxararkən, qarşımızda "dərin dövlət” mexanizminin insanlıqdan sirli saxlanılan qaranlıq tərəfləri, üst qatın mahiyyətini zənginləşdirən bir tendensiv arqumentə çevrilir. Əslində, bu "dərin dövlət” anlayışı heç də, lokal və ya milli xarakter kəsb edən predmet mövzsu hesab edilən deyil. ”Dərin dövlət” məhfumunun alt qatda qalan daha dərin mahiyyət məzmunu daşıyan qloballığını, əvəzində isə, total aktiv tektonik, təhlükəli tendensiv idarəetmə sistemi olduğunu unutmamalıyıq. Çünki, üzərində dayandığımız Yer Evinin, içində yaşadığımız dünyanı gizli maraqları aspektindən müxtəlid rəng boyaları ilə qarışdıran gizli pərdəarxası əllərin sahibləri haqqında mühüm informasiyalar qazandıqca, qarşımıza olduqca qlobal və təhlükəli xarakter daşıyan ”Gizli Dünya Dövləti” ideyası, bu ideyanın proqram şəklində həyata keçirdikləri planları çıxır...

BİLDERBERG QRUPU,- ZAMANIN ƏN BÖYÜK QORXUSU

2014-cü ilin may ayında ABŞ-da Bilderberg Qrupunun illik toplantısı keçirildi. Toplantının çağrılmasında əsas məqsəd, predmet mövzusu kimi Gizli Dünya Dövlətinin yenidən gündəmə gətrilməsi idi. Ancaq, bu toplantıda bütün aparılan müzakirələrin əsas ağırlıq yükü, Bilderberg mövzusu üzərində dayanmağa köklənmişdi. Belə ki, Bilderberg Qrupu, XX əsrə öz möhürünü vurmuş və XXI əsrdə də dünya üzərindəki hökmranlığını daha da gücləndirmə məqsədinə çatmaq istiqamətində yeni nəzəriyyələr inkişaf etdirən qaranlıq şəbəkənin sadəcə, bir orqanıdır.
Bəzən şərhçilər, imperializmin bu şəbəkə üzərində təsir dairəsi qurması haqqındakı müəyyən düşüncələrinə tematik olaraq diqqət ayırmağı sövq edir və sözügedən aspektdə də bütün qaranlıq məqamlara bu tip aydınlıq gətirməklə işlərini bitmiş hesab edirlər. Bəziləri isə, XX əsrdə hökm sürən imperializmin beynəlxalq sionizmlə əlaqəsini predmet mövzusu olaraq qabardırlar. Ancaq, bir çox düşünərlər, bu müstəvidə təhlil və analizlərin gerçəkliyini şübhə altına alır, üstündən sadəcə, ötüb keçməyi daha məqsədəuyğun bilirlər.
Fikirlərimizi daha aydın şəklə salmaq, toxunduğumuz məsələnin isə ciddi tematik təhlilə ehtiyacı olduğundan, bu gizli şəbəkələrin meydana gəlmə tarixinin real tərəflərinə baş vurmaq rnəqsədimizi məcmu şəklində sıralamağa borcluyuq.
Sionizm, 1897-ci ildə Bazel konfransında təşkilatlanmağa revanş götürmüş, daha sonra, fundamental və konseptual bir ideoloji proqramla dünyanın ətrafında vahid idarəetmə çevrəsi qurmaq planlarını gerçəkləşdirməyə qərar verilən pərdəarxası maraqların ruporuna çevrilmişdir. Yəhudilər, adıgedən konfransın təşkil edilməsindən əvvəl də, bir çox dövlətlərin iqtidar sahibləriylə geniş əhatəli əlaqələr qurub, bəzi siyasi məqsədlərinin gerçəkləşdirilməsi istiqamətində işlər görməyə çalışırdılar. Ancaq, bu işi, sionizmin ideoloji proqram və nizamnaməsinə uyğun, təşkilatlanma başa çatdıqdan sonra vahid mərkəzdən, daha mütəşəkkil bir şəkildə həyata keçirmək nəzərdə tutulmuşdu. Beləcə, Vahid Dünya İdarə Etmə Planının ideoloqları, güclərini və təsirlərini daha da artırmaq üçün, olduqca əhatəli, geniş şəbəkələrlə seçilən bir təşkilat formalaşdırıb. Yer kürəsinin müxtəlif geoməkanlarında qərar tutmuş dövlətlərin içinə nüfuz edərək, beynəlxalq bir şəbəkənin reallaşdırılmasına səy göstərirdilər.
