Elşad Mehdizadə
____________________________
Elə insanlar var ki, onlar haqqında düşünəndə özündən asılı olmayaraq ürəyin işıqla dolur.
Bu şəxslərin çöhrəsindəki ziyadan qəlbinə pay düşür. Elə bu qəbil insanların ümumi nişanəsinə çevrilmiş ziyalı kəlməsi də öz sirrini,mənasını bu məqamdan açmağa başlayır.
Ziyalılıq bir vəzifə deyil, taledir.Bu taleyi heç kəs özü seçmir.Tutduğu yol,yaşadığı həyat,başqalarının münasibəti insanın ziyalı taleyini müəyyənləşdirir.
Tanınmış ictimai və elm xadimi,fizika üzrə fəlsəfə doktoru,dosent,Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru (2009–2019),AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavini,Şamaxı Astrofizika Rəsədxanasının "Kosmik plazma və Heliogeofiziki problemlər" şöbəsinin rəhbəri olmuş,2019-cu il 11 martdan isə Bakı Dövlət Universitetinin rektoru kimi məsul vəzifənin yükünü çiyinlərində daşıyan Elçin Babayev,məhz bu qəbildən olan ziyalılarımzdan,əsl ziyalı taleyi yaşayan,insanların qayğılarına,düşüncələrinə yaxınlığı ilə seçilən hörmətli,bacarıqlı və təcrübəli,çəksinin sanbalı ağır gələn şəxslərdən,milli və dövlətçilik maraqlarımızın inanılmış və sınanılmış ön sıralarında gedən simalarındandır.
Bu günə qədər həyatda qazandığı uğurlar,işgüzar,elmi və pedoqoji fəaliyyətində ona baş ucalığı gətirən nailiyyətlərin çoxu,Elçin müəllimin elə bu prinsipial və doğru,düzgün sağlam mətiqi düşüncələrinin məhsulu kimi yadda qalan faktorlardandır.
Antik yunan filosofu Platon yazırdı ki,kamilliyə can atan insanlar üçün ən gərəklisi qanunlar haqqında elmdir.
Ədalətə,haqqa,qanuna bağlılıq bəşər sivilizasiyasının qədim dövrlərindən həqiqətən də insanlığı səciyyələndirən,onu dünyanın ən ali varlığına,zinətinə çevirən ülvi keyfiyyət sayılıb.
Yaşadığı zaman və məkandan asılı olmayaraq daxilindəki işığa doğru üz tutan,ədalətə tapınan insanlar bütün cəmiyyətlərdə sevilib,seçiliblər.
Parlaq şəxsiyyətləri,yüksək mənəvi idealları ilə tanınan belə ziyalı şəxsiyyətlərin həyat amalı,ilk növbədə,onların cəmiyyətə fayda verən fəaliyyətində real təcəssümünü tapıb.
Ömrünün zirvəsinə mətin,yeyin,düz,şax,şux,vüqarla ucalan Elçin müəllim də həyatının hər bir anında məhz belə olmağa çalışıb. Zəhməti, haqqı nahaqqın ayağına verməmək əzmini,yüksək məsuliyyəti,xalqımız,dövlətimiz üçün faydalı olmaq məqsədini bir an da özündən uzağa buraxmayıb.
Onun ömür yolu,- zəhməti,əməyi,torpağı halallığı sevən insanları ilə tanınan qədim-qayım Naxçıvandan,doğulub, boya-başa çatdığı ziyalı ailəsindən,elm,mərifət ocağından güc alır.
Bütün bu müsbət səciyyəvi xüsusiyyətlər,onun istedadından və işıqlı gələcəyindən xəbər verən detallardan olmuşdur.
Bu üzdən də,Elçin müəllimin daxili aləmindəki yaradıcı və qurucu ruhu,gələcəkdə çin olacaq arzularının arxasınca onu pərvazlandırmışdır .
Bütün bu xoş istəklər,bir gün bu ziyalı,yaradıcı və qurucu insanın,vətən,xalq,dövlət qarşısında əsl vətəndaş,əsl insan,nüfuzlu elm xadimi kimi əvəzisiz xidmətlərə layiq olduğunu doğurdan da təsdiq edə biləcəkdi.
İnsan doğulduğu mühitin övladıdır; onun sonrakı həyat mərhələrindəki bütün fəaliyyəti elə həmin mühitin ab-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.
Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.
Çünki insan zamanla şəxsiyyətə çevrilir.
Əlbəttə ki,daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq,onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür,doğru,düzgün məntiqi düşüncə,dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o,həqiqi şəxsiyyət statusu alır.
Parlaq və zəngin erudisiyası,yüksək emosional zəkası ilə seçilən insanın daxili aləminin bütün məziyyətləri,mənəvi-əxlaqi keyfiyyətləri, ruhundan qəlbinə bal kimi süzülən hiss,həyəcan və duyğuları,fikrləri,düşüncə tərzi,xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix,detalları,ən kiçik zərrə şəklində onun simasında doğru,düzgün öz əksini tapır.
Həmin cizgilərdə toplanaraq şəkillənən bu tip keyfiyyətlər,sonradan insanın həqiqi simasını,hansı kriteriyalara sahib olduğunu əminliklə açır,onu içində yaşadığı cəmiyyətə və vətəndaşı olduğu dövlətə olduğu kimi təqdim edir.
Budur,illərdir bu səmimi və doğru-dürüst ziyalı insan,dəyərli elm xadimi,nüfuzlu ictimai xadim,bütün həyatını Azərbaycanın milli və dövlətçilik maraqlarına,respublikada doğru,düzgün,sağlam təhsil sisteminin qurulmasına,rəhbərlik etdiyi Bakı Dövlət Universiteti kimi dünyada öndə gedən tanınmış ali məktəblərdən biri olan təhsil müəsissəsində, avanqard elmi,pedoqoji mühütin daha da çiçəklənməsinə,layiqli porensial gənclərin yetişməsinə,onların vətənə,xalqa,dövlətə xidmətlərinə həsr etməkdədir.
Bu amil, rektor Elçin Babayevin ləyaqətli vətəndaş kimi tutduğu prinspial mövqeyi,çıxdığı yolun da,özü kimi düz,səlis,aydın,ürəkaçan,ölkədə hüquqi və demokratik dövlət quruculuğunun artan müsbət,dinamik tendensiv xətt üzrə birbaşa istiqamətlənməsinə xidmət etməyə hesablanmışdır.
İnsan doğurdan da əməlləri ilə tanınır,sevilir,hörmət,nüfuz sahibi olur,xalqının gözündə ucalır,əziz tutulur,vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir,gördüyü işlərlə daim diqqət mərkəzində olur,dövlətin etimadını qazanır,ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir,sınaqından əsl şəxsiyyət kimi çıxır,vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.
Hörmətli rektor Elçin Babayev,həmçinin belə insanlarımzdan,bütün səy və bacarığını yalnız ölkədə elmi potensialın inkişafı üçün işlərə həsr edən,cəmiyyətdə öz yeri,çəkisi və sözü olan sanballı,sevilən layiqli ziyalılarımzdandır .
P.S. Bu yazı Elçin müəllimin 60 illik yubileyi ərəfəsi ilə üst-üstə düşən olduğu üçün,biz həmçinin Forpost.az saytının kollektivi olaraq, dəyərli ziyalımıza bundan sonrakı həyat mərhələlərində uğurlar arzulayırıq !