FRENSIS FUKUYAMA “TARİXİN SONU VƏ SONUNCU ADAM”  YAXUD MÜHARİBƏ ARİSTOKRATİYANIN VƏ TOTALİTARİZMİN MƏHSULUDUR
Tarix: 7-12-2021, 18:32
Google+ Paylaş
Tumblr Paylaş

FRENSIS FUKUYAMA “TARİXİN SONU VƏ SONUNCU ADAM” YAXUD MÜHARİBƏ ARİSTOKRATİYANIN VƏ TOTALİTARİZMİN MƏHSULUDUR

7-12-2021, 18:32






Elşad M.Turan
------------------------

Problemin əhatə genişliyinə və analitik ustalığına görə bu monoqrafiyanı marksizmdən sonrakı dövrün birinci kitabı adlandırmaq da olar;«Vaşinqton post» qəzetində dərc olunmuş rəyində Qudzon institutunun əməkdaşı Corc Gilder Frensis, Fukuyamanın yenicə çapdan çıxmış «Tarixin sonu və sonuncu adam» kitabını məhz belə xarakterizə edirdi.


Rəyçi belə hesab edir ki, monoqrafiya bugünkü dünyanı əhatə edən dəyişikliklərin dərinliyini ölçən həqiqətən birinci kitabdır. Müəllifin arqumenti ilə razılaşsaq, hətta «müharibə əbədidir», «aqresiv instinkt insana xasdır» kimi realist inamlar da səhv hesab olunur. Fukuyama qeyd edir ki, müharibə aristokratiyanın və totalitarizmin məhsuludur; son 200 ildə heç bir demokratik dövlət başqa bir dövlətə qarşı bir dəfə də təcavüz həyata keçirməmişdir. Bir halda ki, dünya demokratik kapitalizmin spiralvari inkişaf yoluna qədəm qoyub, ardınca , dünya ticarətinin həcmi hər il 14% artır. Müəllifə görə əgər belə tendensiv inkişaf dinamikası mövcud hal almışdırsa, o zaman ”müharibələr daha olmamalıdır “ düşəncəsini sağlam arqument kimi qəbul etmək ağlabatan amillərdəndir.


Belə bir hal millətçiliyi də gözləyir.Bu ideyanı, bəşəriyyətin xarakterik xüsusiyyəti kimi görə F.Fukuyama, bunu «məhdud və düzgün olmayan» mövcudluq kimi adlandırır.Onun rəyinə görə,dərin mədəni köklərə malik hesab edilən millətlər, əslində bir sıra xırda xalqlara nisbətən daha az mədəni təhsilə və əlaqələrə malikdir.

Rəydə qeyd edilir ki, F.Fukuyama etinasızlıqla BMT-ni «onun bütün bərabər hüquqlu üzvlərini» ideyaların müdafiəçisi olan alyans kimi qiymətləndirir. Kitab müəllifi dolayısı ilə keçmiş prezident C.Buşun «dünyada yeni qayda» siyasətini tənqid edir. Digər tərəfdən, F.Fukuyama insan hüququnun qorunması kampaniyasını müdafiə edir, üstəlik buna böyük əhəmiyyət verməyin qayğısına da qalmağı unutmur.


Bəşəriyyətin kapitalizm və kommunizm arasında «orta yol» ideyasını rədd edən müəllif, eyni zamanda insan mədəniyyətinin avtoritarizmə aparmasını da pisləyir.

Fukuyama bunu da qeyd edir ki, Somosa hadisəsindən başqa, bütün yeni avtoritar hökumətlər (sağ və sol) inqilabi zorakılıqlardan deyil, daxili ziddiyyətlərdən ziyan çəkiblər.Bu tip düz və iti bucaqların alt baxış üfüqündən, belə «məhv olma»nı könüllü kimi qiymətləndirməyi də yaddan çıxarmır. Avtoritarizmin tərəfdarları başa düşürlər ki, onların idarəçiliyində demokratik prosesin yeganə mənbəyi olan qanunçuluq çatışmır.
Sosioloqların sovet adamlarının «təbii totalitarizmi», İberiyanın «təbii teokratiyası və feodalizmi», «polyakların təbii ənənəçiliyi» haqdakı bəlağətli fikirlərinə baxmayaraq, tarix bunların düz olmadığını bir daha sübut etdi.