Biz bu araşdırmalarımızda sionizm və bu ideoloji projenin orqanik olaraq qurulması üzərində çox da dayanmaq istəməzdik. Ancaq, bu gün Yer kürəsinin bütün qütblərinə əlini uzatmaq gücünə malik və fundamental şəbəkə dairəsini qurmaq qüdrətinə malik Gizli Dünya Dövləti təşkilatı ilə, sionistlərin müştərək əlaqələri haqqındakı informasiyaları gerçək reallıqlar toplusuna çevirməyə çalışacağıq.

İlluminati Şəbəkəsi, - dünyanı dağıdacaq gücə malik bir şər təşkilatıdır

Yuxarıda haqqında söhbət açdığımız Bilderberg Qrupu, İlluminati şəbəkəsinin bir orqanıdır. Ancaq, İlluminati şəbəkəsi 18-ci əsrin son rübündə bir təşkilat kimi formalaşsa da, Bilderberg Qrupu isə 1954-cü ildə qurulmuşdur. Yəni, arada 177 illik bir zaman fərqi var.
Təməlində "işıqlanma, ruşeyimlik, vəhdəti vücud fəlsəfəsi" kimi müxtəlif fəlsəfi axınların təsiri olduğu iddia edilən İlluminati hərəkatı, 1 May 1776-cı ildə Adam Weishaupt tərəfindən Almaniyanın Bavariya əyalətində qurulmuşdur. Daha doğrusu, həmin tarixdə bir İlluminati təşkilatlanması ortaya çıxmışdır. Weishaupt, İngolstadt Universitetində hüquq professoru kimi fəaliyyət göstərərkən, masonik meyllərə marağını artırmış, sonra da bu gizli təşkilatın əsasını qoymuşdur. 1779-cu ilin əvvələrində, İlluminati təşkilatının cəmi 54 üzvü var idi. Təşkilat, Bavariya əyalətinin dörd şəhərində yerli özəklərini qurmağa müvəffəq olmuşdu. Üzvlər, əsasən masonik şəxsiyyətlərə üstünlük verirdilər.
Almaniyadakı xristian dininin ideya daşıyıcılarının hamısı İlluminati şəbəkəsinə qarşı çıxaraq, bu təşkilatın bütün üzvlərinə demək olar düşmən kəsilmişdilər. İllimunati şəbəkəsinə qarşı bütün bu tip kontrast dolu yanaşmaların səbəbi, xristianların, bir zamanlar onların ənənəvi dini dəyərlərini bəyənməyən, bu dəyərləri daim gözdən salmağa çalışaraq, həmin ənənələrin üzərinə iyrənc hücumlar təşkil edən Məbəd Cəngavərlərinin (Tamplirerlər) ardıcılları olması qənaətindən doğan nifrətin təcəssümü idi. Həm də, İlluminati üzvləri zaman-zaman dövlət başçılarını da hədəfə alan nəşrlər çap etdirməkdən belə çəkinmirdilər. Buna görə 1784-ci ildə təşkilat polis tərəfindən basqına məruz qaldı və bir çox üzvlərin bütün fəaliyyətləri nəzarətə götürüldü. 1784-cü il iyunun 22-də Bavariyanın hökumət dairələri İlluminati təşkiiatının tamamilə bağlanması haqqında bir fərman imzaladı. Fərmanın icrasına başlanar-başlanmaz, təşkilatın bir cox üzvləri həbs olundu. Başda lider Weishaupt olmaqla, bir çox digər təşkilat üzvləri də ölkəni tərk etmək məcburiyyətində qaldı. Eyni fərman 1785-ci ilin avqustunda təzədən təkrarlandı. Bu tip sərt cəza tədbirlərindən sonra, Bavariyada nəinki, illuminatinin, hətta, masonluqun da fəaliyyəti ləğv edildi.
