İsimxan Məmmədov:Yüksək emosional zəkaya malik lider  yaxud  “PROGRESS CONSTRUCTION GROUP  brendinin  uğur formulu
Tarix: 27-03-2024, 00:18
Google+ Paylaş
Tumblr Paylaş

İsimxan Məmmədov:Yüksək emosional zəkaya malik lider yaxud “PROGRESS CONSTRUCTION GROUP brendinin uğur formulu

27-03-2024, 00:18



Elşad Seyidzadə
___________________________

Hər hansısa bir məqsədə çatmaq üçün komanda üzvləri öz biliklərini, səylərini, işlərini səfərbər etməlidirlər. Səfərbər olunmuş gücləri isə komanda daxilində bir nəfər tənzimləməlidir. Həmin şəxs “Lider” adlanır. Amma hər liderdə liderlik bacarıqları , əfsuslar olsun ki, olmur.

Liderlik- komanda üzvlərinə göstəriş verməklə bərabər lazım olduqda praktiki olaraq işi izah etmək, iş bölgüsündə ədalətli olmaq və öz öhdəliyinə də müəyyən işləri götürməkdir.

Artıq illərdir ölkədə inşaat,tikinti,memarlıq,elektrik komunikasiya sahələrinin ən müasir standartlara uyğunlaşdırılması istiqamətində böyük layihələrə imza ataraq, sağlam, stabil, rəqabətə davamlı biznes mühitininin formalaşdırılması üçün müstəsna xidmətləri ilə yadda qalan,dəyərli ziyalı, yeksək texnologiyalar üzrə sanballı mütəxəsis,“PROGRESS CONSTRUCTION GROUP”MMC-nin direktoru İsimxan Məmmədov və komandası haqqında,onun liderlik xüsusiyyətləri,iş prinsipi,komandanı arxasınca aparmaq bacarığı,kollektivdə inam ruhunu yaratması,onu daim yüksəkdə tutmaq peşəkarlığı, insanlarla həssas davranmaq, onlara sosial stimul vetmək səciyyəsi,həyatda qalmaq, yaşamaq, itmiş inamı geriyə qaytarmaq hissini göstərdiyi dəstəklə yenidən qaznmaq marağından söz açamağa çalışacağıq.

Doğurdan da,yaxşı lider hər zaman komandanın zəif tərəflərini öyrənməli və onları aradan qaldırmaqda 1 nömrəli yardımçı olmalıdır. İşçilərin səhvlərini deməli və öz səhvlərini işçilərin dilindən eşitməlidir. İşçilər liderdən qorxmamalı, əksinə ona güvənib hörmət etməlidirlər.

İsimxan Məmmədov,-məhz bu tip liderlik xüsusiyyətinin daşıyıcılığını özündə ehtiva edən və bu ampulada ştrix, detallara xas sahibkar statusu qazanmış,mükəmməl biznes komandası qurmuş intizamlı insandır.

Bunlardan savayı, həmçinin lider ünsiyyətcil, öyrənməyə meylli olmalıdır ki, onun rəhbərlik etdiyi insanlar da onun kimi olsun. Çünki, pis liderin başçılığı altında fəaliyyət göstərənlər ya gələcəkdə onun kimi lider olurlar, ya da işlərində məhsuldarlığları aşağı düşür.

Yüksək texnologiyalar üzrə tanınmış mütəxəsis İsimxan Məmmədovun iş prinsipi,fundamental və ən modern tikinti,inşaat,memarlıq,elektrik kommunikasiyaları layihələrinin rəhbəri kimi dünyaya elmi baxışı,açıq düşüncə tərzi sərgiləməsi, düz və iti baxış bucaqlarının pizmasından təhlil edildikdə, onun yaradıcı və qurucu ruhu yalnız sağlam mühitin formalaşması nəticəsində qazanılacaq uğurun əldə edilməsinə insanı motivasiya etməklə məntiqi həllini tapmış olur.