Fukuyama amansızcasına nəinki mədəni, həm də mənəvi relyativizmin köklərini kəsir. Müəllifin nəzəri baxışları müstəvisində,«xalqlar tərəfindən xeyir və şər probleminin başa düşülməsindəki müxtəliflik fiklri,əslində bu onların məxsus olduğu konkret tarixi inkişaf mərhələsinin məhsuludur» detalının ağırlığı qədər, düz-perpendikulyar mərhələsinə qədəm qoymağa meyyillənəndir.


İnqilabi köklərə malik iudey-xristian ənənələrinin universal-mənəvi kodları və ayrı-ayrı fərdlərin mənəvi avtomatiyası yeni qlobal sistemdə, liberal demokratiyanın əsasını təşkil edir. Eyni zamanda bu sistemin başlıca hərəkətverici qüvvəsi, dünyanı «informasiya əsrinə» aparan təbiət elmlərinin və texnoloji sahibkarlığın kumulyativ məntiqinə əsaslanır. Fukuyama hesab edir ki, sənaye mərkəzlərinə çevrilmək istəyən ölkələrin inkişafında bazar iqtisadiyyatı və desentralizasiya istiqamətində baş verən təkamül qaçılmazdır. Daha sonra müəllif yazır:«Mərkəzi planlaşdırmaya əsaslanmış iqtisadiyyat kömür, metal və ağır maşınqayırma sahəsində kapitalizmlə rəqabət apara bilər. Lakin çox mürəkkəb və dinamik sənayeyə malik olan iqtisadi dünya marksizm-leninzmə Vater Loo qurdu».
Rəyçi davam edərək yazır: «Bununla belə Fukuyama başa düşür ki, elm bəşəriyyətin kapitalizmə doğru inkişafını izah etməyə qadirdir, amma demokratiyaya doğru inkişafını yox».



Bir çox mütəxəssislər kapitalizmə doğru hərəkətin qaçılmazlığı arqumentindən çıxış edərək geri çəkilirlər. Beləki, kapitalizm liberal demokratiyanın təntənəsinə gətirib çıxarandır, tendensiv və impulsiv poza alan düşüncəsi, bu ampulada daha xatotik meyilləri, gerçək realist baxışların kök altına tərəf sürüdüyündən, əvvəlki nəzəri tərəfə əyilməməyin mümkünsüzlüyünü rədd edir . Lakin müəllif öz cəsarətli fikrindən geri çəkilmir; çünki bu tip etirazçı poza alan Fukuyama düşüncəsi,liberal demokratiyanın Lokk və Ceferson ideyalarına kölgə salan,demokratiya,kapitalizm,elm,azadlıq kimi fikirlərinin ziddiyyətli cəhətlərinə daha realist baxışları ilə nüfuz etməyi bacaran adam kimi yadda qalır, güclü trayektorik nəzəri manevrləri ilə özündən əvvəlki və özündən sonra gələn opponentlərlə açıq düşüncə savaşına girə bilir .


C.Gilder yazır; F.Fukuyama hesab edir ki, müasir liberal demokratiyanın ali, rasionalist fikirli «sonuncu adamı» onun yaradıcısı deyil və onu müdafiə etməyəcək. Müasir elm bəşəriyyətin emansipasiyanın indiki vəziyyətinin gedişini əldə etdiyi tarixi mübarizə mexanizminin aydın izahını vermir. Bütün bu dövrdə insanlar ekspertlərin pessimizminə baxmayaraq çarpışmış və planetdə imperializm qurmuş, yeni texnologiyalar əldə etmiş, alternativ fəlsəfə, həmçinin, digər elmləri də «dişlərinə vura biliblər». Sonra da, iudey və xristianların bərabərlik və azadlıq ideallarını tətbiq ediblər. Belə mübarizələrdə isə bəzən ziyalılar səhv mövqedə dayanıblar.
«


Bizim əcdadlarımızın zamanında ağıllı düşünən insanlar sosializmin parlaq gələcəyini xəbər verir, kapitalizmi və xüsusi mülkiyyəti yer üzündən silmək istəmişlər» -deyə müəllif xatırladır. İntellektualların bu fantaziyaları liberal demokratiyaya deyil, tarixi atavizmin dəhşətlərinə yol açırdı.