Bavariyada İlluminati və masonluğun sürətlə qadağan edilməsinin təsiri Avropa, həmçinin, Amerikada təşkilatlanmış digər üzvlər arasında böyük ajiotaja səbəb oldu. Qorxu və təlaşa qapılan digər ölkələrdəki massonlar, onlara da qarşı qadağaların tətbiq ediləcəyinin haray-həşirini salmağa başladılar. Bu ərəfələrdə ABŞ-ın prezidenti Corc Vaşinqton, qorxu içərisində yaşayan Amerika massonlarına zəmanət verilməsi ehtiyacının olduğu məsələsini qaldırdıqdan sonra, massonlar arasında az da olsa, sakitçilik əmələ gəlməsi üçün fürsət qazanıldı.
Almaniyada fəaliyyəti qanunla qadağan edilən İlluminati və masson təşkilatları çox keçmədi, yer altı aktiv həyat tərzi yaşamağa və proqram şəkilli ideyalarını bu tip davam etdirməyə qərar verdilər. Ardınca da, Almaniyanın hüdudlarından kənarda, Avropanın digər ərazilərində də fəaliyyətlərini daha aktiv tendensiv dinamik inkişaf xətt boyunca sürətləndirməyə başladılar. Belə ki, Johan Bode adlı bir massonun təşkilatlanma işlərində aktiv fəaliyyət göstərərək, əhəmiyyətli addımlar atması, nəzərdə tutulan məsələlərin sürətlənməsinə sanki, daha da təkan verdi. Bəzi qaynaqlara görə Goethe, Motsart, Schiller və Herder kimi bir çox məşhurlar da, bu təşkilata qatılanlar sırasındandır.
Maraqlıdır, yeraltı təşkilatların qurulmasında fərqli adlardan istifadə edilirdi. Məsələn, Fransız İnqilab Klubu və Jacobin Klubu, İlluminati hərəkatının davamlığını təmin etmək üçün düşünülmüş adlardandır. Onlar vacib əhəmiyyətli fəaliyyətlərini yer altından icra edirdilər. Ancaq, massonluğun çox da iznəlidiyi yerlərdə isə salon yığıncaqları da təşkil etməyə fürsət axtarırdılar. Lakin, bu yığıncaqlar insanlara açıq şəkildə yox, sadəcə, üzvlərdən ibarət lokal toplantı konteksində təşkil edilirdi. Məsələn, Jacobin Klubu üçün tutulan salona demək olar ki, 1400 üzv qatılırdı. Ancaq, bütün üzvlər üçün gizli təşkil edilən yığıncaqlara Fransanın ən yaxşı təhsil görmüş və ən təsirli kəsləri dəvətlər alırdı. Jacobinlərin ideyası, bütün təşkilatları və krallığı ortadan qaldıraraq adına "Yeni Dünya Nizamı” ya da "Universal Respublika" şəkilli bir düzən qurmaq idi.
İlluminati, - işıqçılar və ya işıqlananlar mənasını verir. Bu İtalyan mənşəli sözdür. Fransızcadan çevirəndə isə işıq mənasını verən la lumi?re sözü də eyni kökdən gələn məna kəsb edir. Bir çox təhlilçilərin fikrincə, İlluminati ideyasının infrastrukturu və təməli Məbəd Cəngavərlərinə söykənir. Məqsədi, Avropa massonlarını bir damın altında birləşdirməkdir.

lluminatinin təməl daşını qoyan Məbəd Cəngavərləri (Tampilierlər)


İlluminati şəbəkəsinin əsas ideoloji ana xəttinin infrastrukturunu quran Məbəd Cəngavərləridir. (orijinal adı "Tampliye Təriqəti") Bu təriqət, səlib yürüşlərindən sonra Qüdsdə qurulmuşdur. Təriqətə bu adın verilməsi isə, Qüds çarı Süleymanın (Davud peyğəmbərin oğlu Süleyman peyğəmbər nəzərdə tutulur-E M. Turan) məbədini qorumaq üçün Qərbdən Şərqə yürüş edən cəngavərlərin şərəfinə verilməsiylə izah edilir. Massonluğun ideyasını inkişaf etdirən Məbəd Cəngavərləri, zamanın müxtəlif mərhələlərində, başqa-başqa adlarla öz varlıqlarını həm sübut etmiş, həm də fəaliyyətlərini günümüzə qədər dayandırmamışdır. Bu gün bu hərəkatın ən çox tanınan qolu isə məşhur Sion Birliyidir.