Bu müsbət tendensiv stimul, artıq onun qurduğu işin bu günki səmərəliyindən söz açmaq üçün açar rolunu oynmağa da fürsət verir.
Bəzən insanlar müdirlə liderin eyni məna kəsb etdiyini zənn edir. Əksinə olaraq şəkildə göründüyü kimi liderlə müdir arasında kifayət qədər fərq var. Əsl lider komandasının bələdçisi olmalı və bu yolda işçiləri qədər əziyyət çəkməlidir.

İsimxan Məmmədov,- komandasına lider olmaq xüsusiyyətinə ilk öncə özünə aşılayan, ardınca da komandasında bu imici yaratmış şəxsiyyətdir.
Müdiri yalnız nəticənin maraqlandırmasına baxmayaraq, lider üçün təkcə nəticə deyil, ona gedən yol da önəm kəsb edir.

Komandası qarşısında liderlik statusunu qazanmış və Azərbaycanda bir çox uğurlu tikinti,inşaat, memarlıq,elektrik komunikasiyaları layihələrinin keçərliyinə doğru,düzgün addım atmış bu insan,təcrübə və peşəkarlıq nümunəsinin uğur formulu olaraq öz üslubunu artıq brend kimi formalaşdırmiş,ən üst qatda dayanmağı əldə etmiş işgüzar iyerxiyanın sahibi kimi bu statusu bu gün də qoruyub saxlamağa layiq olduğunu təsdiq etmişdir.

Əlbəttə, birdəki yaxşı liderlik ümumi nailiyyət üçün ən əsas vasitədir,-tezisini də bu gəzişməmizə fraza seçsək, bu zaman sonrakı təhlili düşüncələrimizdə haqqında söz açdığımız bu sahibkar insanın daha uyğun, daha doğru portertini cızmaq üçün ,rəng palitrasına əlavə edəcəyimiz həqiqəf, bu tezislə ekvivalent olmağa çox meyillənir.

Artıq bu ənənənin əsası yüksək texnologiyalar üzrə tanınmış mütəxəsis İsimxan Məmmədov kimi bir lider statusu daşıyan şəxs tərəfindən təməl daşı kimi atılmış və bu özülün üzərində ,“PROGRESS CONSTRUCTION GROUP”MMC adlı bir Azərbaycan brendi yaradılmışdır.

Yaxşı liderin səciyyəci xüsusiyyətlırindən birincisi əlbəttə, əvvəl özünü tanımasıdır.

Beləki, lider daxili emosional vəziyyəti barədə gizli biliyə malik olur. Güclü və zəif tərəflərini bilir.Nə zaman axarında işlədiyini və nə zaman işlə həddən artıq yükləndiyindən xəbər tutur.

Maksimum potensiala çatmağa təkan verəcək imkanlarını və çatışmazlıqlarını da daxil olaraq özünü tanıyır.

İsimxan Məmmədov həmçinin, bu keyfiyyətlərə sahib liderlik xarizması ilə seçilən güclü fiqurdur.

O həmçinin özünü idarəetmə qabiliyyəti ilə də seçilən insan təsiri yaradır; yəni, güclü və effektiv yolla özünü idarə edə bilmək xüsusiyyətini daxili inamı iıə aşılamağı bacarnaq, məqsədə necə nail olmaq, tapşırıqları necə formalaşdırmaq və ləngimələri necə aradan götürmək lazım olduğunu bilmək intuisyasına malik olmaq, yeni layihələr üçün necə enerji yaratmaq və qəzəbləndiyi zaman özünü necə sakitləşdirməyi bilir.

Lazım olduğunda tez qərar verə, lakin masa arxasında bütün seçimləri tələsmədən müzakirə edə bilmək formulunun məntiqi həllini çözmək qabiliyyıtini də bu kateqoriyaya aid etmək lap yerinı düşəndir.

İsimxan müəllim haqqındakı növbəti təhlillərimiz zamanı ən önəmlilərindən, biri də onun özündən daha böyük olan hədəfə doğru çalışmasıdır.
Bu amil İsimxan Məmmədov və onun rəhbərlik etdiyi kollektivin uğuru kimi kiçik,lakin dünya sülhünə nail olmaq kimi böyük görmə ola bilər.
Çünki, gələcəyə istiqamətlənərək çalışmaq, şəxsi maraqlar uğrunda çalışmaqdan daha ruhlandırıcıdır.

