QALİB XƏLİLOV:  AZƏRBAYCAN ZƏRGƏRLİK SƏNƏTİNİN ƏN MODERN, ƏN PRAQMATİK İNSANI
Tarix: 15-10-2021, 22:48
Baxılıb: 521
Google+ Paylaş
Tumblr Paylaş

QALİB XƏLİLOV: AZƏRBAYCAN ZƏRGƏRLİK SƏNƏTİNİN ƏN MODERN, ƏN PRAQMATİK İNSANI

15-10-2021, 22:48




Ərtoğrul Mehdizadə








Azərbaycanın qədim sənət növlərindən olan zərgərlik(nəqqaşlıq, döymə, şəbəkə və s.) əl işləri sənətkarlığı ölkəmizin milli- mədəni dəyərləri aspektindən məşhurluğu ilə tarix yazan olmuşdur.Zərgərlik sənəti nümunələrini bu günə kimi bütün dünyada tanıdan usta sənətkarlarımız isə, həmçinin adlarını da bu sənət növünün tarixinə qızıl hərflərlə yaza biliblər.

Bu gün sözügedən sənətkarlıq tariximizi bu sənət növləri və sənətkarlıq nümunələri ilə zənginləşdirib, tarix yazanların davamçıları, indi də milli ənənəyə və xalq sənətkarlığı üslubuna söykənib, şərq-qərb sintezinin qarşılığından doğan daha yeni forma və məzmunda zərgərlik sənətkarlığı əl işlərini ustalıqla hazırlayırlar. Ardınca da, insan təxəyyülünün gücü, fantastikası, füsunkarlığı fonunda sənət inciləri nümunələrini milli mədəniyyət xəzinəmizə töhfə kimi sərgiləyirlər.

Yüksək səntəkarlıqla hazırlanmış bu sənət incilərinə vurğunluqla tamaşa edərkən, onların üzərində zərgər dəqiqliyi ilə işlənmiş ən xırda hissəciklər, insanın iç dünyasından qopub gələn hiss və duyğusunun, sevgi və həsrətinin vəhdətdə olan təcəssümünü bir daha çılpaqlığı ilə açıb insana göstərir. Düşünürsən ki, insan əllərinin qurub min bir naxış vurduğu bu sənət əsərləri, onun beynindən qəlbinə süzülüb gələn, qəlbindən də əllərinə ilham verən ruhun, Tanrıdan aldığı gücün ilahi səciyyəsini özündə ehtiva edəndir.

Bu fonda da, milli mədəniyyət xəzinəmizin sözügedən sənət növü üzrə kfiayət qədər sanballı əl işləri olan, sənətkar ömrünü yaşaya-yaşaya, Azərbaycan zərgərlik sənətinin məşhur növlərininin bütün sənətkarlığ qollarını cismi və ruhu ilə yaşadan sənət ustası, olduqca modern və prqamatik insan Qalib Xəlilovun sorağını alaraq, görüşüb sənət müstəvisi üzərində həmsöhbət olmağımıza qərar verdik.
Bu üzdən də, Qalib ustaya Azərbaycanın qədim, lakin az təbliğ olunan bu sənət növü ilə bağlı aktual bir yazı hazırlamaq istəyimizi bildirəndə, bu sadə və səmimi, həmçinin olduqca praqmatik insan, heç də etiraz etmədi. Əksinə, bu görüşün baş tutması və sənətlə bağlı həmsöhbət olmaq istəyi, bizi bir araya gətirmək üçün sanki bir daha macal verdi.

Beləcə hazırki müasir Azərbaycan zərgərlik sənəti üzrə ən praqmatik insan təsiri bağışlayan Qalib Xəlilovla, milli mədəni dəyərlərimizin inkişafı istiqamətində və həmçinin bu sənətin incəlikləri ilə bağlı olduqca mehriban və səmimi, həm də açıq sənət müstəvisində görüşümüz baş tutdu.
Görüş boyu bu günə kimi gördüyü işlərdən daha çox, tarixi milli ənənəsi olan Azərbaycan zərgərlik sənətinin hazırki vəziyyətindən danışmağa önəm verən Qalib Xəlilovun hiss və düşüncələrindən başa düşmək olurdu ki, bu sənət insanı milli ənənəyə söykənən bu sahəni daha fərqli, daha müasir, daha geniş spektr və sferada görmək, tanıtmaq, yaymağı israr edir və istəyir.Bu tendensiv inkişaf xətti üzrə də, müasirliklə milli ənənənin vəhdətindən doğan bir sənətin varlğını, sənət təxəyyülündə gerçəkəyə çevirmək haqqında çox düşünür.