Təkcə massonluğun deyil, həmçinin, sionizm ideologiyasının inkişaf etdirilməsində də rolu həddindən böyük qiymətləndirilən Məbəd Cəngavərləri, qısa zamanda saysız-hesabsız sərvətlərdə əldə edə biliblər. Qərb dünyasında təkcə, ən böyük hərbi qüdrəti ilə deyil, həmçinin, ən əhəmiyyətli tacirlər arasında da ilk sıralarda yer almağa müvəffəq olublar. Məbəd Cəngavərləri hərəkatı, bugünki massonlar kimi gizliliyə böyük əhəmiyyət verərdilər. Maraqlıdır, xristian dünyasının peyğəmbər olaraq qəbul etikləri Hz.İsanı, bu təşkilatın ideya mənsubları yalançı peyğəmbər adlandırmaqdan çəkinmirlər. Belə ki, xristian dininin inanclılarının iman gətirdikləri xaça tüpürməyi, xaçı ayaqlarıyla tapdalamağı və xristianların digər dini dəyərlərin təhqir etməyi sanki, müqəddəs hərəkətlərdən hesab edirdilər. Bunun səbəbi, onların əsl ideya daşıyıcıları olan atalarının və təşkilatçılarının yəhudi mənşəli olmasıdır.
Bir ara siyasi nüfuzlarının zəifləməsindən irəli gələrək, xristianların dini dəyərlərini mütəmadi təhqir etmə ittihamı ilə mühakimə edilməyə başladılar. Hətta, təşkilatın bəzi fəal üzvləri daha ağır ittihamla, ölüm hökmüylə edam edildilər. Ancaq, bütün bu ağır ittiham və təzyiqlərə baxmayaraq, təşkilat üzvləri təzədən yeraltına çəkilməyi bacararaq, özünü təsdiqin sonrakı mərhələlərini inkişaf etdirmək üçün, fürsət əldə etdilər.
Bir çox araşdırmaçıların nəzəri baxışlarına görə massonluq, məhz, Məbəd Cəngavərləri (Tamprierlər) hərəkatından qaynaqlanır və bu gizli pərdəarxası təşkilatın dünyanın sonrakı inkişaf mərhələləri üçün nəzərdə tutduqları Vahid İdarəetmə Proqramı da, sözügedən təriqətin ideyaları üzərində ümumi məcmusunun dəyirmi masa şəklini alır. Həmçinin, hər iki hərəkatın aktiv fəaliyyətini təsdiq edən eyni simvolik rəmzlərdən istifadə etmələri, fikirlərimizin doğruluğuna işıq salan arqumentlər sırasındandır.