Bu proqram,İsimxan Məmmədov və onun komandasının əsas baza prinsipi,uğura doğru bütöv, tam, komanda halında getməsi üçün güclü, dayanıqlı dayaq formasının şəkillənən məzmun səciyyəsi kimi də qiymətləndiriləndir.

O, həm də uğur qazanmaq yolunda motivasiya etmək bacarığını komandasına aşılayan üstün liderdir.

Liderlər insanlara nəyi etməli olduqlarını deyərək rəhbərlik etməməlidirlər. Əvəzində liderlər insanların onlara kömək etməyi istəmələrinə səbəb olmalıdırlar.

Bunun əsas hissəsi başqalarına yardım etmək üçün şəxsi istəkləri təkmilləşdirməkdir.Başqaları onlara kömək etmək istədiyini düşündükdə onlar da öz növbəsində yardım edəcək düşüncəsibi axıra kimi qoruyub saxlamaq istəyidir.

Bu amili İsimxan müəllim artıq,daxili aləmində illərdir motivasiya yolu ilə emal edərək,doğru məqsədlərə yönləndirir.

Bu səciyyəvi cəhətlərin çoxu emosional zəka ilə birbaşa bağlıdır. Yüksək emosional zəkaya malik liderlər təbii olaraq, daha çox özlərindən agah olurlar. Onlar zehni proseslərini dərk edir və özlərini necə idarə etməli olduqlarını bilirlər. Onlar həvəsində olduqları ilə daha çox təmasda olurlar. Bütün bunlatla paralel, liderlik xarizması və emosianal zəka sahibləri başqalarının qayğısına daha çox qalır, qarşılğında da daha çox şəfqət alırlar.
Bu kateqoriyadan olanlar daha sosialdırlar.İmkanlarını paylaşmaq, zəif kəsimə daim diqqət göstərmək, onlarla mütamadi təmasda olmaq duyğusu, gələcəkdə bu işdən aldıqları zövqün və daxili rahatlığın müqabilində zəkalarındakı qloballığı, daha yüksək ideallar uğrinda addım atmaqlarına təkan verən detallara dönür.

İsimxan müəllim indicə sadaladığımız incə ştrixlərin radisu boyunca,liderlik etdiyi biznes mühitinin seqmentini aldığı şəfqət dolu enerji ilə daha mükəmməl layihələrin gerçəkləşməsi üçün fürsət tapmış olur.

Həm də liderlik bacarıqlarını daha da artırnaq üçün sonrakı etaplara doğru inamla addımlayır.

Beləcə, hazırda ölkədə özəl sektorun inkişafı istiqamətində yaradılan münbit biznes mühitinin əlçatanlığı baxımından,bu sektorda nümunəvi, işgüzar, ağıllı iş adamlarımızın faydalı iş əmsalı ilə diqqətçəkən fəaliyyətləri olduqca ürəkaçan tendrnsiylarla müşahidə ediləndir.Elə haqqında danışdığımız mükəmməl lider İsimxan Məmmədov və onun rəhbərlik etdiyi “PROGRESS CONSTRUCTION GROUP”MMC-nin uğurları,bütün dediklırimizlə üst- üstə düşəndir.

İnanırıq, bundan sonra da bu tip işgüzar insanlarımz Azərbaycanda sahibkarlıq mühitinin daha da inkişaf etdirilməsinə öz töhfələrini verəcək, sağlam biznesin,rəqabətli sahibkarlğın davamlı sıçrayışı üçün ən uğur gətirən layihələrin getçəkləşməsinə addım atacqlar.
Çünki bu gün bu tendensiyanın mövcudluğuna ölkəmizin böyük ehtiyacı var.Hər şey inkişafla püxtələşir, vüsət tapır, ölkənin gələcək iqtisadi, sosial təşəkkülündə məzmun səciyyəsi ilə qiymətləndirilirскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