Marksizm, üçüncü dünya və ekoloji problemlə susdurulan qərb intellektualı bu gün də inamsızlıqdan əziyyət çəkirlər. Ziyalılar hələ də hesab edirlər ki, bəşəriyyət,təbiətin məhsulundan başqa bir şey deyil. Bundan başqa elm insanın transtendentallığa bağlılığını rədd edir. Halbuki, məhz bunun sayəsində bəşəriyyət öz inkişafının indiki zirvəsinə çatmışdır.


F.Fukuyama yazır ki, müasir təbii biliklər daha yaxşı təşkil olunmuş və rasional hesab edilən insanla təbiət arasında kardinal fərq görmür. Müəllif başa düşür ki, elmin belə təhrif olunmuş baxışı tarixin sonuna deyil, onun kommunist yaxud millətçi dalana düşməsidir. Liberal demokratiyanın «kafiliyi çatmır: cəmiyyətin təntənəsində liberalizmdən fərqli mənbələri də olmalıdır». Bu mənbəni təyin etməyə çalışan müəllif bizi «təbiətən ilkin adam» konsepsiyasına aparıb çıxarır.

«İlkin adam» konsepsiyasına 2 ənənəvi baxış mövcuddur. Birinci yanaşma Lokk və Qobbs məktəbi tərəfindən işlənmişdir. Ona düşmən olan dünyada sağ qalmağa çalışan insan cəmiyyət yaradır. F.Fukyamanın fikrincə, bu nəzəriyyənin məhsulu insanın həyat fəallığını izah edən sağ qalma zərurətinin rasional dərkidir. Bu gün kübar, rasionalist fikirli «sonuncu adam» rahatlıq və təhlükəsizliyin yüksək dərəcəsini əldə edərkən xudbinlər nəslinin üzvünə çevrilir. Doğrudan da, Lokkun «xoşbəxtliyə can atma» fikri qanunçuluq, borc hissi və transententallıq ideyalarına əsaslanan mədəniyyətlə rastlaşdıqda qərb cəmiyyətinə öldürücü zərbə vura bilər.



Rəydə qeyd olunur ki, məhz buna görə F.Fukuyama Lokkun «ilkin adam» tərzindən imtina edir və Nitşenin «təbiət adamı» fikrinə üstünlük verir.
«Faşizmin mənəvi atası» möhürü vurulmuş bu filosofdan sitat gətirməyin riskli olduğunu çox gözəl anlayan F.Fukuyama Nitşenin mənəvi relyativizmini qətiyyətlə rədd edir (millətçilər də onun işlərini təhrif etdilər). Eyni zamanda müəllif bəyan edir ki, Nitşenin «ilkin adamı» liberal demokratiyanın triumfunu izah etmək üçün zəruri anlayış kimi görünür.


Nitşenin «ilkin adamı» hər şeydən əvvəl xoşbəxtlik və rifah axtarmır, o, şəxsiyyətə hörmət və onun tanınması uğrunda dönməz mübarizdir. Heyvanlar üzərində üstünlüyünü və mənəvi avtomasiyasını sübuta yetirmək üçün o, həyatını riskə qoyaraq mübarizəyə qalxır. Təbiətdən asılılıqdan qurtaran insan indi onun sahibi olmağa qabildir. Həyatın riskə qoyarkən o, mənəvi müstəqillik əldə edir. Bu da yeni tarixi zirvələrə aparır, onu materializmin qaranlığına doğru sürüşməyə imkan vermir.

