Qətlə yetirilmiş  ABŞ  prezidenti  Con Kennedinin  dul xanımı Jaklin Kennediidən sağlığında alnmış qalmaqallı müsahibə
Tarix: Dünən, 10:53
Baxılıb: 155
Google+ Paylaş
Tumblr Paylaş

Qətlə yetirilmiş ABŞ prezidenti Con Kennedinin dul xanımı Jaklin Kennediidən sağlığında alnmış qalmaqallı müsahibə

Dünən, 10:53

Jaklin Kennedi 1994-cü ildə vəfat etsə də, onun xatirələri yalnız sonralar işıq üzü görüb.



ABŞ-ın qətlə yetirilmiş prezidenti Con Kennedinin dul xanımı Jaklin Kennedinin səmimi xatirələri ilk dəfə dərc olunub. Müsahibə ərinin ölümündən az sonra lentə alınıb.

Jaklin Kennedi səkkiz saat ərzində öz həyatı haqqında Amerika prezidentinin köməkçisi Artur Şlezingerə danışıb.

Müsahibə 1963-cü ildə mərhum prezidentin xanımının evində, Kennedi Dallasda öldürüldükdən 4 ay sonra yazılıb.

Prezidentin dul xanımı müsahibəsində qaradərili amerikalıların haqları uğrunda mübariz Martin Lüter Kinqi "dəhşətli adam" adlandırıb. O, həmçinin ABŞ vitse-prezidenti Lindon Conson və digər dünya liderləri haqqında iynəli ifadələr işlədib.

Jaklin Kennedi müsahibəsində həmçinin mərhum ərinin öz mümkün qətli barədə necə zarafatlar etdiyini də xatırlayır.

Keçmiş birinci ledi öz xatirələrini yalnız bir şərtlə danışmağa razılaşmışdı: onlar Jaklin Kennedinin ölümündən uzun illər sonra açıqlanacaqdı.

ABŞ Prezidentinin dul xanımı 1994-cü ildə vəfat edib.

"Dəhşətli Martin Lüter Kinq"

Jaklin Kennedi xatırlayır ki, əri vitse-prezident Lindon Conson haqqında necə istehza ilə danışardı. Lindon Conson texaslı idi və Kennedi onu öz komandasına könülsüz, cənublu ştatların nümayəndəsinin təmsil olunması üçün daxil etmişdi.

"Hərdən Cek mənə deyərdi: Aman Tanrım, düşünmək belə çətindir, əgər Lindon prezident olsa bu ölkənin başına nə işlər gələr" - deyir xanım Kennedi.

Jaklin həmçinin insan haqları uğrunda mübariz Martin Lüter Kinqdən narazılıqla danışıb.

O, xatırlayır ki, qaynı - ədliyyə naziri Robert Kennedi ona prezidentin dəfnində Lüter Kinqin sərxoş olduğunu və kardinal Riçard Kuşinqin matəm dualarına güldüyünü danışıb.

"O, kardinal Kuşinqə gülürdü və Robert mənə dedi ki, o, dəfndə sərxoş imiş" - deyir Jaklin Kennedi. "Mən Martin Lüter Kinqin portretlərinə baxıb düşünməyə bilmirən ki, o, dəhşətli adam idi".

Kennedinin dul xanımı bəzi dünya liderləri haqqında da kəskin fikirlər söyləyib.

"Mənfur qadın"

Fransa Prezidenti Şarl de Qollu o, "özündən razı" və "kinli" adam adlandırıb. Hindistanın o zamankı gələcək baş naziri İndira Qandini isə o, "qaba, sırtıq və mənfur qadın" hesab edirmiş.

Jaklin xatırlayır ki, ABŞ və SSRİ-ni atom müharibəsi astanasına gətirən 1962-ci il Karib böhranı zamanı əri ilə çox yaxın idilər. Bəzi amerikalı məmurlar öz xanımlarını təhlükədən uzaqlaşdırırdılar, amma birinci ledi ölkəni tərk etməkdən imtina etmişdi.

"Əgər nə isə baş versə, biz hamımız burada, sənin yanında olacağıq - o, prezidentə deyib. Ağ Evdəki bombardmandan qorunma sığınacağında yer olmasa belə. Mən sadəcə səninlə olmaq istəyirəm və səninlə birlikdə ölmək istəyirəm. Uşaqlar da bunu istəyir. Bu, sənsiz olmaqdan daha yaxşıdır".

Jaklin həmçinin ərinin öldürülə bilməsi haqda zarafatlarını xatırlayır.

Pis zarafat

Priston universitetinin tarixçi alimi ilə söhbəti zamanı Kennedi ABŞ prezidenti Abraham Linkoln haqqında danışıb və soruşub ki, əgər onu öldürməsəydilər, tarixə dahi prezident kimi düşərdimi.

Tarixçi isə cavab vermişdi ki, ölkənin Vətəndaş müharibəsindən sonra yenidən qurulması prosesində, şəksiz, Linkolnun reputasiyasına ziyan dəyərdi.

"Yadımdadır, Karib böhranından və onun gözəl sonluğundan sonra Cek mənə demişdi ki, əgər məni öldürmək istəsələr, bundan yaxşı məqam ola bilməz", - Jaklin Kennedi xatırlayır.

Jaklin Kennedinin Şlezinger ilə danışığı çərşənbə günü çapdan çıxan "Jaklin Kennedi: Jon F. Kennedi ilə həyat haqqında tarixi söhbət" kitabının əsasını təşkil edir.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