Məbəd Cəngavərlərinin xristianların dini dəyərlərinə qarşı çıxıb,bu dinin inanclılarına qarşı düşmən mövqe seçdikləri, əvəzində də, ağır ittihamlarla rastlaşdıqdan sonra yer altı fəaliyyət növü seçdiklərinin ardınca, massonların üzə çıxıb hərakat növü nümayiş etdirmələri də, bu qəbildən hesab edilən oxşarlıqların təzahür formalarıdır. Bu üzdən də, bu tip təhlili gəzişmələrin doğruluğunu təsdiq edən müxtəlif tarixi sənəd və məlumatların fakt şəklində üzə çıxması, müasir dünyada günümüzün reallıqlarının içindən keçən bu tematik ağır yüklü detalların, ətrafımızda nə qədər gizlin dolaşdığından xəbər verən ciddi informativ məqamlardan hesab ediləndir. Beləliklə, həmin ərəfələrdə bu təşkilatın ideya daşıyıcıları, masson qardaşlar adıyla təzədən təşkilatlanıb, gizli fəaliyyət növü seçərkən, bu dəfə adıgedən təşkilatın qabaqda duran ideoloqları, əvvəliklərdən daha fərqli, daha çevik tədbirli hərəkət etməyi qarşılarına məqsəd kimi qoydular. Bu aspektdən də təşkilat, maneəsiz, aktiv tendensiv fəaliyyətlərini davam etdirmək üçün, xristian dininin dəyər verən adət, ənənələrini, bu dinin inanc gətirən insanlarının əqidələrini, ayinlərini təhqir edəcək, bu dini gözdən salacaq hərəkətlərə yol verməmək, əksinə, bu dinin ideya daşıyıcılarının əqidəvi inanclarını qəbul edəcək bir proqram hazırlayıb, həyata keçirmək istiqmətində planlar düşündülər. Çünki, daha çox pərdəarxası gizli fəaliyyətə üstünlük verib, qlobal planlarını dünya üzərində gerçəkləşdirməyə çalışan bu təşkilatın əsas ideya daşıyıcıları, çoxgedişli proqramlarının çevrəsi ətrafındakı digər gerçək dini-siyasi təmayülləri özlərinə qarşı düşmən mövqedə ayağa qaldırmamağı, sözügedən mötədil, klassik xristian təşkilatlarla zahiri, aldadıcı manevrlərə üstünlük verməyi, ənənəvi gizlilik missiyalarının uzaq hədəfləri qazanması istiqamətində vacib, əhəməiyyətli amillərdən hesab edirdilər.

Məbəd Cəngavərləri, Masson Qardaşlar, həmçinin, İlluminati Şəbəkəsi, - bir mənbədən qaynaqlanan pərdəarxası gizli güclərin, ortaq məcmusudur

Məqsədimizi məntiqi düşüncəmizin, sağlam siyasi təfəkkürümüzün gerçək potensial müstəvisi üzərində həqiqətin hədəfinə doğru yönəltsək, o zaman dünyanı qlobal pərdəarxası şəbəkə toruna salmış İlluminati təşkilatını quranların, masson və məbəd cəngavərləri hərəkatı ilə bir başa əlaqəsi olduqlarına əminliyimizi bir daha artırarıq. O üzdən də, həm Məbəd Cəngavərləri, həm Masson Qardaşlar və İlluminati Şəbəkəsinin ümumi məcmunun ideoloji ana xəttinin, toplantıları üçün nəzərdə tutduqları formatlarının, beyin yuma texnologiyalarının, həmçinin, rəmz, işarələrdən ibarət tanıtma nişanlarının oxşarlığı, bu orqanların hamısının bir mənbədən qaynaqlandıqları, üstəlik, bir amala xidmət etdikləri faktını arqument olaraq incələyən amillər sirasından aşkarlayır.
Bununla paralel, İlluminati şəbəkəsini orta əsr sionizm hərəkatının təməl daşıyıcısı saydıqları Məbəd Cəngavərlərinin sadəcə, davamı kimi xarakterizə etdikləri üçün, bu tematik müstəvidə apardığımız təhlillər nəticəsində diqqətçəkən gizli mətləblərlə dopdolu qiymətli məlumatları, qaranlıqlardan aydınlığa çıxarmaq zorundayıq:
Nesta, H. Websterin Secret Societies and Subversive Movements adlı araşdırmalarında, məşhur cadugər, gizli elmlər üzrə mütəxəssis Cagliostronun İlluminati şəbəkəsinə üzv qəbul ediləməsi münasibətiylə təşkil edilmiş mərasim haqqında bu ağır detal yüklü qeydləri incə məqamlarla aşkarlamağa cəhd edir: "İçi sənəd dolu dəmir bir sandıq açıldı. Mərasimi idarə edən adam sandıqdan əl yazması şəklində bir ki-tab çıxardı və ilk səhifəsini oxumağa başladı: "Biz,Tampliyerlərin Böyük Ustadları ..." sözləri ilə başlanan ifadələrin oxunub qurtarmasından və bu mətni sona kimi dinlənilməsindən sonra, əlbəttə ki, bu sirli, həm də ki, gizli təşkilatın sıralarına üzv kimi qəbul edilmiş Cagliostronu, öz qanı ilə yazılmış bir andiçmə anı gözləyirdi.