«İlk adamın» transentental ideallar naminə təbiət tərəfindən idarə olunan məhz bu məğrurluq deyil, özünü saxlama naminə təbiətə olan Lokk «güzəşti» demokratiyanın əsası olur. «Relyativizm bütün dəyərlərin nisbiliyinin sübuta yetirilməsidir ki, bu da demokratiyanın və dözümlülüyün məhvinə gətirib çıxarır - deyə F.Fukuyama yazır. Əgər heç nə mütləq həqiqət ola bilmirsə, əgər bütün dəyərlər mədəniyyətlə müəyyən edilirsə, onda bizim üçün əziz olan bərabərlik ideyalarının məhvi qaçılmazdır». Nitşenin və nasizmin (millətçiliyin) başlıca dərsi bundadır.

Bərabərhüquqlu səsvermə vasitəsi, siyasi hakimiyyətə bərabər çıxış, azadlığa baxışlarını ifadə etmək və siyasi prosesdə onların əksini görməklə... vətəndaş öz şəxsiyyətini tanıtmaq imkanına nail olur. F.Fukuyama inamla göstərir ki, bu Nitsşe «can atması», qüdrətli qüvvəyə çevrilir və bütün dünyada demokratiyanın triumfuna aparacaq. O, öz ideyalarına inandırmaq üçün əsaslı dəlillər gətirir: liberal siyasət,ardınca, kapitalizm insanlıq tarixinin qaçılmaz məqsədinə çevrilir.

Rəyçi yazır ki, müvəffəqiyyətlə inkişaf edən sistem şəxsiyyətin siyasətdə, iqtisadiyyatda özünü tanıtması üçün imkan yaratmalıdır. Hakimiyyətə can atma qabiliyyəti yaradıcılıq impulslarından az olmamalıdır. Demokratiya olmadıqda hakimiyyəti saxlayanlar kapitalizmin yaradıcılarını boğmağa başlayırlar. Əgər sosialist rejimi insanın yaradıcılıq imkanlarını məhv edirsə, avtoritor kapitalist sistemləri ədalətli siyasət tələbatının yaranmasını əngəlləyir.

F.Fukuyama formaca kapitalist, mahiyyətcə neofeodal xarakter daşıyan Latın Amerikası iqtisadiyyatının iflasını məhz bununla izah edir.

«Vaşiqton postun» rəyinin sonunda göstərilir ki, öz əsərində F.Fukuyama sübut edir ki, avtoritarizmə hər iki müxtəlif baxış iflasa doğru aparır. Müəllifin fikrincə, demokratik kapitalizm ən yaxşı səviyyədə insan psixologiyasına cavab verir. Bununla belə o, cəmiyyətin təşkili yollarının uzun tarixi axtarışının finalıdır.

«Tarixin sonunda nə olacaq?» - «U.S.Nyus end World riport» jurnalının elmi redaktoru E.Sannof öz rəyinə belə başlıq vermişdir. Siyasi tarixin final mərhələsinin qaçılmazlığına diqqət yetirən «Vaşinqton post»un tənqidçisindən fərqli olaraq, F.Fukuyamanın fikrincə, jurnalın rəyçisi başlıca olaraq qərbin müasir demokratik cəmiyyətləri üçün olan təhlükələri göstərir.

Rəyçi yazır: 2 il bundan əvvəl ABŞ Dövlət Departamentinin az tanınmış məmuru F.Fukuyama yazanda ki, qərb liberal demokratiyasının yüksəlişi öz tarixində finala doğru gedir, bu ziyalı dairələrində geniş diskussiyalara yol açdı. Solçu tənqidçilər hesab edirdilər ki, onun esxatoloji arqumentləri «özünü təbrik fəlsəfəsi cəbhəsinə» gətirilmişdir. Hətta dostcasına mövqedə olan siyasi şərhçi də etiraf edir ki, bu məqalənin «bir sözünə də inanmır. Lakin kəskin tənqidə baxmayaraq (bəlkə də elə onun sayəsində) F.Fukuyama məşhurlaşdı və bu kitabına görə altı rəqəmlə ölçülən qiymət şərti ilə mötəbər nəşriyyatla müqavilə imzaladı.

