Savalan Cəfərov :  Qurucu və işgüzar  insan  yaxud  biznesdə uğur formulunun yaradıcısı
Tarix: 27-03-2024, 00:16
Google+ Paylaş
Tumblr Paylaş

Savalan Cəfərov : Qurucu və işgüzar insan yaxud biznesdə uğur formulunun yaradıcısı

27-03-2024, 00:16



Elşad Mehdizadə
________________________

Bir insanın daxili aləminin bütün məziyyətləri, mənəvi-əxlaqi keyfiyyətləri,ruhundan qəlbinə bal kimi süzülən hiss,həyəcan və duyğuları,fikrləri,düşüncə tərzi,xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix,detalları,ən kiçik zərrə şəklində onun simasında doğru,düzgün öz əksini tapır.

Bu cizgilərdə toplanaraq, şəkillənən həmin keyfiyyətlər,insanın əsl simasını,hansı əməlin sahibi olduğunu bildirir.

Bu yazımızda həmin insanlardan biri,- daxili aləminin nəcibliyi ilə üz cizgilərindəki səmimiyyətin vəhdətindən yaranan bütövlüyün,tamlığın,bütün insani keyfiyyətlərin məcmusunu mənəvi-əxlaq dəyərlər kriteriyasında etalon kimi qoruyub saxlayan,hörmətli və nəcib şəxsiyyət,əsl ziyalı,doğru-dürüst, sadə, səmimi, gülərüz,mehriban,əsl vətəndaş, layiqli vətən oğlu,xeyirxah əməlləri ilə yadda qalan iş adamı, Savalan Cəfərovun portretini olduğu kimi təqdim etmək istəyirik.

Savalan Cəfərov ,- özəl sektorun inkişafında, əsl biznes mühitinin formalaşmasında böyük və əvəzsiz xidmətləri olan, ölkədə sahibkarlıq ənənələrinin ilk təməl daşını qoyanlardan birincidir desək səhv etmərik.

Bu üzdən də tanınmış iş adamı, xeyriyyəçi əməlləri ilə yadda qalan,uğur formulunun yaradıcısı,nüfuzlu ictimai xadim, “Sosna “QSC-nin prezidenti Savalan Cəfərov və onun gördüyü işlər haqqında bir neçə kəlmə xoş söyləməyi özümüzə vətəndaşlıq borcu bilirik.

İnsan doğulduğu mühitin övladıdır; onun sonrakı həyat mərhələlərindəki bütün fəaliyyəti elə həmin mühitin ab-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.

Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.Çünki insan zamanla şəxsiyyətə çevrilir.
Əlbəttə ki,daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq,onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür,doğru,düzgün məntiqi düşüncə,dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o,həqiqi şəxsiyyət statusu alır.

Savalan müəllim də,ömrün ən dəyərli anlarını doğurdan da əsl insan,əsl şəxsiyyət olmaq üçün yaşayıb desək, hədəfimizə elə doğru, dürüst çatarıq.
Onun daxili aləminin portretini cızarkən,doğurdan da əsl insana xas bütün xüsusiyyət və məziyyətlərin bu cizgilərdə necə də əks olunduğu,ən xırda detal və ştrixlərin Savalan müəllimin daxili aləminin ən dərin qatından baş qaldırdığının,cilalanıb sahibinə əsl qiymətin verilməsi üçün necə də təşnələnməsinə şahid olursan.

Doğurdan da insana onun layiq olduğu dəyəri verəndə,həmin dəyərin çəkisinin ağırlığı, əqiqindən nə qədər çox baha və ağır gəldiyini görürsən.
Savalan müəllim də,dəyərinin və sanbalının çəkisi çox ağır gələn insanlarımızdan,çox peşəkar və qurucu iş adamlarımzdandır.

Bu insanın keçdiyi həyat yoluna avtobioqrafik nəzərə saldıqda,doğurdan da onun bu günə kimi layiqli bir ömür yaşadığına bir daha əmin olursan; beləki, Savalan Cəfərov, Azərbaycanda özəl sektorun və sahibkarlığın ilk təməl daşını qoyan uğurlu iş adamlarındandır.

Rəhbərlik etdiyi “SOSNA”QSC və onun nəzdində olan Laminat və DSP zavodu 01.05.2015-ci il tarixindən fəaliyyət göstərir.

Şirkət Taxta (quru/yaş və pol taxtası), Fanera, MDF, DSP, DVP, Laminat, Polad lifli məftil (katanka), Armatur, XDF, Obşivka, Otsinkovka list (sinklənmiş list), həmçinin şəkər tozu (yüksək keyfiyyətli və qatqısız) kimi məhsulların topdan və pərakəndə satışı ilə məşğuldur.

Respublikanın tikintı bazarında müxtəlif növ məhsulların olmasında böyük rol oynayan "Sosna "QSC, İran və Avropa ölkələri ilə əməkdaşlıq edir.
Bu gün özəl sektorda müstəsna yeri və payı olan bu şirkət, doğurdan da müasir Azərbaycan satış bazarında ən öndə gedən biznes strukturu kimi daha çox tanınır .

Əlbəttə ki, bütün qazanılan bu uğurların əsas memarı və ideya daşıyıcısı, milli sahibkarlığın ilk təşkilatçılarından, respublikda işgüzar mühitin yaradıcılarından biri kimi tanınan Savalan Cəfərovdur.

O, sadəcə sahibkar və iş adamı deyil, həm də biznes qurucusu və blicisidir. Zamanın işgüzarlıq üçün nəbzini tutmağı bacaran, onu mühitə və məkana uyğun yönləndirməyi bacaran beyin adamıdır.

Bu gün doğurdan da, bu tip xarakterik xüsusiyyətlərə malik, milli inkişaf konsepsiyasının ideya daşıyıcılarına böyük ehtiyac duyulandır.
Savalan Cəfərov,- bu keyfiyyətləri daxili aləmində etalon kimi qoruyub saxlayan, onu yeri gəldigcə ölkəmizin milli maraqları üçün əzmlə sərf edən, milli ruhu və milli siması olan əsl Azərbaycanlıdır.

Bu da haqqında danışdığımız insanın bu günə qədər keçib gəldiyi şərəfli və doğru,düzgün həyat yolunun zəngin çalarlarla dolu avtobiqrafiyası.
İnsan doğurdan da əməlləri ilə tanınır,sevilir, hörmət,nüfuz sahibi olur,xalqının gözündə ucalır,əziz tutulur,vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir,gördüyü işlərlə daim diqqət mərkəzində olur,dövlətin etimadını qazanır,ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir,sınaqından əsl şəxsiyyət kimi çıxır,vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.

Savalan müəllim bax belə insanlarımzdan,özəl sektorda öz yeri,çəkisi və sözü olan sanballı iş adamlarımızdan, Azərbaycanda keyfiyyətli tikinti -inşaat materiallarının satışı üzrə sayılan sahibkarlardandır.

Onun hələ yaşamaq,quruculuq şövqü, mayası torpaqla yoğrulan ruhundadır.

Bu şövq,bu gümrahlıq duyğusu Savalan müəllimin bundan sonrakı ömür mərhələlərində də onun xalqı,vətəni,dövləti üçün yaşamaq təşnəsinə stimul verən amillərdəndir.

Səsiniz bundan sonra da gur, şaqraq gəlsin;dəyərli,işıqlı,qurucu insan(!)

    скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