Cagliostronun təşkilata üzv qəbul edilməsi zamanı dəmir sandıqdan çıxarılaraq oxunan kitab, illuminati təşkilatının ana kitabı hesab edilən "illuminizm" adlanırdı. Bu kitab əslində dünyanın bütün geopolitik və geostrateji müstəvisi üzərində qurulmuş bütün imperiyalara, quruluşundan asılı olmayaraq istənilən dövlətlərə, həmçinin, kilsə hakimiyyətinə qarşı nifrət dolu yazılmış bir təşkilatın uzaq zamanların gizli qatlarından üzü bəri gələn ideoloji proqram idi.
İlk zərbənin vurulacağı ölkə isə Fransa idi. Məqsədləri Fransada hökm sürən çoxəsrlik monarxiyanı dağıtmaq, ardınca, üzü Romaya tərəf hərəkət edib, Roma imperiyasını da çökdürüb, Avropada onların gizli proqramlarının maraqları müstəvisində dövlət və hakimiyyətlər quraraq, Avropanı tam nüfuz dairələrinin təsiri altında saxlamaq idi. Çünki, əsas hədəf Gizli Dünya Hakimiyyətinin reallaşması məsələsi idi. Bu istiqamətdə də növbəti mərhələlər üçün hesabladıqları proqramları planlı şəkildə Avropa üzərindən həyata keçirməyə daha çox səy göstərirdilər. Burada diqqətçəkən bir detalın üzərində dayanıb, haşiyə şəkilndə təhlili gəzişmələr aparmaq, məqsədimizin aydınlığı üçün fayda verəndir: Birincisi, təşkilatın toplantısı zamanı əl yazmasındakı kitabın dəmir sandıqda saxlanması və bu toplantıda çıxarılması məsələsi üzərində dayanaq; Sandıq, yəhudilikdə bir çox gizlinləri içində sirr kimi saxlayaraq, ehtiva edən, üstəlik, xüsusi əhəmiyyətli tarixi, ənənəvi mahiyyət daşıyıcısıdır. Yəhudilikdə dini rutual kimi tematik mahiyyət daşıyıcısına çevrilən sandıq hadisəsinə, Quranı Kərimdə də işarə edilir. Peyğəmbərlər haqqında rəvayət edilərkən, Talut və Calutun hadisəsində də, Talutun bir cəngavər kimi ilahi hökmə iman gətirdiyi, əvəzində də, bütün əzablara səbrlə dayandığı buyurulur: "Peyğəmbərləri onlara:” Onun hökmdarlığının sənədi, sizə, içində Rəbbinizdən bir fərahlıq və Musa ailəsiylə Harun ailəsinin arxada qoyduqlarından arta qalanların olduğu və mələklərin daşıdığı Tabutun gəlməsidir. Əgər iman edirsinizsə, bunda sizin üçün bir dəlil vardır "dedi.” (Bəqərə, 2/248) Burada nəzərdə tutulan tabut, haqqında danışdığımz sandıqdır. Yəhudilər həmin sandığın bu gün hələ də dünyada gəzdiyinə inanırlar. Bu aspektən də, yəhudilər tərəfindən sandığın xüsusi mahiyyət daşıyıcısına çevrilərək, içində əl yazması şəkilində saxlanılan müqəddəs kitabları qoruması düşüncəsi, bu mənbədən qaynaqlanandır. Bu konteksdən də, bütün toplantı və yığıncalarında müqəddəs hesab etdikləri kitablarını həmin sandıqdan çıxarar, toplantıları sona çatdıqdan sonra isə, təzədən hörmət, ehtiramla kitablarını sandığın içinə qoyarlar. İkincisi, qanla yazılan and ifadəsinin mahiyyətinə aydınlıq gətrilməsi məsələsidir. Qan rəmzi, sionizm ideolojisinin əsas ana xəttini təşkil edən, həmçinin, yəhudilikdə rast gəlinən dini işarələrdən biridir. Ancaq, bu ideoloji sistemdə qan rəmzlərinin mahiyyəti gizli saxlanılır. (Nəcib Əlkiyləninin "Yəhudinin qanlı böyrəyi ” adlı türkcəyə tərcümə edilən tarixi və sənədli romanında, sionizmin ideoloji ana xəttini əmələ gətirən dini ədəbiyyatda, "qan”ın müqəddəs hesab edilməsini açan ciddi məlumatlar, həmçinin, bir sıra sənədlər mövcuddur.) Üçüncü, üstündə doğurdan da dayanmağa diqqət çəkən, İlluminati təşkilatının əsas məqsədinin əslində kilsəyə qarşı durduğu, kilsə hakimiyyətini zəiflətmək, ümumiyyətlə, kilsəni çökdürmək məsələsidir. Məbəd Cəngavərlərinin də ideoloji ana xəttində kilsəyə qarşı nifrət, kilsə hakimiyyətini devirmək, xristianların dini dəyərlərini məhv etmək məqsədi dayanırdı. Ancaq, ideyalarının reallaşdırılması zamanı rastlaşdıqları sərt cəzaların qarşılarında ciddi maneyəyə çevrilməsi təhlükəsi, məbəd cəngavərlərinə həmin ərəfələrdə gizlinə çəkilmələrinə və tamam başqa aspektədən üzə çıxıb fəaliyyət növü seçmələrinə gətirib çıxarmışdı. Bu tip fərqli manevr etmə seçimi üzərində fəaliyyətə keçərək, varlıqlarını aşkara çıxarmaları, xristianlara qarşı nifrətlərini heç zaman büruzə vermirdi. Məqsədin mahiyyətinin üstünü örtüb, nəzərdə tutulan gerçək gizli planları bu müstəvidə həyata keçirmək, təşkilatın işinə yarayan kimi qiymətləndirilirdi. Çünki, uzaq hədəfləri fəth etmək üçün qarşıya qoyulan məqsədi bu aspektədə də irəliyə aparmaq, təşkilat üçün sonrakı gedişləri reallaşdırmağa münbit şərait yarada bilərdi. Dördüncü amil, İlluminati təşkilatının Avropa monarxlarına və çoxəsrlik monarxiyasına qarşı çevrilmiş hərəkatın, əsas təkanverici dağıdıcı aktiv tektonik ideya daşıyıcısı kimi qəbul edilməsi faktorudur. İlluminatı təşkilatı üçün bu həyatı əhəmiyyətli məsələnin reallaşdırlması biçimi, Avropanın potensial insan resursları prizmasından, intellekt və ali kateqoriyaya məxsus beyin adamlarını bu ideoloji projenin əhatə dairəsinə cəlb etmək, üstəlik, bu ali çevrənin güclü dəstəyini qazanmaq fürsəti idi. Çünki, təşkilat Avropanın beyin adamları çevrəsindən və intellektual potensiala malik seqment arasından köhnə monarxlara qarşı narazı, etirazçı qiyamçı kütlə hazırlayıb, həmin etirazçı toplumu Avropa monarxiyasına qarşı qaldıra biləcək gücü qazanmaq şansı əldə etsəydilər, həmin quruluşlar çökər, əvəzində, illuminati təşkilatının illərdir reallaşdırmağa cəhd etdikləri vahid nöqtədən idarə etmə hakimiyyəti ideyası, həyata keçərdi. Bu planın baş tutması, həmçinin, Avropanın tam illuminati şəbəkəsinin əhatə dairəsinə düşməsi üçün fürsət verən amillərdən idi. O üzdən də, illuminati təşkilatı Bavariyada təşəkkül tapdıqdan və müəyyən zaman kəsiyində fəaliyyət çevrəsini Almaniyanın bu əyalətində davam etdirib, ideloji planlarını bu aspektəndə də genişləndirmək istəsələr də, ancaq, Avropada çoxəsrlik güc mərkəzinə çevrilmiş Fransa monarxiyasına qarşı çökdürücü zərbələr vurmaq, əvəzində də, Fransada uzun zamana hesabladıqları gizli dünya hakimiyyəti proqramlarını reallaşdırması maraqlarının müstəvisindən, siyasi hakimiyyətlər