Monoqrafiya az optimist olsa da, öz mühakimələrində daha cəsarətli idi və intellektualların yeni döyüşü üçün başlanğıc oldu.

Müəllif taleyini çox da təhlükəsiz etməyən liberal demokratiyanın yüksəlişi olan cəmiyyətin rəsmini çəkir. Təcavüzkar və vasitəçilik ruhu təkmilləşmə cəhdlə ziddiyyətdə yerləşir, hətta, bu ziddiyyətdə daha yuxarıda dayanmağa qabildir. Əgər elmdən yaranan texnika iqtisadiyyatın dinamizminə aparırsa, belə şəraitdə insan öz arzularını həyata keçirməyə can atmağa başlayır. Müəllif belə axtarışlara nümunələr gətirir. Bunlar abortların qadağan edilməsi haqqında və seksual təhqirlərin əsasında müzakirələrin daxil olduğu kəskin ictimai problemlər hesab olunur. Onların əsasında insan ləyaqətinin tanınmasına və möhkəmlənməsinə cəhd ətrafında ziddiyətlər dayanır.

E.Sannof F.Fukuyamanı Nitşeçi deyil, Hegelin ardıcılı hesab edir. Keçən yüzilliyin məhz bu alman filosofu ilk dəfə inandırmağa çalışırdı ki, bəşəriyyətin öz əsas problemlərini ödəmələri ilə tarixin sonu gələcək. Məhz Hegelə əsaslanan F.Fukuyama inkişafın əsas hərəkətverici qüvvəsi kimi şəxsiyyəti görür. Kitab müəllifinin rəyinə görə, insan ləyaqətinin tanınmasına can atmaqda Hegel konsepsiyası vacib mənəvi ölçü meyarıdır. Halbuki Qobbs və Lokkun konsepsiyaları bundan məhrumdurlar. İngilis mütəfəkkirləri özünü insanın saxlamağa cəhdini, şəxsiyyətin tanınmasına cəhddən üstün tutduqları üçün cəmiyyətin maddiyyatdan asılılığını yaratdılar. «Qobbsun və Lokkun liberalizmi heç cür izah etmir ki, nəyə görə cəmiyyətin ən yaxşı nümayəndələri şəxsi həyatlarını və pul bölgüsünü əsas tutaraq bu cəmiyyətə xidmət etməlidirlər» - deyə F.Fukuyama qeyd edir. Bununla belə bir çox alimlər monoqrafiyanın Hegel ideyalarına söykənməsini şübhə altına alırlar. Nyu-York universitetinin tarixçisi C.Diqqins göstərir: «F.Fukuyama hesab edir ki, Hegel tarix haqqında qəti bir elm yaratmışdır.


Jurnalın rəyində qeyd olunur ki, əbəs yerə F.Fukuyamanı sağ doktrinaçılıqda günahlandırmaq olar. O, həqiqətən Vaşinqtonu Reyqan zamanlarına kimi gətirmiş neokonservatorlarla ittifaqa girir. Kitab müəllifi etiraf edir ki, neokonservatizm onu o zaman cəlb etdi ki, demokratlar kəskin xarici siyasətdən imtina etdilər və ziddiyyətlərdən qaçmağa çalışaraq totalitar rejimlərə uyğunlaşmağa başladılar. F.Fukuyamanın fikrincə, insan öz qarşısında sonsuz dünya və çiçəklənmə görəndə darıxmağa başlayır, mübarizə aparmaq, risk etmək onun adi bir həyat elementinə çevrilir. Bununla bağlı insanlar onlara sülh və çiçəklənmə verən sistemə qarşı üsyan edirlər və Amerika cəmiyyətini geriyə sürükləyirlər.

«K3.S.Nyus end World riport»un rəyində deyilir: «İqtisadiyyatın indiki vəziyyətində bir çox amerikalılar yəqin ki, F.Fukuyamanı belə narahat edən bir cəmiyyətdə məmnuniyyətlə yerləşərdilər». Lakin... etiraf etmək lazımdır ki, onun arqumentlərinin genişliyi hətta Hegelin özünü də heyrətə salardı...

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