Bu üzdən də Qalib ustanın zərgərlik sənətinə qədərki həyat yoluna ekskurs edərkən, onun praqmatikcəsinə düşüncələrinin hardan və necə qaynaqlandığının canlı şahidinə çevrilirsən; 1977- ci ilin 29 sentyabrında Azərbaycan qədim tarixi genetk yaddaşında əbədi iz salan, füsunkar təbiəti, ecazkar gözəlliyi, saf insanları ilə daim tanınan gözəl Şəkidə dünyaya doğulan Qalib Xəlilovun gerçəkliklə fantastkanın, realist baxış bucağından düz görünən romantizmlə yaradıcı təxəyülünün düz mütənasibliyi, onun bu günki iç dünyasından sabaha praqmatik nəzərlərlə baxdığının ekvivalentliyini özündə ehtiva edəndir. Bu üzdən də onunla çox rahat realist və prqamatik müstəvisində söhbət etmək həm maraqlı, həm də düşündürücü idi.
Özünün dediyinə görə, qardaş Türkiyənin Mərmərə Universitetinin İqtisadiyyatın idarə edilməsi fakültəsinə təhsil almağa gedərkən, bəlkə də heç düşünməzdi ki, bir zaman həyat, onun yolunu bu sənətə yönəldəcəkdi. Ancaq doğurdan da bəzən həyatın gözlənilməz döngələri, insanların yolunu daha doğru, daha məqsədəuyğun tərəfə salır. Gənc Qalib Xəlilov da yolu həmən istiqamətə yönələn insanlardandır.

Beləcə Türkiyədə təhsil aldığı illərdə, bu ölkədə və həmçinin ölkənin sərhədləri kənarında çox məşhur "Altınbaş " idxal- ixracat zərgərlik firması ilə rastlaşır. Bu tanıtım, beləcə Qalib Xəlilovun bundan sonrakı davamlı həyatına əlavə rənglər qatmağı bacarır.
Adıgedən firma ilə bağlantı quran Qalib Xəlilov,bu kompaniyada satış meneceri kimi fəaliyyət göstərməyə başlayır. Bu sahənin nəzəri və praktiki tərəflərini işləyə-işləyə öyrənməyə də macal tapır. 2008-ci ilə kimi "Altınbaş" zərgərlik idxal-ixracat kompaniyasında bilik və təcrübə qazanan Qalib Xəlilov, bu sahə üzrə özünün müstəqil işini qurmaq qərarına gəlir. Həmin ildə Azərbaycana qayıdan və "Altınbaş " da qazandığı təcrübi bilikləri Bakıda zərgərlik işinə tətbiq edən bu praqmatik insan, doğurdan da az keçmir, arzularını gerçəyə çevirmək istiqamətində bir çox uğurlara imza atır.
Qalib Xəlilov, bu günə kimi üzərinə götürdüyü bütün sənət işlərini zərgər dəqiqliyi, incə üslub, müasir dizaynda həyata keçirir, işinin ustası olduğunu, sənətkar təxəyyülü ilə bir daha göstərmiş olur. İndiyə kimi onun bir çox əl işləri ABŞ-da, Avropanın bir çox aparıcı ölkələrində, həmçinin yaxın MDB məkanında da nümayiş olunub. Hazırda İsveçrədən aldığı sifariş üzərində mükəmməl bir iş görür.

O, həmçinin Azərbaycan Zərgərlər Assosasiysının fəal üzvi kimi də zərgərlik sahəsi üzrə bütün tədbirlərdə iştirak edir, bilik və bacarığını bu sahənn inkişafında əsirgəmir. Üstəlik maraqlı və diqqətçəkən təklifləri ilə, Azərbaycanın dünya arenasına çıxması istiqamətində də bütün enerjisini sərf edir, var gücü ilə çalışır.

Bu missiyasının yolçuluğuna çıxan Qalib Xəlilov, bundan sonra da Azərbaycan zərgərlik sənətinin daha da inkişafı prespektivləri üçün vətəndaş mövqeyini, milli və dövlətçilik maraqlarına sadiqliyini, məntiqi düşüncəsini, realist nəzərlərini, fantaziya və təxəyyülünü bu istiqamətdə yönələndirməyi düşünür. Biz də bu layiqli və vacib işlərində Qalib Xəlilova növbəti uğurlarına imza atması üçün bol enerji, zəngin təxəyyül, real nəzəri düşüncələr, sənət fədakarlığı kimi arzular diləyirik. Yolun daim açıq olsun Sənətkar !скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