formalaşdıraraq, dünya üzərində hökmranlıq etmək məqsədi güdürdülər. Bu aspektən də, Fransada daha geniş aspektdən təşkilatlanmaq, bu ölkədə iri və uzunmüddtətli maraqlarının bütün tərəfləriylə şəbəkələr qurmağa cəhd göstərirdilər. Təşkilatın Fransadakı Jacobinçi Klubunun üzvlərinin, monarxiyanı uçurub, dağıdılmış monarxiyanın xarabalıqları üzərində Yeni Dünya Nizamı yaxud Universal Respublika qurmaq, hakimiyyətə isə onların maraqlarına tam xidmət edəcək təzə siyasi liderlər gətirmək ideyası da, həmin reallıqların xarakterik xüsusiyyətlərindən hesab edilirdi. 1785-ci ildə Almaniyadan qovularaq, Fransada məskunlaşaraq, təzədən təşkilatlanıb, 5 il sonra, 1789-cu ildə monarxiyaya qarşı tarixdə məşhur Fransa inqilabını hazırlaması, İlluminatı təşkilatının doğurdan da, dünya üzərində gələcək qlobal gizli planlar həyata keçirməsinin real təzahür formalarını sübut edən amillərdən idi.
İlluminati təşkilatının Fransa inqilabını hazırlama səbəblərini, həmçinin, bu tarixi siyasi aktın tendensiv inkişaf dinamikasının pərdə arxasındakı gizli mahiyyətini təhlili müstəvidən süzgəcdən keçirərkən, diqqət çəkən fakt və arqumentlər gerçək reallıqlar toplusu olaraq, uzaq məchulluqlardan qara nöqtələr şəkilində həqiqətə çevrilib, günümüzə doğru istiqmətlənir. William T. Stillin New World Order adlı əsərini vərəqləyərkən, həmi hadisələrin tərs-mütənastb baxış bucaqı müstəvisində tarixin gizlinlərdə qalan qaranlıq səhifələri üstünə həqiqətin işıq seli süzülür:
“1789-ci ilin yaz və yay aylarında illuminatilərin taxıl bazarında reallaşdırdıqları manipuliyasiyalar nəticəsində, süni bir buğda qıtlığı əmələ gətirldi. Vəziyyətin bu tip mənfi tendensiv şəkil alması, bütün Fransanı aclığ və fəlakətə sürüklədi. Aclıq, az bir zamanda narazı və etirazçı kütlələri qiyamçı əhval-ruhiyyəsi halına gətirdi. Ölkənin bütün əyalətlərini demək olar ki, inqilab dalğası burüdü. Ac kütlələrin qarşısında dayanmaq, Fransa monarxiyasını çıxılmaz vəziyyətə salmışdı. Hadisələrin bu məcrada davam etməsi, İlluminati təşkilatının tam düşünülmüş planlarına uyğun baş verirdi. Bu Qiyam planını İlluminati təşkilatının Fransa Böyük Şərq Lojasının Böyük Ustası Orleans Dükü hazırlamış və vəziyyətə də həmin adıçəkilən şəxs ciddi nəzarət edirdi. İlluminatilər, Fransa xalqına aclığın gətirdiyi dəhşətlərdən istifadə edərək, yaratdıqları bu narahat mühitin sürətlə inqilaba çevriləcəyinin faydalı iş əmsalını da əvvəlcədən hiyləgərcəsinə düşünmüşdülər. O üzdən də, təşkilat, Fransada inqilabın baş qaldırması üçün ölkənin bütün ərzaq anbarlarını ağzını kilitləməyə nail olmuş, daha sonra da Senatın ölkədə ərzaq problemiylə yaranmış kritik vəziyyətin aradan qaldırılması üçün qəbul edəcəyi islahat tədbirlərinə də ciddi maneçilik törətmişdilər ki, vəziyyəti getdikcə fəlakət həddinə çatsın və xalq bütünlüklə aclığa məhkum edilsin...

(Ardı var)

Elşad M.Turanскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